Elxan Məmmədov: “Berti Foqts məğlubiyyətdən nəticə çıxarmalıdır”-MÜSAHİBƏ

01.04.2011 | 3338 dəfə oxunub

rnrn

Stadium.azrnsizə AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsini təqdim edir:
rn
rn- Avro-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin Belçika yığması ilərnoyunu barədə nə deyə bilərsiniz?
rn- Bu qarşılaşmadan əvvəl təşkil edilmiş təlim-məşq toplanışına əsaslanıb deməkrnolardı ki, komanda oyuna hazırdır. Lakin futbolda heç də həmişə hər şeyrnplanlaşdırılan kimi olmur. Futbolla yaxından maraqlananlar hansı rəqibə qarşırnoynadığımız barədə məlumatlıdırlar. Bugünkü Belçika millisi bir müddət əvvəlkirnBelçika yığmasından çox fərqlənir. Heç kimə sirr deyil ki, bu yığmanın üzvlərirnAvropanın tanınmış klublarında – «Mançester Siti», «Bavariya», «Ayaks»,rn«Anderlext» və s. – çıxış edirlər. Rəqibin güclü olmasına baxmayaraq,rnfutbolçularımız birinci hissənin ilk 30 dəqiqəsində baş məşqçinin verdiyirntapşırıqları yerinə yetirməyi bacardılar. Hətta qol buraxdıqdan cəmi 4 dəqiqərnsonra millimiz bütün komanda ilə hücuma keçərək hesabı bərabərləşdirdi. Səfərrnoyununda rəqib qapısından cavab topu keçirmək özlüyündə çox müsbət haldır. Təəssüfrnki, millimizin qapısına təyin olunan penaltidən sonra oyunun axarı dəyişdi.rnBelçika yığması ilə oyun, ümumilikdə, Azərbaycan futbolunun inkişaf prosesindərnbir epizoddur. Türkiyə millisi üzərində qazanılmış qələbə də bu prosesin digərrnepizodlarından biri idi. Lakin bu qələbə barədə düşüncələrlə yaşamaq lazımrndeyil. Hər şeyə real baxmalıyıq. Millinin hər oyunu nəinki bu komandanın,rnümumilikdə, bütün yaş qruplarından ibarət yığmaların məşqçi korpusu tərəfindənrntəhlil olunur, lazımi nəticə çıxarılır. Bir məsələni də qeyd etmək lazımdır ki,rnBelçika yığması ilə oyun ərəfəsində millimizin bir neçə üzvünün zədəli olmasırnheyətin müəyyənləşdirilməsinə mənfi təsir göstərdi. Unutmayaq ki, Belçikarnyığması qrupda ikinci yeri tutmaq uğrunda mübarizə aparırdı və hələ ki bunarnnail olmaqdadır.
rn
rn- Belçika – Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında başrnməşqçi Berti Fotqs lazım gələrsə, istefa verə biləcəyini bildirdi. Başrnməşqçinin bu açıqlamasına AFFA rəhbərliyinin münasibəti necədir?
rn- Bildiyiniz kimi, Berti Foqtsun Azərbaycan millisinin baş məşqçisi vəzifəsindərnmüqaviləsinin müddəti Avro-2012-nin seçmə mərhələsinin sonuna qədərdir. Ötənrnseçmə mərhələnin yekununda Berti Foqts AFFA rəhbərliyinə hesabat təqdim etmişrnvə onunla müqavilənin müddəti artırılmışdı. Çünki ötən dövr ərzində millimizin,rnaz da olsa, müsbət rekordlara imza atdığı, FİFA-nın reytinq cədvəlindərnirəliləyiş olduğu müəyyənləşmişdi. Bununla bağlı millinin üzvlərinin dərnfikirləri öyrənilmişdi. Yeri gəlmişkən, hesablamalarımıza görə, millimizrnFİFA-nın növbəti reytinq cədvəlində təxminən 108-ci pilləyə qədər geriləyərnbilər. Berti Foqtsun istefası məsələsinə gəlincə, AFFA rəhbərliyi indiki dövrdərnbu məsələnin müzakirə olunmasını zəruri saymır. Hələ seçmə mərhələ başarnçatmayıb, millinin qarşıda 6 oyunu var və düşünürəm ki, belə məqamda hər hansırnemosional qərar çıxarmaq düzgün olmazdı. Buna baxmayaraq, baş məşqçirnməğlubiyyətdən nəticə çıxarmalıdır.
rn
rn- Qarşıdakı oyunlarda uğursuzluqların qarşısını almaq üçün hansı tədbirlərinrngörülməsi nəzərdə tutulub?
rn- Milli komandanın üzvləri bir daha anladılar ki, hər bir oyuna məsuliyyətlərnyanaşmaq lazımdır. Futbolçular hansı rəqibə qarşı oynadıqlarından asılırnolmayaraq, yüksək əzmkarlıq göstərməli və maksimum bacarıqlarını nümayişrnetdirməlidirlər. Əlbəttə, hansısa oyunda bunlar alınmaya bilər, çünki bu,rnfutbolda baş verməsi ehtimal olunan haldır. Amma bütün hallarda komandanınrnoyununda stabillik olmalıdır. Əsas məqsədimiz bu stabilliyin yaradılmasıdır.rnBunun üçün isə çox vaxt tələb olunur.
rn
rn- 21 yaşadək futbolçulardan ibarət yığmamızın Rusiya U-21-ə böyük hesablarnməğlub olması da futbol ictimaiyyətinin və azarkeşlərin narahatlığına səbəbrnolub. Bu oyunda qeyd alınan nəticə ilə bağlı nə deyə bilərsiniz?
rn- Təxminən 2 il əvvəl apardığımız təhlillər zamanı müəyyən etmişdik ki, Azərbaycandarn1990 və 1991-ci il təvəllüdlü futbolçular çox azdır. Hətta həmin dövrdə bizimrnmüsahibələrimizdə də bu fakt öz əksini tapmışdı. Bunu nəzərə alaraq, U-17rnliqasını, habelə daha aşağı yaş qruplarına daxil olan uşaqların mütəmadirnqaydada futbol oynamasını təmin etmək məqsədilə U-15, U-14 və U-13 liqasınırnyaratdıq. Bu amil kütləviliyin təmin olunmasına müsbət təsirini göstərir. Artıqrn1992-ci ildə və daha sonrakı illərdə anadan olmuş futbolçuların sayındarnçətinliklərlə üzləşmirik. Eyni zamanda bu liqalarda oyunların keçirilməsi yığmarnkomandalar üçün seçim imkanını genişləndirir, həmçinin məşqçilər üçün yeni işrnyerləri yaradılır. Lisenziyalaşdırma standartlarına uyğun olaraq, bütün klublarınrnmüvafiq yaş qrupundan ibarət komandasının yaratdığımız liqalarda iştirakırnvacibdir.
rn
rnU-21-in Rusiya yığmasına biabırçı məğlubiyyəti ötən illərdə apardığımız təhlillərinrnsübutudur. Təəssüf ki, futbolda 10-20 illik inkişaf yolunu 3-4 ilə keçməkrnmümkün deyil. Çox yaxından izlədiyimiz və azarkeşlik etdiyimiz Türkiyərnfutbolunun inkişaf prosesinə nəzər salmaqla buna bir daha əmin ola bilərik.rn1985-ci ildən 2000-ci ilə qədər Türkiyə futbolu keçid dövrünü yaşadı. Böyükrnuğurlar isə bundan sonra qazanılmağa başladı. Hazırda biz də keçid dövründəyik.rnBir məsələni də qeyd edək ki, millimizin bir uğurlu nəticəsi azarkeşlərimizdərnartıq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq ümidi yaradır. Birrntərəfdən bu, müsbət haldır və azarkeşlərin millimizə inamının təzahürüdür.rnDigər tərəfdən isə, uğursuzluq böyük məyusluq yaradır. Millimizdə hələ də səfərrnoyunları sindromu var və bunu qısa müddət ərzində aradan qaldıra bilmərik. Məhzrnbuna görə son 3 ildə yoldaşlıq oyunlarının əksəriyyəti səfərdə keçirilib.rnBununla belə, hər oyunda müsbət nəticəyə inanmalıyıq və futbolçular uğurrnqazanmaq üçün meydanda bacarıqlarını maksimum sərf etməlidirlər.
rn
rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail