"Qəbələ" - "Səbail": 16-cı duel

08.03.2021 | 3440 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçiriləcək. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq.

Stadium.Az klubun saytına isinadən xəbər verir ki, “qırmızı-qaralar” öz meydanında “Səbail”lə görüşəcək. Qəbələ şəhər stadionundakı qarşılaşma iki komanda arasında 16-cı matç olacaq.

Əvvəlki 15 oyunda 8 qələbəsi olan “Qəbələ” 4 görüşdən sülhlə ayrılıb. Yalnız üç dəfə uduzan komanda top fərqində də üstündür - 28:16.  “Səbail”lə matçlarda Baqali Dabo hamıdan çox - 6 qola imza atıb.

“Qəbələ” paytaxt təmsilçisi ilə 13 dəfə çempionat, 2 dəfə kubok duelinə çıxıb. Premyer Liqada 6 qələbə qazanan futbolçularımız 4 dəfə bir xalla kifayətlənibsə, bakılılar 3 matçda qalib gəlib. 23 qol vuran “qırmızı-qaralar” 14 top buraxıb.

“Qəbələ” öz meydanındakı 7 görüşdə uduzmayıb. 5 qələbəsi olan komanda 2 dəfə heç-heçə edib. Meydan sahiblərinin 14 qol vurduğu görüşlərdə qonaqlar 4 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.

Martın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail