Musa Süleymanovla Tünzalə Ağayevanı bir-birinə nə bağlayır?

16.03.2012 | 5645 dəfə oxunub

İllər əvvəl idman mediasında müğənni Tünzalə Ağayevaya sponsorluq edib onun məşhur müğənni kimi formalaşmağında Tahir Yusifov və Ramiz Mirzəyevin adı hallanırdı. Əslində Tünzaləyə sponsorluq edib şou-biznesə qatılmağında yardımcı olan şəxs məhz “Turan”ın keçmiş rəhbəri, böyük iş adamı Musa Süleymanov olub.  

Tünzalə musiqi müəllimi işləyən zaman Musa bəylə tanış olub. Həmin dövrdə  Musa Süleymanov "SMTV"nin rəhbəri idi. Süleymanov Ağayevanın istedadlı olduğunu görüb və onu böyük səhnəyə çıxartmaq üçün hazırlayıb. Musa bəy Tünzaləni üzdə olan şəxslərlə tanış edib və onun şou-biznesə qatılmağı və peşəkar müğənni olmağı üçün sponsorluq etməyə başlayıb. Peşəkar müğənni olmaq üçün həvəsli olan bu qızı Süleymanov Vaqif Gərayzadı ilə tanış edib. Beləcə, Tünzalə Musa Süleymanovun dəstəyi sayəsində tanınmış müğənni olub. 

Tünzalə ərsəyə gətirdiyi albomda da onu Musa Süleymanovun kəşf etdiyini və onu rayon həyatından qoparıb tam əks bir aləmə - şəhər həyatına gətirdiyini etiraf edib. 

Maraqlı məqam isə ondadır ki, Musa Süleymanov Tünzalənin sırf tovuzlu və istedadlı olduğuna görə ona kömək edib, yoxsa ictimaiyyətə məlum olmayan hansısa səbəblərə görə?! 

Tünzalə nə üçün indiyə kimi Musa Süleymanovun ona sponsorluq etdiyini gizli saxlayıb?

Sportmedia.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail