Namiq Yusifov: "Bunu onlardan heç gözləmirdim" - MÜSAHİBƏ

14.07.2012 | 14810 dəfə oxunub

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ"ın futbolçusu Namiq Yusifovun Stadium.az saytına müsahibəsi:

- Toplaniş nece gedir?

- Allaha şükür, toplanış qaydasında davam edir. Hələlik heç bir problemimiz yoxdur. Bir müsbət cəhət də var ki, zədəsiz-bəlasız birinci toplanışı başa vurmaq üzrəyik.

- Düşərgədə ümumi ab-hava necədir?

- Ab-hava həmişə olduğu kimi yenə yaxşıdır. Yeni gələn uşaqlar da komandaya tam uyğunlaşıblar. Bu da sevindirici məqamdır.

- Komandanın hazırlıq planına uyğun gələcək mövsüm barədə nə deyə bilərsən?

- İnşallah bu il fərqli "Qarabağ", fərqli oyun olar. Əsas da istədiyimiz yeri tutarıq.

- Amma iddialı klublardan ən az transfer edən sizin komandadır. Digər komandalar heyəti gücləndirsələr də, sizdə transfer yox səviyəsindədir. Bununla qarşıdakı mövsümdə necə uğur qazanmaq olar?

- "Qarabağ" hər il az transfer etsə də, həmişə yüksək yerlər uğrunda mübarizə aparır. Ona görə də, bizim üçün transferin çoxluğu o qədər də önəmli deyil. Əsas məsələ oturuşmuş heyəti qoruyub saxlamaqdır.

- "Qarabağ"sız Avrokubokları necə dəyərləndirirsən?

- Avrokuboklarda bütün komandalarımıza uğurlar arzu edirəm. Fərqi yoxdu kim oynayır, əsas odur ki, hamı Azərbaycanı təmsil edir. Həm burda çıxış etdiyimdən, həm də siyasi baxımdan "Qarabağ"ın orda olması vacib idi, amma idman baxımından heç bir fərqi yoxdur. Bütün klublarımız İnşallah qələbə qazanar. Təəssüf ki, "Bakı" ilk mərhələdə zəif rəqibi qarşısında mübarizəni dayandırdı. Düzü, bunu onlardan heç gözləmirdim.

- "Qarabağ" bu mövsüm hansı yer üçün oynayacaq?

- "Qarabağ"ın məqsədi ancaq yüksək yerlər uğrunda oynamaq olub. Əsas odur ki, Avrokuboklara vəsiqə qazanaq, amma bacardığımız qədər həm də çempionluğa oynayacağıq.

- Premyer Liqanın yeni mövsümünün püşkü atıldı. İlk turda "Qarabağ" "İnter"lə oynayacaq...

- Bizim üçün hansı rəqiblə oynayacağımızın heç bir fərqi yoxdur. Əsas odur ki, biz öz oyunumuzu oynayaq və heyətdə zədəli futbolçumuz olmasın.

Söhbətləşdi: Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail