Roşa klub prezidenti ilə dalaşdı, komandadan qovuldu

23.03.2012 | 6194 dəfə oxunub

Bir müddət əvvəl Ağdamın “Qarabağ” klubundan qovulan braziliyalı futbolçu Leonardo Roşa yenidən diqqət mərkəzinə düşüb. Stadium.az xəbər verir ki, istedadına baxmayaraq intizamsızlığı ilə bütün Azərbaycanda tanınan cənubi amerikalı bu dəfə vətənində fərqlənib. Ağdam təmsilçisindən sonra Braziliyanın “Treze” klubuna keçən Roşa bu komandada cəmi 48 dəqiqə duruş gətirib.

Belə ki, o, yeni komandasındakı debüt matçından sonra çıxardığı hoqqa üzündən klubdan qovulub. Roşa adlı-sanlı “Botofoqo” ilə Braziliya kubokunun I mərhələsinin cavab oyununun 72-ci dəqiqəsində meydana çıxıb. İlk matç kimi bu görüşdə 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt və penaltilər seriyasına ehtiyac duyulub. “Treze”nin 2:3 hesabı ilə uduzduğu qarşılaşmada son zərbəni qaçıran məhz Roşa olub.

Məğlubiyyətin səbəbkarı olan “qəhrəman” soyunub-geyinmə otağında ona irad bildirən klub rəhbərliyi ilə dava-dalaşa çıxıb. Bu üzdən də klubdan qovulan Leonardo komandası ilə birgə Paraiba şəhərinə geri qayıtmayaraq Rio-de-Janeyrodaki evində qalıb.

Roşa Azərbaycanda “Standard”, “İnter”, “Bakı” və “Qarabağ”da oynasa da hamısından qovulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail