AFFA-nın bayram cərimələri məlum oldu

20.03.2012 | 5102 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final oyununun “Kəpəz” - “Neftçi” matçının 90+3-cü dəqiqəsində yerli komandanın futbolçusu Nikolay Svejentsev kobud oyun səbəbindən birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanıb, klub iki min manat cərimə olunub.

Premyer Liqanın XXIV turunun “Simurq” -" “Turan” matçının 73-cü dəqiqəsində “Turan”ın futbolçusu Aftandil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq, klub iki yüz manat cəzalanıb.

“Sumqayıt”la görüşdə dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Kəpəz” 1000 manat cərimə olunub.

“Qarabağ” - “Qəbələ” matçında hər iki klubun dörd futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub min manat cərimə edilib.

XXIV turunun “Rəvan” - AZAL matçında “Rəvan” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.

“İnter” - “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə etməyə başlayaraq matçın üç dəqiqə dayanmasına səbəb olublar. Bu hadisəyə görə “Neftçi” klubu iki min manat cərimə olunub.

Matçın 77-ci dəqiqəsində “Neftçi” klubunun məşqçisi Kamal Quliyev texniki zona qaydalarını pozduğu üçün məşqçi bir oyunluq cəzalanıb, klub min manat cərimələnib.

“Xəzər Lənkəran”la oyunda beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Bakı” 5 manat cərimə olunub.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail