“Kayzerslautern”in azərbaycanlı futbolçusu: "Oradakı klublarda oynamaq istəməzdim"

28.05.2012 | 6078 dəfə oxunub

“Kayzerslautern” klubunun yetirməsi olan Orxan Nuriyevlə müsahibəsi: 

- Öncə başlayaq tanışlıqdan...


- 1992-ci il sentyabrın 10-da Qubada doğulmuşam. Ampluam həm sağ, həm də sol cinah hücumçusu mövqeyi. Fiziki göstəricilərimə gəlincə, boyum 179 sm, çəkim isə 73 kq.

- Futbola harada başlamısan?

- İlk olaraq, Azərbaycanda başlamışam. Belə deyək, ilk vaxtlardan bütün uşaqlar kimi küçələrdə top qovurdum. Sonradan futbol bölməsinə yazıldım. Almaniyaya gələndən sonra isə “Kayzerslautern” futbol məktəbinin uşaq komandasına yazıldım və burada futbolun sirrlərini öyrənməyə başladım. İlk peşəkar klubum isə SV “Schöntal” klubu olub.

- Ümumiyyətlə, necə oldu gedib Almaniyaya çıxdın?

- Uşaq vaxtı atam işi ilə əlaqədar olaraq, bizi buraya gətirib. Beləliklə də Almaniyada yaşamağa başlamışıq. 

- Azərbaycan millisində səndən xəbərdar olan varmı, bu günə qədər əlaqə saxlayan olubmu?

- Açığı, mən özüm Azərbaycan millisi ilə əlaqə saxlamışam, oynamaq istəyimi bildirmişəm. Amma hələ də heç  bir cavab gəlməyib. 

- Bəs, futbolumuz haqqında nə dərəcədə məlumatlısan?

- Bildiyim qədəriylə, hazırda Azərbaycan futbolu inkişaf dövrünü yaşayır.

- Almaniyada Azərbaycan futbolu haqqında nə bilirlər?

- Almaniyadan Azərbaycan futbolu çox qəliz görünür. Almanların futbol hissiyatı var, topla necə davranmalı olduqlarını, futbol duyumunu gözəl bilirlər.

- Hazırda millimizə dəvət alan Ufuq Budaqla, Uğur Pamuk Almaniyada yetişib Azərbaycan millisinə dəvət alan futbolçulardı. Onlarla tanışlığın var?

- Yox, heç birini tanımıram. Sadəcə, eşitmişəm ki, hər ikisi milliləşdirilib və Azərbaycan millisində oynayırlar.

- Sən özün, Azərbaycan klublarının birində oynamaq istərdin?

- Açığı yox, istəməzdim. Çünki mən Avropada oynamağa üstünlük verərdim. Hazırda zədəm var. Bəlkə də zədəm olmasaydı II Bundesliqa klublarının birinin şərəfini qoruyurdum. Təkliflər də var idi. Ancaq təəssüf ki, zədə aldım və bu, baş tutmadı. İnanıram ki, zədədən sonra istəyimi həyata keçirəcəm. Amma millinin formasını sevə-sevə geyinərdim.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail