"Xəzər Lənkəran"la matç mənim üçün adi oyun olacaq"-MÜSAHİBƏ

24.02.2011 | 9457 dəfə oxunub

rnrn

Stadium.azrnsizə “İnterin yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsini təqdim edir

rnrn

- Mövsümarası transfer dönəmində "Xəzər Lənkəran"a keçdin,rnancaq yenidən "İnter"ə qayıtdın. Buna nə səbəb  oldu?
rn
- "Xəzər Lənkəran"a məni Ağasəlim Mircavadaov aparmışdı, lakinrnsonradan onun yerinə yeni məşqçi gəldi. Görünür, oyun tərzim yeni məşqçinin xoşunarngəlmədi. Nəticədə məni transferə çıxardılar və "İnter"ə qayıtmaq qərarınarngəldim.

rnrn

- Qarşıda "İnter"i məhz son zamanlar heyətində oynadığın "XəzərrnLənkəran"la matç gözləyir. Bu məqam qarşıdakı oyunu sənin üçün xüsusirnəhəmiyyətli edirmi? Olar bilər, lənkəranlıların məşqçisinə nəsə sübut etməkrnistəyirsən?
rn
- Xeyr, sübut ediləsi heç nə yoxdu. Sadəcə, oyuna xüsusi hazırlaşıram vərnmənim üçün adi qarşılaşma olacaq. Matç isə Azərbaycan çempionatının digərrnoyunları kimi özünə görə vacibdi.

rnrn

- Sən "Xəzər Lənkəran"ı daxildən yaxşı tanıyırsan. Yəqin komandanınrnzəif tərəflərilə də tanışsan. Qarşıdakı oyunda bunlardan istifadə etməyirndüşünürsən?
rn
- Bilirsən, "Xəzər Lənkəran" daim dəyişir, buna görə də, komandarnhaqqında başqalarının bildiyi qədər məlumatlıyam.

rnrn

- Yeri gəlmişkən, son zamanlar icarəyə verilmiş hansısa futbolçununrnrazılığa əsasən keçmiş komandasına qarşı meydana çıxmaması halları artıb. Səninrnicarə müqaviləndə belə maddə var?
rn
- Xeyr, mənim müqaviləmdə belə maddə yoxdu. "Xəzər Lənkəran"arnqarşı oynaya bilərəm.

rnrn

- Lənkəranlılarla oyun barədə nə düşünürsən? Komandanın şansını necərnqiymətləndirirsən?
rn
- Bizim üçün çox çətin olacaq, axı, "Xəzər Lənkəran" kifayətrnqədər güclü komandadı. Ancaq onu deyə bilərəm ki, komandaların qalib gəlməkrnşansı bərabərdi. Əminəm ki, bizi çox maraqlı oyun gözləyir.

rnrn




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail