Elvin Məmmədov: "Belə vəziyyətlə biz ona layiqik"

30.03.2012 | 5782 dəfə oxunub

“Bakı”nın yarımmüafiəçisi Elvin Məmmədovun müsahibəsi:

- Gəlin ondan başlayaq ki, uzun fasilədən sonra yenidən yığmaya dəvət olundunuz...
- Mən inanırdım ki, Berti Foqts məni yaddan çıxarmayacaq. Ümid edirəm ki, qarşıdakı toplanışda da özümü yaxşı tərəfdən göstərə və əsas heyətə dönə biləcəyəm.
 
- Bu toplanış öncəsi sizi “Qəbələ” ilə çox çətin oyun gözləyir...
- Çoxları hesab edir ki, bizim üçün çempionat artıq heç bir əhəmiyyət daşımır. Amma biz son tura qədər mübarizəmizi davam etdirəcəyik. “Qəbələ” ilə oyunumuz heç də asan olmayacaq. Onlar kubokdan da kənarlaşdılar. Bu üzdən bütün güclərini çempionatda uğur qazanmağa sərf edəcəklər. Əminəm ki, Bakıya da qələbə üçün gələcəklər.
 
- Sizin üçün isə güman ki, ilk növbədə ölkə kuboku daha vacibdi...
- Əlbəttə, bizim kubokda şanslarımız çempionata nisbətən daha yükəskdi. Amma bunun üçün ilk növbədə yarımfinalda “Qarabağ”ı keçməyimiz lazımdı. Ondan sonra qalır yalnız finalda qələbə qazanmaq.

- Yeri gəlmişkən, “Qarabağ”la yarımfinal oyunlarından nə gözləyirsiz?
- Onlara qarşı kubokda mübarizə aparmaq mənə çox maraqlı olacaq. Güclü rəqibdi. Amma pley-off mərhələsində istənilən rəqibi keçmək olar. Çox şey ilk oyunun nəticəsindən asılı olacaq.
 
- AZAL-la oyunda olduğu kimi?
- “Qarabağ”la oyunlarımız daha çətin olacaq, nəinki AZAL. “Təyyarəçilər”lə oyunlarda həm də bəxtimiz onda gətirdi ki, vaxtında erkən qollar vura bildik, qələbə qazandıq. Ağdamlılar isə belə boşluqlar verməyəcəklər.
 
- Amma bundan öncəki turda “Qarabağ”a yenə məğlub oldunuz. Səbəb nə idi?
- “Qarabağ” sadəcə bizim səhvlərdən yararlana bildi. Həm də penaltidən yararlana bilmədik. Bu mövsüm penaltiləri dəyərləndirə bilməməyimiz də bizim əsas problemlərimizdən biridi. Artıq neçənci dəfədi ki, belə şanssızlıq yaşamış oluruq. Penaltiləri vura bilmədiyimiz üçün itirilən xalları hesablasaq, çox fərqli mənzərə alınardı.
 
- Səhv etmiriksə, komandanın penalti vuranlarından biri də elə sizsiz...
- Bəli. Məşqlərdə mən, Şoliç, Koke və Junior penalti zərbələri üzərində çalışır. Bu dəfə topa Koke yaxınlaşdı. Biz ispaniyalının qol vuracağına əmin idik. Amma onun bəxti gətirmədi.
 
- “Bakı” bu mövsüm yenə avrokuboklardan kənar qala bilər...
- Düşünmürəm ki, belə vəziyyətlə biz ona layiqik. Halbuki, rəhbərlik tərəfindən bizim üçün hər cür şərait yaradılıb. Uğursuz çıxışımıza bir səbəb də tapmaq olmur. Sadəcə, alınmır.
 
- Novruz Əzimovla iş birliyi necə gedir?
- O, əla mütəxəssisdi. Oyunçularımızı gözəl tanıyır. Onunla çalışmaq bizə çox rahatdı. Onu da başa düşürük ki, Əzimovun baş məşqçi postundakı taleyi məhz bizim əlimizdədi. Biz də istəyirik ki, o, baş məşqçi postunda qalsın.
 
- Keçmiş komandanız “Qarabağ”ın “Neftçi”ni keçəcəyinə inanırsız?
- “Qarabağ” mənim keçmiş komandamdı. Orda çoxlu dostlarım çıxış edir. Mən onlara çempion olmalarını arzulayıram. “Qarabağ” həmişnə Azərbaycan futbolunu avrokuboklarda layiqincə təmsil edib. Onlara sadəcə çempionluq çatışmır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail