"Qəbələ" Ukrayna səfərinə hazırlaşır

06.03.2012 | 3629 dəfə oxunub

“Qəbələ”nin 1997-ci il təvəllüdlü futbolçularından ibarət komandası (U-15) martın 9-dan 16-dək  Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışında olacaq. Stadium.az klubun saytına istinadən xəbər verir ki, bu, “Qəbələ” ilə Ukraynanın “Şaxtyor” klubu arasındakı əməkdaşlıq çərçivəsində atılan növbəti addımdır.

Qeyd edək ki, ilk mərhələdə klub rəsmilərinin qarşılıqlı səfərləri ilə təməli qoyulan əməkdaşlıq yanvar ayında tərəflər arasında imzalanan protokolla rəsmiləşdirilib. 

Donetskdə "Qəbələ"ni təmsil edəcək nümayəndə heyətinə 25 nəfər daxil edilib: Ali Yavaş (Qəbələ Futbol Akademiyasının direktoru), Nail Kərimov (direktor müavini), Halim Fıçıcı (baş məşqçi), Eldəniz Süleymanov (məşqçi), Uğur Kurt (qapıçı məşqçisi), Şabəddin Məmmədov (fizioterapevt), Elnur Əfəndiyev (inzibatçı) və futbolçular Aleksey Dedyukin, Yusif Şirinov, Bəhlul Mustafazadə, Ayxan Əsədov, Çingiz Hüseynov, Mirəli Məmmədzadə, Maqomed Quseynov, Orxan Mehrəlizadə, Yusif Nəbiyev, Əli Səmədov, Emin Zamanov, Tural Məmmədzəyev, Sahil Mirzəyev, Ülvü İskəndərov, Roman Hüseynov, Vüqar Əlibabayev, Coşqun Süleymanov, Fərid Əsədli. 
  
“Qəbələ” U-15 bir həftə davam edəcək toplanış çərçivəsində 3 yoxlama görüşündə də qüvvəsini sınayacaq. Futbolçularımız martın 11-də “Şaxtyor”un U-15, 13-də “Şaxtyor”un şəhər filialının komandası, 15-də isə “Metallurq”un U-15 kollektivləri ilə qarşılaşacaqlar. 

Qəbələ futbolçuları təlim-məşq toplanışı günlərində “Şaxtyor”un əsas komandasının bazasında qalacaqlar. Bundan əlavə gənc futbolçularımız Avropanın ən möhtəşəm arenalarından sayılan “Donbass Arena”na ilə əyani şəkildə tanış olacaqlar.

Qeyd edək ki, xarici ölkələrdə, xüsusilə də tanınmış klubların bazasında keçirilən hazırlıq və beynəlxalq görüşlərin akademiyanın gənc futbolçularının dünyagörüşünün formalaşması və onların hazırlıq səviyyəsinin peşəkar səviyyəyə çatdırılmasında rolu əvəssizdir.  

Gələcəkdə “Şaxtyor”un da aşağı yaş qrupundan olan komandalarının Qəbələyə səfər edəcəyi nəzərdə tutulur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail