Flavinyo: “Bakı” üçün çempiona qarşı oynamaq çox çətin olacaq" - MÜSAHİBƏ

15.05.2012 | 7415 dəfə oxunub

“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyonun müsahibəsi: 
 
- Mövsümü “Neftçi” üçün necə dəyərləndirərdiz?
- Mövsüm bizim üçün hələlik tam bitməyib. Qarşıda kubokun finalı da var. Buna baxmayaraq, biz artıq çempionluq titulunu qorumaqla bağlı hədəfimizə nail olmuşuq. Çempionluğumuzu da ədalətli hesab edirəm.
 
- Komanda hazırda “qızıl dubl” haqda düşünür?
- Əlbəttə! Finalda ancaq qələbəyə köklənmişik. “Bakı” üçün çempiona qarşı oynamaq çox çətin olacaq.
 
- “Bakı”nın heyətində kimləri fərqləndirə bilərsiz?
- Onlarda yaxşı oyunçular çoxdu. Xüsusi olaraq Junioru, Şoliçi, Parksı fərqləndirə bilərəm. Düzdü, onlar sabit oyun sərgiləyə bilmirlər. Amma istənilən vaxt toparlanmağı bacarırlar.
 
- “Neftçi” penaltilərə də hazırlaşır, yoxsa hər şeyə əsas vaxtda aydınlıq gətirmək istəyirsiz?
- Biz penaltilərə hazırlaşmırıq. Hər ehtimala qarşı bu günə kimi. Fikrimcə, baş məşqçimiz hər şeyə 90 dəqiqə ərzində aydınlıq gəlməsini istəyir. Bizim başqa yolumuz yoxdu. Ən yaxşısı birinci hissədə qol vurmaqdı.
 
- Çoxları düşünür ki, “Neftçi” avrokuboklara hazır deyil...
- Bəs hansı komanda hazırdı? Geridə bütöv bir mövsüm qalıb. Uşaqlara istirahət lazımdı. Həm də bizim güclənməyə də ehtiyacımız var.
 
- Çempionlar Liqasının ikinci təsnifat mərhələsində hansı komandanı özünüzə rəqib görmək istərdiniz?
- Rəqibləri biz seçmirik. Hər şey püşkatmadan sonra bilinəcək. Əlbəttə, özümüzə bərabər rəqiblərlə düşməyimizi istəyirəm. Çünki ÇL-də iki mərhələ adlamaq istəyirik.
 
- Ötən mövsüm də eyni şeyi deyirdiz. Amma heç bir mərhələ də keçə bilmədiniz...
- “Neftçi” həmişə qarşısına yüksək hədəflər qoyur. Komanda Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyir. Çox şey püşkatmadan asılı olacaq. Bir şeyi də unutmayın ki, ötən mövsüm bizim yolumuzu kəsən komanda ÇL-in qrup mərhələsində mübarizə aparmaq hüququ qazandı. Bizim təcrübəmiz də artıb. Qarşıdakı mövsümdə daha yaxşı olacaq.
 
- Yenidən “Dinamo” ilə oynamaq istərdiniz?
- Bəli, istərdim ki, onlar daha güclü “Neftçi” görsünlər. Bu dəfə tam fərqli oynayacağıq.



  #1   Adınız: baki azarkesi;   E-mail: [email protected]

16.05.2012 06:15

Sen get artistliyivi et,simuliyant

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail