Karateçimiz qrupdan çıxa bilmədi

05.08.2021 | 4052 dəfə oxunub

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev bu gün Tokio-2020-də mübarizəsini başa vurub. Stadium.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda ilk döyüşündə Türkiyə təmsilçisi Eray Şamdanla (Türkiyə) üz-üzə gəlib. Fərzəliyev 1:7 hesabı ilə məğlub olub.

İdmançımız ikinci döyüşündə isə Naoto Saqoya (Yaponiya) ilə qarşılaşıb. Fərzəliyev rəqibini 1:0 hesabı ilə üstələyib.

Karateçimiz qrupdakı 3-cü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirib. O, 2:6 hesabı ilə uduzub. Beləliklə, idmançımız Tokio-2020-də medal qazanmaq şansını itirib.

Fərzəliyev qrupda 4-cü və son görüşündə Əli El - Savi ilə (Misir) üz-üzə gəlib. Bu döyüş formal xarakter daşıyıb. Karateçimiz El - Savi ilə qarşılaşmada da məğlub olub - 0:1. Beləliklə, Fərzəliyev A qrupundakı mübarizəsini 1 qələbə, 3 məğlubiyyətlə başa vurub və 2 xalla qrupdan çıxa bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail