Rail Məlikov: "Neftçi"də kapitan olmağı ağlıma gətirmirdim" - MÜSAHİBƏ FOTOLENT

12.04.2012 | 31549 dəfə oxunub

Stadium.az saytında "Ekstra Taym" rubrikasının ikinci qonağı "Neftçi"nin kapitanı Rail Məlikovdur. Milli komandanın da şərəfini qoruyan Məlikovla səmimi söhbəti diqqətinizə çatdırırıq:


(TƏŞKİLATİ DƏSTƏK DİALOQ VƏ İNKİŞAF FONDUNA MƏXSUSDUR)

- Rail Məlikov kimdir?

- Rail Məlikov sadə insandır. Hamı kimi sadə, özündən razı olmayan bir insan.

- Futbola olan marağınız necə yarandı?

- Böyük qardaşım var, Allah bütün qardaşları saxlasın. Mən uşaq olanda onlar futbola gedirdi, hər gün futbolla məşğul olurdular. Mən də həmişə onların məşqlərinə gedib baxırdım. Beləliklə məndə də həvəs yarandı və 11 yaşımda futbola getməyə başladım.

- Ailəniz sizin futbola başlama və davam etdirməyinizə dəstək oldumu?

- Təzə-təzə gedəndə dəstək olmurdular. Mən 7-ci sinifə kimi əlaçı olmuşam. Rüb qiymətlərimdə həmişə 2 dənə 4 olardı, qalanları 5. Futbola başladıqdan sonra 8-ci sinifdə o dördlər üçlə əvəz olundu, beşlər dördlə. Həm də o vaxtlar vəziyyət çox çətin idi. Yol uzaq idi, gedib gəlmək elə də asan deyildi. Bu səbəblərə görə evdəkilər razı deyildilər. Bir təhər, axırda onları razı saldım.

- "Neftçi"də futbol karyeranız necə davam edir?

- Allaha şükür, hər şey yaxşıdı. Bura gələndən sonra çempion olmağı çox arzulayırdım ki, buna da nail oldum.

- "Neftçi" Azərbaycanın ən böyük və köklü futbol klubudur. Bu komandada futbol oynamaq və kapitan olmaq necə bir duyğudur?

- Uşaqlıqda hamının arzusu bir gün "Neftçi"də oynamaq olub. Mən də bu arzu ilə böyümüşəm. Belə bir klubda kapitan olmaq çox şərəfli bir vəzifədir. "Neftçi"də oynamağı həmişə arzulamışam, amma kapitan olmağı heç vaxt gözləmirdim. Məni bu yerə layiq görənlər çox sağolsun.

- "Neftçi" klubunda ən sevdiyiniz futbolçu kimdir?

- Hamını çox istəyirəm. Biz sadəcə komanda deyil,  həmçinin bir ailəyik. Başqa bir klubda oynasaydım,  "Neftçi"də sevdiyim birinin adını çəkə bilərdim, amma indi hamı bir biri ilə qardaşdır. Birinə deyib, o birinə deməmək olmaz. Çünki adam birini, o birindən daha çox sevir. Bu suala tam cavab verə bilmərəm.

 - Futbol karyeranız boyu başınıza gələn ən maraqlı və unuda bilmədiyiniz hansı hadisə var?

- Uşaqlıqda başıma gələn bir hadisəni xatırlayıram, hələ də. Rəşad Sadiqovla bir yerdə böyümüşük, indi də çox yaxınıq. Gəncə-Bakı qatarında olarkən, biletlərimiz şüşənin arxasına düşmüşdü. Biletlərimizi itirmişdik. Biletləri tapmasaydıq qatara minə bilməyəcəkdik. Axırda dəmirləri əyib biletləri oradan çıxara bilmişdik. Ancaq dörd biletdən ikisini çıxara bilmişdik. Mən və Rəşadın biletlərini çıxartdıq, o birilər başladı ağlamağa. Amma bir təhər pulla yola verdik. Əsas o idi ki, Rəşadla mənim biletimi çıxara bilmişdik.

 - Hamının bildiyi kimi, müdafiəçisiniz. Bəs hansısa başqa bir mövqedə oynamaq istəyərdinizmi?

- Qardaşım kimi mən də futbola qapıçı kimi başlamışam. Böyük qardaşım qapıçı, ortancıl qardaşım isə sağ cinah müdafiəçisi idi. Qapıçı kimi pis oynamamışam. Ancaq bir ara futbolu atdım, sonra yenidən başladım və bu dəfə hücumçu idim. Yenə də hücumçu olmaq istəyərdim.

- Futboldan başqa ən yaxşı bacarığınız nədir?

- Futboldan başqa maşın həvəskarıyam. Digər idman növlərindən isə tenis, basketbol, üzgüçülük ilə də məşğulam.

- Gənc yaşlarınızda özünüzə örnək götürdüyünüz bir müdafiəçi var idi?

- Uşaqlıqdan Maldini azarkeşiyəm. Həm komandanın lideri kimi, həm də bir müdafiəçi kimi.

 - Siz həmçinin Azərbaycan millisinin də futbolçusunuz və 40-dan çox oyunda iştirak etmisiniz. İlk dəfə nə vaxt və necə yığma komandaya çağrıldınız?

- Bir müddət Olimpiya yığmasının heyyətinə çağrılmadım. O vaxtlar baş məşqçi Vaqif Sadıqov idi. Daha sonra, "Bakı" klubunda çıxış etdiyim vaxtlarda yığmamızın baş məşqçisi Karlos Alberto Torres o vaxt məni görən kimi, birbaşa yığmaya çağırdı. Olimpiya yığmasına dəvət olunmamağıma baxmayaraq, birbaşa milli yığmaya çağrıldım.

- Azərbaycan yığma komandasında oynamaq necə bir hissdir, ilk dəfə yığma komandaya çağrıldığınızda nə hisslər keçirdiniz?

- Əvvəllər cavan olarkən başqa hisslərlə gedirdik yığmaya. Cavan olduğumuza görə nəzarət də ciddi idi. Hər etdiyimiz hərəkətə fikir verməli idik. İlk vaxtlar çox çəkinirdim, yığma ilə məşqlərə çıxarkən. Qorxu hissləri də olurdu. Çünkü bizdən yaşca böyük futbolçularla ilk dəfə məşq edirdik. İndiki yığma komanda ilə keçmiş yığma komandalar müqayisə olunmazdır. Bəlkə də, indi biraz yaşlanmışan deyə belə fikirləşirəm. Amma indi də məsulliyətliyəm.

- Futboldan kənar hansı məşğuliyyətləriniz var? Hobbiləriniz nələrdir?

- Hobbilərim yenə də maşın, dostlarımla oturub komputer oyunları oynamaq, dəniz kənarında dincəlmək. Daha çox dostlarla olmaq.

- Əcdadlarınız əslən Anadoludan gələn türklərdir. Bu haqda nə deyə bilərsiniz?

- Bəli İzmirdən gələn müsəlmanlardır. O vaxt erməni-müsəlman davasında əcdadlarımız Azərbaycana köç ediblər. İzmirlə indi əlaqəmiz yoxdur. Ana tərəfim də doğma Bakılıdır, İçərişəhərdəndirlər. Amma atamın əsli İzmirdən gəlib.

- İstəklər olanda xəyallar gerçəkləşirmi? İstəklərinizə necə çatdınız?

- Başqalarını deyə bilmərəm, amma məndə belədir. Nə arzulamışamsa, demək olar ki, Allahın köməkliyi ilə hamısı gerçəkləşib. Atalar demişkən, “səndən hərəkət, məndən bərəkət”. Öz əziyyətlərimlə bu yerlərə gəlib çatmışam.

 - Hansı janrda mahnılar dinləyirsiniz?

- Bu, mənim əhval ruhiyyəmdən asılıdır. Sükan arxasında olarkən pop və rok janrında mahnılar dinləyirəm. Amma ən sevdiyim mahnılar, həzin mahnılardır.

 - Ömür boyu futbol oynamaq mümkün bir şey deyil. Siz futbol kariyeranızı başa vurduqdan sonra hansı sahədə çalışmaq istərdiniz? Baş məşqçi olaraq futbolun içindəmi qalardınız, yoxsa futboldan uzaq bir sahəyəmi keçərdiniz?

- Bu haqda indidən bir şey demək mümkün deyil. Bir çox futbolçu dostum indidən öz gələciyini qurub. Amma ən böyük arzum AFFA-nın prezidenti olmaqdır. Məşqçi kimi özümü təsəvvür edə bilmirəm.

 - Unuda bilmədiyiniz hansısa bir oyun varmı?

- Yığma komandada 2-ci oyunum olub, bu oyun. İngiltərəyə qarşı səfərdə oynadığımız qarşılaşmanı nəzərdə tuturam. İngiltərənin heyyətindən bütün ulduzlar var idi. Bekhem, Ferdinand, Cerrard, Ouen, Lempard, Runi. 2-0 uduzmağımıza baxmayaraq, yaxşı oynamışdıq.

 - "Neftçi" forması ilə gələcəkdəki hədəfləriniz nələrdir? Bütün futbolsevərlərin tək arzusu klublarımızdan birinin Avrokuboklarda qrup mərhələlərinə qatılmasıdır. Belə bir söz verə bilərsinizmi?

- Niyə də olmasın... Əsas hədəfimiz liqa çempionu olmaqdır. Çempion olduqdan sonra bunu fikirləşmək lazımdır. Məncə hamının tək istədiyi də budur ki, hansısa bir klubumuzu Avropa liqalarında görək. Şəxsən məndə qısqanclıq yoxdur. Mənim üçün hansı klubumuzun Avropada yaxşı çıxış etməsinin heç bir fərqi yoxdur.

 - Hansı baş məşqçi ilə işləməyi daha çox sevirsiniz?

- Mənim üçün fərqi yoxdur. Kiminlə işləmişəmsə mənim üçün rahat olub, bir neçə nəfəri çıxmaqla.

-  Almaniyaya vurduğunuz qolu sizin üçün ən yaddaqalan qol saymaq olar?

- O qolu Vaqifin adına yazdılar, məncə. Amma bu haqda mübahisə də etmərəm. Qolu kimin vurduğunun mənim üçün fərqi yoxdur. Yenə də mənim adıma yazılıbsa,  əlbəttə, yaddaqalandır.

 - Futbolçu karyeranızı nə vaxt bitirmək fikrindəsiniz?

- İnşallah, üç ildən sonra.

 - Qız dostlarınız çoxdur?

- Yox!

 - Həyatda ən yaxın dostlarınız kimdir?

- Həyatda ən yaxın dostum atamdır. Bir də Eldar adında dostum var. Uşaqlıqdan bir yerdə böyümüşük. İndi Sankt Peterburq şəhərində yaşayır.

– Bəs jurnalistlərdən?

- Jurnalist dostlarım elə də çox deyil. Bir neçə nəfərdi, onlar da Vüsal Gözəlov və Həbib Aslanovdur ki, yaxın dostlarımdandır.

- Bir müdafiəçi kimi Azərbaycanda hansı futbolçudan xoşunuz gəlmir?

- “Qızbibi” kimi oynayan futbolçulardan xoşum gəlmir. Sumulyasiya edən futbolçudan xoşum gəlmir. Əvvəllər “Bakı”da oynayan Jabadan da bu hərəkətlərinə görə xoşum gəlmirdi. Vurmamış yıxılırdı.

- Bizə vaxt ayırdığınız üçün təşəkkürlər. Sonda gənc futbolçulara, əsasən də müdəfiəçilərə demək istədiyiniz bir şey varmı? Sizin kimi karyeraya sahib olmaq üçün nələr etməlidirlər?

- İndiki cavanlar kiminsə məsləhətini özlərinə rəva bilməzlər. Çünki indiki cavanlarda xoşa gəlməyən bir çox xüsusiyyət var . İndi oynayan cavanlara məsləhətim, səbrli olsunlar və çox çalışsınlar. Məşqlərdən sonra qalıb əlavə məşq etsinlər. Bu qədər.

 Söhbətləşdi: İntiqam İsmayılov


(Fotolar Rüfət Mustafayevə aiddir)

Stadium.az (Rüfət Mustafayev)


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail