Qurban Qurbanov: "Azarkeşlər bu matçdan zövq ala bildi"

28.03.2012 | 4385 dəfə oxunub

“Qəbələ” ilə qarşılaşmada qapılara qol vurulmasa da, azarkeşlər bu matçdan zövq ala bildi. Onlar çox gərgin keçən qarşılaşmanın şahidi oldu”. Stadium.az xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Bu isə futbolumuzun səviyyəsi getdikcə yüksəldiyini göstərir. Təbii ki, meydançanın durumu yaxşı olsaydı, oyunun sürəti və keyfiyyəti də daha yüksək olardı. Rəqibimizin necə oynadığını yaxşı təhlil etmişdik. “Qəbələ”nin hücum xəttinin güclü olduğunu, standart vəziyyətlərdən necə oynadığını bilirdik. Bütün futbolçularımız da səhvsiz oynamaqla onların hücumlarının qarşısını aldılar”.

0:0 hesabı ilə bitən cavab oyunundan sonra “Qarabağ” səfərdəki ilk görüşdə (2:2) vurulan qollar hesabına mərhələ adlayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail