Zeynal Məmmədov: “Əzimov yeni mövsümdən də komandanın başında olacaq”

20.03.2012 | 4190 dəfə oxunub

Bakı klubu dünən gözlənilmədən səfərdə “Xəzər Lənkəran”a qalib gəldi. Stadium.az xəbər verir ki, bu qələbə sayəsində “Bakı” rəqiblərindən uzaq qalmadı. Yəni komanda hələ də medallara iddiasını saxladı. Oyun və dəyişikliklər barədə klubun vitse-prezidenti Zeynal Məmmədovla danışdıq: “Xəzər Lənkəran”la oyunda komandamız həqiqətən yaxşı təsir bağışladı. Komanda üçün qələbə vacib idi və uşaqlar bunu bacardı. Bu qələbədə keçmiş baş məşqçimiz Aleksandr Starkovun da payı var, çünki komandanı o hazırlamışdı. Bu mənada onun əməyini yerə vurmaq lazım deyil.

Hər məşqçinin öz oyun taktikası var. Görünür ki, yeni məşqçimiz Novruz Əzimovun komandanı meydana çıxardığı taktika və onun oyun fikirləri işə yaradı. Burada bir şey də var ki, futbolçular da utanırdılar. Utandılar ki, Starkov onlara görə komandadan getdi. Bunu başa düşərək öz bacarıqlarını ortaya qoydular. Amma görünən odur ki, komandanın oyununda dəyişiklik var və bu, yüksələn xətt ilə inkişaf edir. Qarşıda hələ 8 oyun var və bu, 24 xal deməkdir. Buna görə də, medallar uğrunda mübarizəmiz davam edir. Düzdü, çempionluq şansı real görünmür, amma heç kim düşünməsin ki, “Bakı” asan təslim olacaq. Biz kubokda da varıq və sona qədər mübarizə aparacağıq”.

Zeynal müəllim hazırkı məşqçi Novruz Əzimovun “Bakı”dakı gələcək taleyinə də aydınlıq gətirdi: “Novruz Əzimovun işi öz bəhrəsini verməkdədəir. “İnter”ə uduzsaq da, həmin oyunda komandada böyük itkilər vardı. Demək olar ki, heç oynamaq üçün heyət düzəlmirdi. Daha sonra kubokda AZAL-ı udduq, dünən isə səfərdə “Xəzər Lənkəran”ı üstələdik. Hələ qarşıda 8 oyun var, hər şey də Novruz Əzimovun özündən aslı olacaq. Əgər komanda onun rəhbərliyi altında öz oyununu göstərə bilsə, Əzimov yeni mövsümdən də komandanın başında olacaq. Yəni başqa məşqçi gətirməyəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail