"Xəzər Lənkəran" antirekorda doğru

22.03.2012 | 5902 dəfə oxunub

“Xəzər Lənkəran” tarixində antirekordunu təkrarlamağa doğru gedir. Stadium.az xəbər verir ki, Cənub klubu ölkə kubokunu da nəzərə alsaq, artıq dalbadal 3-cü oyundur uduzur. Bu, “altılıq”da “Qarabağ”a səfərdə, “Bakı”ya evdə 0:1, kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “İnter”ə Bakıda 2:3 hesablı məğlubiyyətdir. 

Lənkəran təmsilçisi artıq 1 dəfə belə, daha doğrusu, bundan da pis aqibətlə üzləşib. Bu, komandanın tarixində ən uğursuz mövsüm olan 2005/06-da baş verib ki, onda komanda çempionatı 7-ci yerdə bitirmişdi. Onda “Xəzər Lənkəran” çempionatın əvvəlində ardıcıl 5 tur uduzmuşdu. Maraqlıdır ki, həmin vaxt da cənubluların evdə “Bakı”ya 0:1 hesabı ilə məğlubiyyəti qeydə alınmışdı. Fərq ondadır ki, onda matç Lənkəranda yox, Cəlilabadda keçirilmişdi. Həmin vaxt stadionunda təmir işləri ilə əlaqədar rəqiblərini orada qəbul edən “Xəzər Lənkəran” “Bakı”dan sonra səfərdə “Karvan”a da 0:1, “İnter”ə 0:2, evdə “Şahdağ-Samur”a 1:2, paytaxtda “Qarabağ”a 1:2 hesabı ilə yenilmişdi. 

Həmin dövrü indiki ilə müqayisə etsək, paralellər aparmaq olar. Məsələ ondadır ki, 7 il öncə də komanda uğursuzluğa düşəndə baş məşqçi istefası reallaşdı. Türkiyəli Rasim Karanın gedişindən sonra onu komandanın tarixində ilk baş məşqçisi olan Nazim Süleymanov əvəzləyir. “Xəzər Lənkəran” onun rəhbərliyi altında 2 dəfə uduzandan sonra evdə “Gəyəzən”ə 2:0 hesabı ilə qalib gəlməklə, məğlubiyyət seriyasına son qoyur. 

Ancaq Süleymanov postunda çox qalmır və hələ ilk dövrənin sonunda 3 tur qalmış yenidən baş məşqçi istefası reallaşır. Lənkəranlılar dövrələrarası fasiləyə baş məşqçi əvəzi kimi türkiyəli köməkçi məşqçi Şenol Fidan çıxarır və qış fasiləsində ukraynalı Viktor Pasulkonun təyinatı gerçəkləşir. O, çempionatı məğlubiyyətsiz başa vurur və yalnız “Karvan”la ölkə kubokunun cavab yarımfinal oyununda səfərdə 0:3 hesabı ilə uduzur. Maraqlıdır ki, “Xəzər Lənkəran” bu və çempionatda da Yevlaxdakı məğlubiyyətini hazırkı baş məşqçisi Yunis Hüseynovdan alır.

“Xəzər Lənkəran” növbəti turdakı oyununu martın 24-də səfərdə son çempion, hazırkı lider “Neftçi” ilə keçirəcək.
 



  #1   Adınız: ali kazimzade;   E-mail: ali.kazimzade

24.03.2012 22:00

nefci hemise XEZER LENKARANIN QAZI OLUB VE OLACAQ

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail