Rəşad Sadıqovla Admir Teli Nasimovun vecinə deyil - MÜSAHİBƏ

29.03.2012 | 6864 dəfə oxunub

“Neftçi” klubunun hücumçusu Bahadır Nəsimovun müsahibəsi: 

- Ölkə kubokunun 1/4 final mərhələsinin təkrar görüşündə “Kəpəz”lə 1:1 hesabıyla bərabərə qaldınız. Komandanız bu mövsüm ən zəif oyunlarından birini keçirdi. Buna səbəb nə oldu?

- Əsas oyunçularımızın bir çoxunun heyətdə yer almaması öz sözünü dedi. Məncə, bu amil xüsusi olaraq rol oynadı. Birdə rəqib səfərdə oynadığı üçün yaxşı müdafiə olunur və daha çox əks hücumlara bel bağlayırdı. Ona görə də birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Bununla belə, onların da qol vurmaq üçün kifayət qədər imkanları oldu.

- Bu həftə Unibank Premyer Liqanın 26-cı turunda səfərdə “Qarabağ”ın qonağı olacaqsınız. Həmin görüşdə heç-heçə sizin üçün yaxşı nəticə hesab olunacaq?

- Onsuz da, hər oyunda meydana qələbə üçün çıxırıq. Onları da məğlub etməyə çalışacağıq. Ən əsas məsələ isə uduzmamaqdır. 
Mən demirəm ki, biz səfərə bərabərlik üçün gedirik. Əlbəttə, üç xal bizim üçün hava-su kimi vacibdir. Lakin ən pis halda belə ilk “altılıq”da bir xal qızıla bərarər hesab olunur. Ümumilikdə götürəndə, kim güclüdürsə, o da qalib gələcək.

- Dünənki “Qarabağ”- “Qəbələ” qarşılaşmasında güclü hücum xəttinə malik olan qonaqlar belə, Ağdam klubunun müdafiə xəttini yarmaqda çətinlik çəkirdi. Bu amil sizi narahat etmir ki?

- “Qarabağ”ın müdafiəçilərindən qorxsaydıq, futbol oynamazdıq.  Düzdü, sizin qeyd etdiyiniz kimi, rəqibin güclü müdafiə xətti var. Misal kimi, Rəşad Sadıqov və Admir Telinin adlarını çəkə bilərəm. Lakin mən nə Rəşaddan çəkinirəm, nə də Telidən. Əlimdən gələni edəcəyəm ki, qol vurum.

- Səfərdə məğlub olacağınız təqdirdə “Qarabağ”la xal fərqiniz ikiyə enəcək. Belə olan halda isə çempion olmaq şanslarınız azalacaq.

- İndi turnir cədvəlində elə bir vəziyyət yaranıb ki, istənilən komanda liderliyə yüksələ bilər. Hətta indi beşinci pillədə qərarlaşan “Qəbələ” komandasının 3 -4 oyun məğlub olmasa liderliyi ələ keçirməsi mümkündür. Lakin biz də buna imkan verməməliyik. Öz oyunumuzu ortaya qoyaraq, qalib gəlməyə çalışmalıyıq. Buna görə də bir qalibiyyət və ya bir məğlubiyyətlə kimin çempion olacağını söyləmək düzgün olmaz.

- Baş məşqçiniz Böyükağa Hacıyevin son vaxtlar yerli və legioner futbolçuların bəziləriylə yola getmədiyi söylənilir. Bu, doğrudur?

- Mən belə bir faktın şahidi olmamışam. Məşqlərdə mehribançılıq olur. Oyun zamanı məşqçi  və futbolçu arasında gərginlik olsa belə, meydanda qalır. Əgər baş məşqçi kimisə əvəzləyirsə, deməli, belə məsləhətdir.

- Belə fikirlər də var ki, baş məşqçiniz Denis Silva, Saşa Stamenkoviç kimi futbolçuları ehtiyyatda saxlayaraq cəzalandırır. Bir gün sənin də başına belə olayın gələcəyindən çəkinmirsən?

- Mən niyə də qorxmalıyam ki? Əgər özümə güvənirəmsə, heç nədən çəkinməməliyəm. Birdə, zəif oyun göstərirsənsə, ehtiyatda qalacasan. Bu, hər bir futbolçunun başına gələ bilər. Həm də seçimi baş məşqçi edir. Bu səlahiyyət ona aiddir. 

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail