Naci Şensoy: "Azərbaycan millisini çalışdıracam" - MÜSAHİBƏ

22.05.2012 | 10275 dəfə oxunub


"Turan" klubunun keçmiş baş məşqçisi, hazırda Albaniya çempionatında çıxış edən "Bylis"in çalışdırıcısı olan Naci Şensoyun "Stadium.az" saytına müsahibəsi

- Naci bəy salam. Necədir İşlər?

Çox sağolun, işlər yaxşıdır. Dünən Türkiyəyə gəlmişəm və hazırda İstanbulda evimdə dincəlirəm. Çünki buna ehtiyacım var. Albaniya liqasında çox çəkişməli və dinamik oyunlar oynanılır. Orada liqada 14 komanda var, son iki komanda aşağı dəstəyə düşür, onların üstündə olan daha 3 komanda isə pley-off oynayırlar. Mənim çalışdırdığım komanda "Bylis" çox kiçik büdcə ilə liqanı 6-cı tamamladı. Bu da bu komanda üçün böyük uğur sayılır. Çünki komandam iki ildir ki, əsas çempionatda çıxış edir.

- Orada özünüzü necə hiss edirsiz?

Albanlar burada məni çox yaxşı qəbul edirlər. Alban dilini bilməyim də mənə daha çox kömək olur. Mən peşəkarlığa alışqan bir adamam. Bu mənim çalışdığım 5-ci ölkə olur - Türkiyə, Azərbaycan, Bolqarıstan, Serbiya və Albaniya. Burada çox qısa zamanda özümü göstərdim və Albaniya milli komandasını çalışdırmağa əsas namizədlərdən biri idim, amma son anda olmadı, italiyalı məşqçi ilə razılaşdılar. Olsun, milli komandaya namizəd olmaq özü mənim üçün böyük qürurdur. Çünki türk futbol tarixində xarici ölkə millisini çalışdıran hələ heç bir türk məşqçisi yoxdur.

- Albaniya futbolu sizi sıxmır?

Yox, çünkü Albaniya futbolunun səviyyə baxımından Azərbaycana yaxın olduğunu düşünürəm. Çempionatda 14 komanda olduğu üçün çox maraqlı qarşılaşmaların şahidi oluruq. Azərbaycanla müqayisədə burada oyunlar daha sərt keçir. Ölkə İtaliyaya yaxın olduğu üçün də müdafiə futboluna üstünlük verirlər. Yuxarıda qeyd etdiyim kimi, oynanılan pley-off oyunları da çempionata böyük rəng qatır. Bir şeyi unutmayın ki, Albaniya millisində oynayan bir neçə futbolçu İtaliya A seriyasında çıxış edir, amma Azərbaycan yığmasının Avropada oynayan futbolçusu yoxdur.

- Komandada böyük iddia yoxdur, bu amil işinizə necə təsir edir?

Çalışdırdığım "Bylis" komandası Azərbaycandakı "Turan" klubuna çox oxşayır. Necə ki, o komandanı götürüb Premyer Liqada saxladımsa, bunu da qəbul edib yüksək yerlərə daşıdım. Köhnədən bu komandanın eyni "Turan" kimi uğurları olub və avrokuboklarda belə oynamış, amma uzun zaman öncə əsas liqanı tərk ediblər. İki ildir Super Liqadadırlar. Rəhbərlik məndən komandanı Super Liqada saxlamağı istədi, mən isə 6-cı etdim. Bundan sonra klub rəhbərliyi mənə 3 illik yeni müqavilə təklif etdi ki, komandanın köhnə uğurlarını yenidən onlara yaşadım. Amma müqavilə bağlamağa tələsmədim, bir az dincəlmək istədim. Ola bilsin ki,  yeni mövsümdən də bu komandada işmi davam etdirdim. Çünki məni orada çox sevirlər.

- Azərbaycan futbolunu izləyirsizmi?

Azərbaycan futbolunu daimi olaraq internetdən izləyirəm. Eləcə də dünya futbolunu. Azərbaycan çempionu "Neftçi" oldu, mövsüm boyu çox stabil oyun nümayiş etdirdilər və məncə buna layiq idilər. Kubokun finalında isə "Bakı" çox gözəl oyun göstərərək qələbə qazandı. Hər iki komandanı təbrik edirəm və Avropada onlara uğurlar arzulayıram. "Bakı"ya gəlincə, mən bu komandanı tanıyandan, onlar həmişə məşqçi seçimində səhv edirlər. Buna görə də 2-3 ildir mövsümü boşuna yola verirlər. Mən "Qarabağ"ın çıxışına üzüldüm, onlar uğurlu ola bilmədilər. Çox bəyəndiyim Qurban Qurbanov ötən illərdəku uğuru bu dəfə təkrarlaya bilmədi. Demək ki, rəhbərliklə bir yerdə planlamalarda səhv ediblər. Mənim fərqim budur. Naci Şensoy ötən mövsüm "Turan"ı "Simurq"dan 9 xal öndə saxladı. Amma bu dəfə onların vəziyyəti göz qabağında idi. Bir atalar sözü var: İcara olunun işin danışdığı yerdə, kəlmələr susar.

- "Neftçi"nin çempion olmasını necə qiymətləndirirsiz?

"Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Yuxarıda da qeyd etdiyim kimi, il böyu stabil oyun sərgilədilər. Prezidentləri Sadıq Sadıqov günün 24 saatı komandanın uğuru üçün çalışdı. Tahir Süleymanovun da nəyə qadir olduğunu çox yaxşı bilirəm. Birlikdə güclü komanda yaratdılar, səviyyəli əcnəbi oyunçular gətirdilər və il boyu kluba yüksək səviyyədə rəhbərlik etdilər. Xüsusən də Azərbaycan üçün böyük təcrübəsi olan məşqçi gətirdilər. Nəticədə doğru görülən bu işlər komandanın çempion olması ilə başa çatdı.

-  Azərbaycan çempionatının hazırkı səviyyəsi barədə nə deyə bilərsiz?

- Azərbaycan futbolunda inkişaf yoxdur demək düzgün olmaz. Özünüz də bilirsiz ki, Azərbaycanda çalışan ilk əcnəbiyəm. Düz 12 il əvvəl "Turan"ı çalışdırmaq üçün ora getdim. O zaman Azərbaycan futbolu pis vəziytdəydi. Meydançalar bərbad, bazalar yox idi, rəhbərlər pul xərcləməyə maraqlı deyildilər. Amma prezidentiniz İlham Əliyevin futbola əl atması ilə hər şey dəyişdi. Əvvəlcə güclü sponsorları futbola cəlb etdi. Bununla da hər şey yaxşılaşmağa başladı. Yeni bazaların, stadionların inşasına başlanıldı, futbolçuların çalışma yerləri normal vəziyyətə düşdü, əcnəbi məşqçi və futbolçular gəldi, səviyyə yüksəlməyə başladı. Yoxsa Azərbaycan millisinin Türkiyəni yenməsini, "Qarabağ"ın 3 il dalbadal Avropa Liqasında "pley-off" oynamasını necə izah etmək olardı? Unutmayın ki, 25 il əvvəl Türkiyə də sizin vəziyyətinizdəydi. Onlar düzgün yatırımlar və səbirlə buraya gələ bildilər.

- Yenidən Azərbaycanda işləmək barədə düşünürsüzmü?

Azərbaycanda ayrı-ayrı illər ərzində üç dəfə "Turan" klubunda çalışdım. Və Azərbaycan mənim ikinci vətənimdir. Rəhmətlik AFFA prezidenti Ramiz Mirzəyev mənim Azərbaycan millisini çalışdırmağımı çox istəyirdi, amma bunun üçün ömrü yetmədi. Təəssüflənmirəm, Azərbaycanı çox sevirəm, bir gün bu istəyimə nail olacam və Azərbaycan millisini çalışdıracam. Hazırda Albaniyada məndən çox razıdırlar və mənə uzun müddətli müqavilə təklif ediblər. Amma mən tələsmirəm, əgər Azərbaycandan yaxşı bir klubdan təklif alarsam, mütləq qəbul edərəm. Orada həmişə uğurlu çalışmışam, gedərsəm, yenə uğur qazanacağıma əminəm. Bundan heç kəsin şübhəsi olmasın. Çünki Azərbaycan futbolunu çox yaxşı bilirəm. Sonda Azərbaycan idman mediasını ürəkdən salamlayıram, Allaha emanet olun.

Söhbət etdi: Ümid BABA




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail