"İnter" təsnifat mərhələsinə bu cür yekun vurdu

09.03.2012 | 6372 dəfə oxunub

Bakının “İnter” klubunun rəsmi internet saytı Premyer Liqanın təsnifat mərhələsinin yekunları ilə bağlı statistik yazı hazırlayıb. Stadium.az xəbər verir ki, arxada qalan 22 turla bağlı maraqlı faktların yer aldığı yazıda oyunlar, xallar, futbolçular və seriyalar əks olunub.

Oyunlar və xallar: Beləliklə, 22 matçda “İnter” 45 xal topladı və birinciliyin təsnifat mərhələsini ikinci yerdə başa vurdu. 22 oyunda komanda 11 qələbə qazandı, 6 qarşılaşmada heç-heçə oynadı, 3 oyundasa meydanı məğlub tərk etdi (onlardan biri texniki məğlubiyyətdir). Kaxaber Sxadadzenin yetirmələri 21 qol vurdular və 10 qol buraxdılar ki, bunlarından 3-ü “Bakı” klubundan alınan texniki məğlubiyyət sayəsində qeydə alındı.

“İnter” 11 ev oyununda 22 xal topladı, bunlardan 6-da qələbə qazandı, 4-də heç-heçə oynadı və yalnız bir dəfə məğlub oldu. Vurulan və buraxılan toplar arasında fərq 10:6-dır. 11 səfər matçında komanda 23 xal topladı, 7 qarşılaşmada qalib gəldi, 2 dəfə sülh imzaladı və iki dəfə rəqibinə məğlub oldu. Top fərqi 11:4-dür.

Futbolçular: Sxadadze 22 qarşılaşmada 23 futbolçunun xidmətindən istifadə etdi. Hamıdan daha çox meydanda qalmaq Valeri Abramidzeyə məxsusdur - 1890 dəqiqə. Bütün oyunlarda iştirak etmiş yeganə futbolçu Nizami Hacıyevdir. “İnter”in ən yaxşı bombardiri 5 qolla Baçana Sxadadzedir. 3 qolu öz aktivinə Nizami yazdı, Vladimir Levin, Samir Zərgərov, İlia Kandelaki və Elnur Abdulov isə hərəyə 2 qol vurdular.

Mövsümün rekordu: “İnter” bəzi göstəricilərdə mövsümün rekordçusudur. Belə ki, komanda 17 matçı əhatə edən çempionatın ən uzun sürmüş məğlubiyyətsizlik seriyasının müəllifi oldu. Bundan başqa, buraxılan top sayına görə də “İnter” mövsümün lideridir. Sxadadzenin yetirmələri hamıdan az qol buraxdılar - 10. Bunun da 3-ü “Bakı” klubundan alınan texniki məğlubiyyət sayəsində qeydə alındı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail