Qurban Qurbanov: "Gözlədiyim iki variantdan birincisi oldu"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalının "Sumqayıt"a penaltilərdə uduzduqları cavab matçından sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi təbrik edirəm. Sürət çox olmasa da, sonluq maraqlı alındı. Futbolçularımdan razı qaldım. Son vaxtlar çox yüklənmişik. Futbolçulara irad bildirmək də istəmirəm. Çox əziyyət çəkirlər. Qarşıda vacib oyunlarımız var. Onları bu oyunlara hazırlamalıyıq.
- Penalti seriyasında Mahir özü vurmaq istəmədi, yoxsa necə?
- Əvvəlcədən yazmışdıq. Şahruddini də 8-ci yazmışdım. 9 olsaydı, Mahir vuracaqdı.
- Mahir və Zubir nə üçün ilk dəqiqələrdən meydanda deyildi?
- Mahir zədədən yeni qayıdıb. Bu gün o 30 dəqiqə oynaya bilərdi. Əlavə vaxtların onun üçün artıq olacağını düşünürdüm. 60 dəqiqəyə yaxın oynadı. Bəzi oyunçuları qoruyub saxlamalı idik. Bəzi oyunçular var idi ki, istəməzdim bu gün 90 dəqiqə meydanda qalsınlar.
- Şahruddinin zədəsi tam sağlamışdı, yoxsa oynamasını özü xahiş etdi?
- Bizdə xahişlə oynamırlar. Hazırlığı pis deyildi, məşqlərini edirdi. Onun uzun müddət kənarda qalmasını istəmirdim.
- Rəqibin bu qədər müdafiədən oynamağını gözləyirdiz?
- İki variant var idi. Ya ilk oyundakı kimi oynayacaqdılar, ya da öz sistemləri ilə. Düşünürdüm ki, əsas heyətlə çıxıb, qol vurmağı düşünərlər. Gözlədiyim iki variantdan birincisi oldu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |