Hondadan "Neftçi" açıqlaması

10.03.2021 | 3849 dəfə oxunub

Yaponiyalı futbolçu Keysuke Honda Neftçi ilə danışıqlar apardığını etiraf edib. Stadium.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi yerli radioya açıqlamasında müqavilə imzalamağa hazır olduğunu söyləyib.

O, Azərbaycana mümkün gəlişinə dair xəbərləri belə şərh edib: "Təklif agent vasitəsi ilə gəlib. Fikrimcə, bu əla xəbərdir. Mən bunu təəccüblü hesab edirəm. Çünki nadir haldır və bu cür erkən mərhələdə fasiləsiz yayılmaqdadır".

Honda "bu sizin hələ yekun qərarınız deyilmi" sualını isə belə cavablandırıb: "Mən bunu ciddi və dərindən nəzərdən keçirirəm. Lakin son qərar hələ qəbul olunmayıb. Sualınıza cavab olaraq, mən "Ola bilsin" deyirəm. Hələ bilmirəm".

Honda əlavə edib ki, hədəfi Tokio Yay Olimpiya Oyunlarında iştirak etməkdir: "Mən olimpiadaya getmək istəyirəm. Bu hədəf əsla dəyişməyib. Bu, kifayət qədər aydındır. Amma mən təkcə olimpiadaya getmək üçün yaşamıram".

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, İtaliya Milan-ı ilə yanaşı, Niderlandın Venlo və Vitess, Rusiyanın CSKA Moskva, Meksikanın Pachuka, Avstraliyanın Melbourn Victory, Braziliyanın Botafogo komandalarında da çıxış edib.

Ulduz futbolçunun son olaraq Portuqaliya Portimonense klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb. Neftçi-yə keçidi rəsmiləşsə, Azərbaycan Yaponiya daxil olmaqla və Portuqaliya istisna edilməklə Hondanın çıxış etdiyi 8-ci ölkə olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail