Zaur Ramazanov Yunis Hüseynovun köməkçisi oldu

16.03.2012 | 4508 dəfə oxunub

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynovun köməkçilərinin adları məlum olub. Stadium.az xəbər verir ki, bunlardan biri Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan “Karvan”ın baş məşqçisi Zakir Mahmudovdur.

Əvvəllər həm “Karvan”, həm də “Standard”da Hüseynovun köməkçisi olan mütəxəssis yenidən iddialı klubda çalışmaq üçün Yevlax təmsilçisindən istefa verməyə də razı olub. 

Onunla yanaşı, A kateqoriyalı məşqçi Zamin Əsədullayev və hazırda “Xəzər Lənkəran”da seleksiyaçı məşqçi kimi çalışan Zaur Ramazanov baş məşqçisinin köməkçiləri olacaq. “Karvan”da Hüseynovun rəhbərliyi altında oynayıb Azərbaycan çempionatının ən yaxşı bombardiri olan Ramazanov eyni zamanda komandadan kənarda seleksiya işlərini də davam etdirəcək.

“Xəzər Lənkəran” komandası yeni məşqçilərin rəhbərliyində bu gün saat 16:30-da “Fırtınalar meydanı”nın yardımçı meydançasında məşqə çıxacaq.

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail