"Bütün diqqətimi İrlandiya ilə oyuna yönəltmişəm"

07.10.2021 | 5609 dəfə oxunub

"Bütün diqqətimi İrlandiya ilə oyuna yönəltmişəm, gələcəklə bağlı düşünmürəm. İnanıram ki, oyuna intensivliyi, ürəyi və təşkilatlanmış işi ortaya qoysaq, İrlandiya üçün həyatı çətinləşdirə bilərik".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə oyun öncəsi "İndependent.ie" nəşrinə açıqlamasında deyib.

O, Dublində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə nəticənin ədalətli olduğunu bildirib: "Amma son dəqiqələrdə qol buraxmaq heç də xoş deyil.  İrlandiya keyfiyyətli gənc oyunçuları olan yaxşı komandadır. Onların bir çoxu İngiltərə Premyer Liqasında oynayır. Buna görə də bizim üçün hər zaman böyük diqqətlə qarşılanacaq rəqibdir".

Oktyabrın 9-u Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail