Güloğlan Cabbarov: " Mənimlə döyüşə çıxmağa belə cəsarət eləmirdilər" - MÜSAHİBƏ

16.04.2012 | 57814 dəfə oxunub

Azrbaycan idman aləmində onun təqdimata ehtiyacı yoxdur. Güloğlan Cabbarov demək kifayət edər. Amma...

- 1976-cı il iyulun 14-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olub.

- Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur.

- 3 dəfə kinq-boksda Azərbaycan çempionu.

- 3 dəfə kinq-boksda dünya çempioni, 2 dəfə finalçı

- 1 dəfə uşu-sandada dünya çempionu

- 1 dəfə uşu-sandada Azərbaycan çempionu

- 1 dəfə boksda Azərbaycan ikincisi

- 1 dəfə boks və kinq-boksda Rusiyada keçirilən beynəlxalq turnirin qalibi

- 1 dəfə kinq-boksda avropa üçüncüsü

- Kinq-boks federasiyasında vitse-prezident kimi Azərbaycan millisi ilə komanda hesabında dünya ikincisi.

- İdam direktoru kimi "Neftçi" ilə Azərbaycan çempionu.

...bunları diqqətinizə çatdırmalı idik.

Qısası, "Maraqlıdır" rubrikasının qonağı Kinq-Boks Federasiyasını vitse-prezidenti, "Neftçi" klubunun idman direktoru Güloğlan Cabbarovdur.

 - Əvvəlcə idmana - kinq-boksa gəlişiniz barədə məlumat verərdiz...

- Məni lap əvvəl də, hamı Naxçıvanda idmançı kimi tanıyırdı. Yəni uşaqlıqdan idmana marağım böyük olub. 1998-cı ildə Bakıya gəldim. Buna kimi də həmişə əl və ayaq döyüş idman növləri ilə məşğul olurdum. Yaxınlar da təkid edirdilər ki, buna peşəkar səviyyədə yanaşım, yarışlara çıxım, özümü göstərim. Amma hər dəfə bir əngəl çıxırdı, yarışa çıxa bilmirdim. Axırda 2000-ci ildə konkret qərara gəldim ki, Respublika çempionatında çıxış edəcəm. 2000 - 2001-ci illərdə Respublika çempionatında uğurlu çıxış elədim. O vaxtlar Rasim, Elnur vardı, dünya çempionu idi Rasim. Soyadlarını unutmuşam, amma çox güclü idmançılar idi. Amma məndə böyük inam var idi. Bu da özünü doğrultdu. Respublika çempionatındakı ilk yarışımda bütün döyüşləri nokautla uddum. Həmin illər hamı mənim gücümü gördü, məndən danışmağa başladılar və prestijim qalxdı.

- Bundan sonra kinq-boksda neçə dəfə ölkə çempionu oldun?

- O döyüşdən sonra ard-arda 3 dəfə ölkədə birinci oldum. 91 kq çəki dərəcəsində bütün rəqiblərim mənimlə döyüşməyə ehtiyat edirdi. Hətta mənimlə döyüşə çıxmağa belə cəsarət eləmirdilər.

- Ölkədən kənardakı uğurların necə gəldi?

- Xaricdə ilk dəfə Rusiyada beynəlxalq turnirdə iştirak elədim və ikinci oldum. Ardınca 2002-ci ildə Avstriyada keçirilən dünya çempionatına getdim, orada da üçüncü oldum. Daha sonra kinq-boksda bəzi problemlər çıxdı. Rəhbərliklə aramızda problemlər yaşandı və buna görə bu idman növündən ayrılmalı oldum.

- Mən biləni, bundan sonra kinq-boksu boksla əvəzlədin?

- Hə, elə oldu. Bir-iki il də burada özümü sınadım, uğurum da oldu. Rusiyada beynəlxalq turnirin qalibi oldum. Respublika çempionatında ikinci oldum. 2004-cü ildə Hərbiçilərin Olimpiadasına qatıldım. Burada da zədə üzündən yarımfinalda döyüşə çıxa bilmədim.

Bundan sonra da Uşu Sandoya keçdim. Burada 2007-ci ildə dünya çempionu oldum. 2008-ci ildə isə kinq-boksa yenidən qayıtdım və dünya çempionu oldum. Daha sonra elə oldu ki, məsləhət gördülər, kinq-boks federasiyasının vitse-prezidenti olum. Məndə razılaşdım. Çünki bütün titullara sahib çıxmışdım, artıq gəncləri hazırlamağın vaxtı idi.

- Necə düşünürsən, kinq-boksda müəllim olsan yaxşı olardı, yoxsa vitse-prezident yaxşıdı?

- Müəllimlik daha yaxşı olardı. Amma burada bir məsələ var ki, kinq-boks Olmpiada idman növlərindən sayılmır. Buna görə də, maraq azdır. Amma vitse-prezident olduğum müddətdə böyük uğurlar qazandıq. Komanda hesabında dünyada ikinci sıraya qalxdıq, Avropa Çempionatını Bakıda kemirməyə nail olduq. Yəni az uğurlar qazanmamışıq. Günü-gündən qabağa getmişik.

- Peşəkar səviyyədə məşğul olduğun idman növlərindən sənin üçün ən çətini hansı oldu?

- Hamısı döyüş növüdür, hamısı çətindir. Fərq eləmir hansı idamn növündəsən, əsas odur ki, o idmanı sevəsən. Mən də bu döyüş növlərini sevmişəm. Siz inanmayacaqsız, amma mən, lap əvvəl futbolçu idim. Hətta Naxçıvan çempionu da olmuşam. Blakada olduğundan, 1994-95-ci illərdə Türkiyəyə, İrana futbol yarışlarına getmişəm.

-  Avropada uğurun olmayıb?

- Avropada üçüncülüyüm var.

- Bu qədər uğur qazanmısan, bunlardan ən yaddaqalanı hansı olub?

- 2007-ci ildə qazandığım uşu-sanda və 2008-ci ildə əldə elədiyim kinq boksda dünya çempionu olmağım mənim üçün ən böyük uğur idi.

- Bəs səni ən çox üzən döyüş?

- 2009-cu ildəki dünya çempionatında final döyüşüm. Yarımfinalla final döyüşü bir gündə keçirilirdi. Rəqib məndən əvvəl döyüşmüşdü. Yarımfinalı uddum və sonra çoxlu maye qəbul elədim. Bir saatdan sonra da döyüş idi. Bunlar bilmədən olmuşdu. Bu da mənə baha başa gəldi. Finalda rəqibim üzərində böyük üstünlüyüm vardı, amma üçüncü raunddan sonra yoruldum. Qəbul elədiyim həmin maye məni yordu. Düzdü, sona qədər döyüşdüm, amma sonda xal hesabında uduzdum.

- Döyüş növlərində bu qədər uğur və sonra futbola gəldin. Necə alındı?

- Mən BDU-nun hüquq fakultəsinin məzunuyam. Elə oldu ki, il yarım əvvəl burada işləməyim ortaya çıxdı. İşimlə bağlı Sadıq müəllimə müraciət etdim, dedim, öz sahəmdə çalışmağımda mənə kömək olsun. O vaxt da klubda hüquq şöbəsi boş imiş. Sağ olsun, mənə dedi, qəbul etdim. Futbola əsil işimlə başladım, hüquqla. Daha sonra isə idman direktoru vəzifəsinə təyin olundum. İndi burada iki işi yerinə yetirirəm. Allaha şükürlər olsun ki, gəldiyim gündən uğurlar qazanırıq.

- Hara gedirsən, çempion olursan...

- Yəqin ayağımız yüngüldür. Komanda şəklində çempion olmaq üçün ailədə bir birlik olmalıdır. Bunsuz uğur qazanmaq mümkün deyil. Məsələn, "Xəzər Lənkəran", "Qəbələ", "Bakı", hər cür şəraitləri, potensialları var, amma uğur qazana bilmirlər. Demək ki, orada bir hüzursuzluq, xoş olmayan işlər var.

- Sənə elə gəlmir ki, futbolda çempion olmaq döyüş növlərində çempion olmaqdan çətindir?

- Həqiqətən elədir. Futbol böyük idman növünə çevrilib. Bütün dünya futolla nəfəs alır, futbolla yatıb dururlar. Futbol gözəl idman növü və xoşbəxtlikdir. Bu da bir idman növüdür.

- 4 idman növündə böyük uğurlar qazanmış bir idmançı, döyüşçü və ya bir insan kimi gənclərə nəyi məsləhət görərdin?

- İndi televizoru açırıq kriminal, pis işlər nə bilim, nələr görürük. Ölkədə tanınmış bir idmançı kimi bütün qardaşlara məsləhət görərdim ki, yaxşı işlərlə məşğul olsunlar. İdmana, səmərəli işlərlə yönəlsinlər ki, sağlam mühitdə böyüsünlər. Cənab prezidentə də bir daha minnətdarlığımızı bildirirəm ki, gənclərə idmanla məşğul olmaq üçün hər cür şərait yaradıb.

 Söhbətləşdi: Vüsal BƏBİRLİ



  #7   Adınız: Tabriz Mammedov;   E-mail: [email protected]

16.09.2012 09:57

salamlar her birivize, hegigeten Guloglan Cabarov cox sade ve semimi insadi.duzdu munasibetim yoxdu ama cox gormuwem. Guloglan Cabarova sene heyatda ve idmaninda ugurlar, ve uzun omur ve can sagligi. bizim Fexrimizdi bele oglanar. imza Tebriz

  #6   Adınız: osman;   E-mail: [email protected]

18.04.2012 03:55

Sederekde oqlanlar var ki hec vaxt doyusden cekinmeyibler,hele Naxcivani demirem

  #5   Adınız: qasim;   E-mail: [email protected]

17.04.2012 21:49

Huzursusluq ve xos olmayan isler hamisi Neftcidedir

  #4   Adınız: baki azarkesi;   E-mail: [email protected]

17.04.2012 08:34

Baki hemise temiz oyun oynuyub ve temiz qelebe qazanib,onun bunun hesabina dvijenya elemiyib

  #3   Adınız: Kamran;   E-mail: ---

16.04.2012 23:41

Guloqlana Neftcide de uqurlar arzulayiram. Yaxsi oqlanlara esq
olsun!

  #2   Adınız: Namiq;   E-mail: ---

16.04.2012 23:40

Heqiqeten de o illerde Guloqlandan basqasi yox idi. Men bunu
cox gozel bilirem, cunki sahidi idim

  #1   Adınız: ELSEVAR;   E-mail: [email protected]

16.04.2012 22:06

MENIM BABAM SENE GELECEK IWLERINDE UGURLAR !!!!!!!!!!!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail