Yunis Hüseynov Kamran Ağayevlə görüşdü

17.03.2012 | 6344 dəfə oxunub

“Xəzər Lənkəran” komandasının yeni baş məşqçisi Yunis Hüseynov komandanı təhvil alan kimi ilk növbədə Kamran Ağayevlə görüşüb. Stadium.az xəbər verir ki, Yunis Hüseynov qapıçı ilə söhbətində ona azarkeşlərlə dil tapmağı məsləhət görüb. Kamran Ağayevin güclü qapıçı olduğunu və komandanın da ona ehtiyacı olduğunu dilə gətirən Hüseynov bildirib ki, “Xəzər Lənkəran”ın azarkeşləri ilə münasibətləri əvvəlki çərçivəyə qaytara bilməyəcəyi təqdirdə, onunla yollar ayrıla  bilər. Eyni zamanda Kamran da  Yunis Hüseynova böyük hörmət bəslədiyini bildirib. Qolkiper həmçinin etiraf edib ki, hadisələrin nəzarətdən çıxmasında onun da müəyyən səhvləri vardır. Bununla belə, Ağayev bəzi hadisələrin heç də yayıldığı kimi olmadığını və şişirdildiyini qeyd edib. Söhbətin sonunda Kamran  Ağayev söz verib ki, zədəli olmasına və həkimlərin ona meydana çıxmasına qadağa qoymalarına baxmayaraq növbəti qarşılaşmada lazım gələrsə hətta ağrı kəsici iynə gücünə belə olsa, oyunda iştirak edəcək. Beləcə Kamran Ağayev “Xəzər Lənkəran”da Yunis Hüseynovun başçılığında yaranan “yeni dövr”ün başlanmasında pay sahibi olmaq istəyini bildirib.

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail