Ceyhun Sultanov: "Layihəni çox bəyəndim"

01.06.2012 | 7375 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun yeni transferi Ceyhun Sultanov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- “Sumqayıt”ın futbolçusu kimi ilk təəssüratların...
- Təxminən iki həftə əvvəl “Sumqayıt” Futbol Klubunun rəhbərliyi ilə görüşüm oldu. Bu klubun strategiyası ilə tanış olduqdan sonra onlarla danışıqlara başladım. Açığı, layihəni çox bəyəndim. Sumqayıt Azərbaycanın futbol ənənələri ilə zəngin olan şəhəridir. Bu şəhər hər zaman ölkə futboluna əvəzolunmaz futbolçular bəxş edib. Gənclərlə işləmək bizim kimi təcrübəli futbolçular üçün olduqca maraqlıdır. Gizlədəcək bir şey yoxdur. Mən “Sumqayıt”la uzun müddət əməkdaşlıq etmək niyyətindəyəm.
 
- “Sumqayıt”ın strategiyasını bilirsən. Gənclərdən qurulmuş və gələcəyə hesablanmış komandadır. Gənclərdən qurulmuş klubda əsas işin və məqsədin nə olacaq?
- Komandada məndən başqa, Samir Abasov və Aftandil Hacıyev kimi təcrübəli futbolçular yer alır. Hər iki futbolçu ilə vaxtilə bir komandada oynamışam. Düşünürəm ki, gənclərin yetişməsində və təcrübə toplamasında bizim də əməyimiz olacaq. Ölkə futbolunun inkişafını istəyiriksə, mütləq gənclərə dəstək olmalıyıq. Qaldı ki, “Sumqayıt”dakı işimə, çalışacağıq ki, klubu daha yüksək pillələrə qaldıraq.
 
- Son iki ildə “Kəpəz”də çiyin-çiyinə oynadığın Sabir Allahquliyev də “Sumqayıt”la anlaşıb...
- Sabirlə “Kəpəz”də birlikdə oynamışıq. Öz üzərində çalışan futbolçudur. Sumqayıtlı olması onun gələn mövsüm daha məsuliyyətli çıxış etməsi üçün əlavə üstünlükdür. Düşünürəm ki, Sabir “Sumqayıt” üçün uğurlu seçimdir.
 
- Yeni mövsüm “Sumqayıt”ı hansı pillədə görürsən?
- “Sumqayıt” Futbol Klubu 2011/2012 mövsümündə də yaxşı çıxış etdi. Komanda gənclərdən qurulduğu üçün təcrübəsizlik öz sözünü dedi. Komandanın özəyi olan gənclər artıq bir ildə kifayət qədər təcrübə toplaya bilib. Üstəlik bu ilin transferlərini həmin komandaya əlavə etsək, döyüşkən kollektivin yarandığını deyə bilərəm. İnşallah növbəti mövsümdə hamısı “Sumqayıt”ın gücünü görəcək.
 
- Sonda Sumqayıtlı azarkeşlərə nə demək istərdin?
- Biz əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək. Stadiona gedərkən arenadakı təmir işlərinə diqqət yetirdim. Sumqayıt stadionunun əsaslı təmiri futbolsevərlər üçün artıq sevindirici xəbərdi.



  #1   Adınız: BALLACK;   E-mail: [email protected]

02.06.2012 09:26

Bu klubun strategiyası ilə tanış olduqdan sonra onlarla
danışıqlara başladım. Açığı, layihəni çox bəyəndim.

P.S QARDAWIM HANSI LAYiHEDEN DANIWIRLAR?? BILEN OLSA XEBET
ETSINLER

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail