Nikolov: "Bu, bir qədər gülməlidir"

30.03.2012 | 5477 dəfə oxunub

Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun müsahibəsi:

- İlk növbədə komandanızın həm kubok, həm də Unibank Premyer Liqandakı çıxışlarını dəyərləndirməyinizi istərdim.

- “İnter”in çıxışları göz qabağındadır. Ən əsas məsələlərdən biri də ölkə kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”a qalib gələrək növbəti mərhələyə adladıq. Çempionatda isə 3-cü pillədə qəralaşsaq da, “Qarabağ”la xalları bölüşürük. Birinci pillədə qərarlaşmasaq da, liderlər qrupundayıq. Bir sözlə, hələ ki, narazı deyiləm.

- Premyer Liqanın 26-cı turunda yenidən “Xəzər Lənkəran”la üz-üzə gələcəksiniz. Bu qarşılaşma haqda nə düşünürsünüz?

- Dörd gün ərzində bir komandayla dalbadal iki qarşılaşma. Bu, bir qədər gülməlidir. Bu amil heç bir komanda üçün yaxşı hal deyil. Lakin neyləmək olar ki, püşkün nəticələri belə olub. Biz də öz növbəmizdə bunu icra etməliyik. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov düz demişdi ki, belə qısa zaman ərzində və təkrar qarşılaşmalarda yaxşı çıxış etmək çətindir. Mən inanıram ki, belə mənfi misallar gələcəkdə PFL-i bu cür nöqsanları aradan qaldırmağa sövq edəcək.

- “Xəzər Lənkəran”la oyunda qələbə qazanmaq şanslarınızı necə görürsünüz?

- Hər iki komanda güclü olduğu üçün şansları 50/50-yə dəyərləndirirəm. Çünki “Xəzər Lənkəran” kimi bizim də üç xala böyük ehtiyacımız var. Biz öz növbəmizdə çalışacağıq ki, həmin qarşılaşmada üç xalı aktivimizə yazaq.

- Komandanız kubok oyunları çərçivəsində dörd dəfə finala çıxsa da, hamısında məğlub olub...

- Bu, mənim ən yaralı yerimdir. Azərbaycan kuboku gərək “İnter”in muzeyində olsun. Belə uğursuzluq artıq başa çatmalıdır. Fikrimcə, bu dəfə finala çıxaraq kuboku qazanacağıq.

- “Neftçi”ylə oyunöncəsi işlətdiyiniz “Neftçi” bizim abunəçimizdir” ifadəsi rəqibiniz tərəfindən birmənalı qarşılanmadı. Deyilənə görə klubunuzun fəxri prezidenti Cahangir Hacıyev sizə bir daha belə ifadələr işlətməyinizi qadağan edib. Bu, doğrudur?

- Sözün açığı, biz bu məsələ barəsində heç vaxt danışmamışıq. Buna əmin ola bilərsiniz.  Klub prezidentinə zarafat etmək nə vaxtdan qadağan olub?! Adi bir zarafatdan sonra üstümə gəlmək doğru deyildi. Düzdü, təəssüf ki, bu ifadəmlə rəqibimizi bizə qarşı ikiqat motivasiya etdim. Ancaq bir daha deyirəm, bu, sadəcə bir zarafat idi.

- Hətta “Neftçi”yə məğlubiyyətdən sonra baş məşqçi Kaxaber Sxadadzenin də Cahangir Hacıyevə sizdən şikayyət etdiyi söylənilir...

- Heç kəs bu ifadəyə görə klubun fəxri prezidentinə şikayət etməyib. Xüsusilə də çənab Sxadadze. Bir də ki, sizə bir söz deyim. Mən klubun prezidenti olaraq işlətdiyim ifadəyə görə hamının qarşısında hesabat verməli deyiləm. Çünki mən sadəcə olaraq, zarafat etmişdim. Ola bilər ki, bu zarafat bir qədər uğursuz oldu.

- Ümumiyyətlə, Kaxaber Sxadadzeylə münasibətləriniz hansı səviyyədədir?

- Çox gözəldir. Mən Kaxaya həddindən çox inanıram. Ona görə də onunla müqavilənin müddətini daha bir il uzatdıq.  Baxmayaraq ki, “Neftçi” və “Bakı”ya xoşagəlməz məğlubiyyətlərimiz  olmuşdu. Bu məğlubiyyətlərdən sonra Kaxa bir qədər üzülsə də, mən ona dəstək oldum. Çalışmalıyıq ki, bir neçə il ərzində daha yaxşı bir komanda formalaşdıraq.  Ona görə də onun qalmağını istəyirəm. Yoxsa, üç aydan bir məşqçi dəyişməməliyik. Bu, doğru siyasət deyil.
 
- Hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmısınız. Bu mənada, çempionluq şanslarınızı necə görürsünüz?

- Hazırda əsas rəqiblərimizdən olan “Neftçi” bizdən xeyli irəlidədir. Lakin çempionatın axırına hələ çox var. Hər bir komandanı qarşıda çox ağır oyunlar gözləyir və hamı gözlənilmədən xal itirə bilər. Düzdü, şanslarımız o qədər də böyük deyil. Ancaq inamımı da, itirmirəm. Qarşıdakı 3-4 tur çox şeyə aydınlıq gətirəcək.
 
- Avroliqaya vəsiqə qazanmaq şanslarınız kubokda daha çoxdur, yoxsa Premyer Liqada?

- Mənim fikirimcə, çempionatda. Buradakı imkanlarımız daha realdır.

- Aprelin 2-də milli komanda növbəti təlim-məşq toplantısı keçirəcək. Artıq “Qarabağ” topılanışa futbolçularını buraxmayacağını bəyan edib. Siz bununla bağlı nə kimi addımlar atacaqsınız?

- Mən belə toplantıların FİFA-nın tərtib etdiyi qaydalar çərçivəsində keçirilməsdinin tərəfdarıyam. Millinin belə uzunmüddətli toplantılarını futbolçulara əks təsir etdiyini düşünürəm.  Amma yəqin ki, futbolçuları bu hazırlıq prosesinə buraxacağıq.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail