Qurban Qurbanov: "Onlara "bravo" deyirəm" MÜSAHİBƏ

04.09.2012 | 7687 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Stadium.az saytına müsahibəsi:

 - Arxada qalan dörd turu komandanız üçün necə qiymətləndirmək olar?

- Ümumi götürəndə, komandamızın çıxışından razıyam. 4 oyunda qazandığımız 8 xal yaxşı göstərici sayılmalıdır. Çünki rəqiblərimiz arasında "İnter" və "Neftçi" kimi güclü klublar da var. Yaxşı oyunlar oldu. Ən azından yuxarı yerlərdə qərarlaşmışıq. Düzdü, biz "Rəvan"la oyundan da 3 xalla ayrılacağımızı düşünürdük, amma bu, alınmadı. Oyun başlayandan yaxşı qol imkanlarımız oldu, amma yararlana bilmədik. Belə komandalara qarşı oyunlarda isə bunu dəyərləndirmək lazımdı. Buna baxmayaraq, yenə xallarımızın üzərinə bir xal da əlavə olundu, amma unutmamaq lazımdır ki, bizdən əvvəl "Xəzər Lənkəran" və "Bakı" kimi komandalar da "Rəvan"ı uda bilməmişdi.

- Yəqin ki, "Rəvan"la oyundan sonra həmin görüşün videoyazısına baxdız. Nə gördüz, komandanın zəif cəhəti nədə idi?

- Belə deyək də, komandamda realizasiya və ustalıq səviyyəsi çatmadı. Xüsusən də ön xətdə. Bəzi oyunçularımız - Əfran İsmayılov, Vüqar Nadirov bu oyunda düşündüklərimizdən aşağı səviyyədə oynadılar. Qara Qarayevin olmaması da öz sözünü dedi. Muarremi ortada oynatdım, onun oyunu orada alınmadı. Çünki rəqib bizi yaxşı analiz etmişdi, ortanı yaxşı bağlaya bildilər ki, bu da bizim oyun planımızı pozdu. Çatışmazlıqlarımız oldu, amma çoxlu qol vəziyyətlərimiz də vardı, sadəcə yararlana bilmədik.

- Oyunun son bölümlərində Rəşad Sadıqovu pleymeyker kimi oynatdız, amma bu onda alınmadı. Bunu bir daha yenə sınayacaqsız?

- Hər oyunda belə dəyişikliklər, yerdəyişmələr ola bilər. Elnur Abdulov tez yoruldu, oyuna qoşula bilmədi. Sona yaxın gənc futbolçu Kamili meydana buraxdım, Rəşadı təcrübəsinə görə önə çəkdik, hətta qol da vura bilərdi. Belə şeylər yenə baş verə bilər.

- Oyun qurucusundan söz düşmüşkən, komandadan gedən Rəşad Sadiqovun yeri görünür?

- Biz Rəşaddan başqa cür istifadə edirdik, indi "Neftçi" ondan başqa cür yararlanır. Sadiqov çox yaxşı futbolçudu, burada yaxşı günləri keçib. Elə "Neftçi"də də belə günləri davam edir. Mən keçmişlə yaşayan məşqçi deyiləm, indi əlimizdə nə varsa, ondan istifadə etməliyik.

- Həmişə millinin oyunundan sonra "Qarabağ" çətin vəziyyətə düşür. Futbolçular özlərinə gec gəlirlər. Sizcə bu dəfə necə olacaq?

- Bütün dünyada komandalar milliyə futbolçu verir. Mənim üçün daha yaxşı olar ki, futbolçularım əlimin altında olsun və istədiyim rəqibə istədiyim kimi hazırlaşım. Futbolçular millidən qayıtdıqdan sonra 3-4 gün vaxtımız olacaq. Çalışacağıq ki, bu vaxtan yaxşı yararlanıb, oyunlara istədiyimiz kimi hazırlaşaq. Həm də AZAL-a qarşı oynayacağıq, çox ciddi rəqibdir. Mən düşünmürəm ki, komandamda fiziki baxımdan problem olsun, sadəcə oyun quruculuğu cəhətdən axsaqlarımız ola bilər.

- "Neftçi"nin tarixi uğuru barədə nə deyə bilərsiz?

- Əlbəttə ki, "Neftçi" hamımızı sevindirdi, onlara "bravo" deyirəm. Neçə il idi bu olmalı idi. Son anda ya həddindən artıq güclü rəqibə qarşı düşürdük, ya nəsə başqa problemlər ortaya çıxırdı və qrupa düşmək olmurdu. Həm də çempion olmağın üstünlüyü budur. Qrupa düşmək üçün iki şansın olur, ən azından birindən yararlana bilsən, bəs edir. Bu şansdan da "Neftçi" gözəl istifadə etdi. Mən baxdığım bütün oyunlarda "Neftçi" çox gözəl oyun göstərib. "Neftçi"nin bu göstəricisi Azərbaycan futbolu üçün böyük təkan olacaq. Həm milli, həm də digər klublar üçün. Mən azarkeşlərin də bundan sonra stadiona daha çox gələcəyini düşünürəm. Nadir hallarda Azərbaycana adlı-sanlı klublar gəlir, amma indi "İnter" gələcək.

- Bakıda APOEL-lə 1:1 oynayan "Neftçi"dən səfərdə belə oyun gözləyirdiz?

- Mən inanırdım. Məni tanıyan bir neçə insana da demişdim ki, "Neftçi" səfərdə turu keçən tərəf olacaq. Çünki ilk oyunda göründü ki, "Neftçi" rəqibini yaxşı analiz edib, oyununu tutub.

- Ən azından bir mütəxxəssis kimi fikrinizi bilmək maraqlı olardı. Avropa Liqasının qrup mərhələsinə düşən "Neftçi"dən əsas milliyə cəmi bir futbolçu dəvət olunub...

- Məncə mən bu işə qarışmasam, yaxşıdı. Nəzərə almaq lazımdır ki, "Neftçi"də ikən milliyə çağrılan Ruslan Abışov, Rail Məlikov komandadan ayrıldı. Məncə digər futbolçuları da çağıracaq, qarşıdakı müddətdə dəyişikliklər olacaq.

Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail