Sadıq Sadıqov: "Qrupda ikinci pilləni tutmaq üçün əsas rəqibimiz "Rubin" olacaq" MÜSAHİBƏ

01.09.2012 | 5493 dəfə oxunub

"Neftçi"nin prezidenti Sadıq Sadıqov klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini və qarşıya qoyulan məqsədi Stadium.Az saytına dəyərləndirib:

- Əvvəlcə püşkatma barədə düşüncələrinizi bilmək maraqlıdır...

- Püşkatmanın nəticəsini normal qiymətləndirirəm. Məncə normal qrupa düşmüşük. Biz rəqiblərimizə baxıb ağlamamalıyıq. Qrup mərhələsində rəqib amilindən şikayətlənmək olmaz. Burada bütün rəqiblər güclü olur, zəif komandanın qrup mərhələsində nə işi var?

- Ümumiyyətlə, komandanın qarşısına hansı məqsəd qoyulub?

- Biz burada əlimizi-qolumuzu yanımıza salaraq oynamayacağıq. Çalışacağıq ki, qrup mərhələsində öləmizin adın uca tutaq. Bizim üçün qrupa düşmək özü ən böyük uğurdur, amma bundan da artığını etmək laımdır.

- Sualımı bir qədər də konkterləşdirim, neçənciı yerə oynayacqsız?

- Təbi ki, qrupdan çıxmağa. Burada birinci pillədən söhbət gedə bilməz. Düzdü demək olar biz birinci yer üçün oynayacağıq, amma bu, reallıq olmaz axı. yri oturaq, düz danışaq, bu qrupda birinci pilləni tutmaq mümkün deyil axı. Rəqiblərlə bizi müqayisə edəndə hər şey görünür də. Görünən dağa bələdçi lazım deyil ki. Onsuz da hamı hər şeyi yaxşı görür, qiymətləndirir.

- Onda rəqibləri bir-bir dəyərləndirək. Əvvəlcə "İnter"dən başlayaq...

- "İnter"in adı hər şüyi deyir. Bu komandanın 20-30 milyon dollarlıq futbolçuları var. Onların ad sanı özü oyuna çıxmamışdan əvvəl rəqibdən bir addım yox, bir neçə addım öndə olur. Amma "İnter"dən də çəkinmək olmaz. Çünki bu komandanın oyunu çox vaxt bizim kimi rəqiblərlə alınmır. Çünki futbolçuları rəqibdən çəkinirlər, qorxurlar ki, zədələnərlər. "İnter"lə bir qrupa düşmək bizim üçün həm böyük göstərici, həm də böyük reklam sayılmalıdır.

- "Rubin"?

- İnanın ki, "Rubin" qrupda bizim üçün ən çətin rəqibdir. Çünki sovet futbol məktəbindən çıxmış komandadır. Bizimlə onların oyun tərzi arasında elə də böyük fərq yoxdur, bua görə də, məncə bizim qrupda ikinci pilləni tutmaq üçün əsas rəqibimiz elə "Rubin" olacaq. 

- Bəs "Partizan"?

- Biz hələ pley-off mərhələsinin püşkatması atılanda istəyirdik ki, rəqibimiz "Partizan" olsun. Çünki APOEL-in ötən mövsüm Çempionar Liqasında göstərdiyi nəticələr əsas verirdi ki, bu komandailə düşməsək yaxşıdır, amma qismət elə oldu ki, biz "Partizan"la qrupda oynamalı olduq. Məncə biz onlardan yox, onlar bizdən çəkinməlidirlər.

- Püşkatmadan sonra komanda ilə söhbətiniz olubmu?

- Bakı döndükdən sonra çox yorğun idim, hamı evinə, ailəsinin yanına gedib. Təbii ki, söhbətimiz olacaq. Komandamız onlara verilən işin öhdəsindən layiqincə gəlib. İndi nonlar heç nədən çəkinməyərək hər oyuna xal qazanmaq üçün çıxmalıdırlar. Çünki daha üzərlərində təzyiq olmayacaq, çıxıb öz oyunlarını göstərməlidirlər. Bundan sonra "Neftçi"nin itiriləcək heç nəyi yoxdur.

Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail