Uniston Parks "Bakı" rəhbərliyini klubdan getməklə hədələdi! MÜSAHİBƏ

13.10.2012 | 4990 dəfə oxunub

"Bakı"nın Kosta-Rikadan olan hücümçusu Uniston Parksın Stadium.Az saytına müsahibəsi:


- Premyer Liqanın arxada qalan turlarını "Bakı" üçün necə dəyərləndirisən?
- Onu deyə bilərəm ki, bizim üçün nə yaxşı alınıb, nə də pis. Düşünürəm ki, komandamız yavaş-yavaş özünə gəlməyə başlayır və topla daha çox oynayır. İnanıram ki, komandamız özünə gələcək.
- Bu uğursuzluğu "Bakı" üçün necə qiymətləndirirsən?
- Əlbəttə, bu, "Bakı" kimi bir klub üçün yaxşı nəticə sayıla bilməz. Biz də istəməzdik ki, bu vəziyyətdə olaq. Çalışırıq, əlimizdən gələni də edirik ki, düşdüyümüz vəziyyətdən çıxaq. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil, amma iki oyun az oynamağımızı da nəzərə almaq lazımdır.
- "Bakı"nın uzun müddətdir uğursuzluq zolağından çıxa bilməməsinin səbəbini nədə görürsən?
- Bunu çox şeylə əlaqələndirmək olar, amma əsas odur ki, hər şey göz qabağındadır və "Bakı" yaxşı vəziyyətdə deyil. Biz də çalışırıq bundan çıxış yolu tapaq. Düzünə qalsa, bunun səbəbini heç cürə aydınlaşdıra bilmirik.
- Yeni baş məşqçinin gəlişindən sonra "Bakı"da nələrsə dəyişib?
- Bu məşqçi komandanın topla daha çox oynamasını istəyir. Biz həqiqi futbol oynamağa başlamışıq. Əlbəttə, nəticə gəlmir. Bunun üçün də ardıcıl bir neçə qələbə qazanmalıyıq ki, komandamızda özünəinam ruhu yaransın. Bu da məşqçidən asılı deyil.
- Bu "Bakı"nın çempionluğa oynayacaq gücü var?
- Əlbəttə, bizim komandamızın böyük potensialı var. Sadəcə, bunu ortaya qoya bilmirik. Yaxşı oyunçulardan ibarət bir komandayıq. Bizdə hər şey yaxşı gedir, sadəcə hücumlar zamanı son nöqtəni qoya bilmirik. Biz bu problemi yoluna qoyandan sonra komandamızın qabağında durmaq çətin məsələ olacaq.
- "Bakı"yla yanaşı, sən də uzun müddətdir ideal formadan uzaqsan. Sən əvvəlki futbolunu oynaya bilmirsən daha...
- Son bir ildə 3 dəfə ağır zədə almışam. Bu da ideal formamı bərpa etməyə çətinlik yaradır. Bunun özündə də böyük bəxt amili var.
- Həm də artıq çəkidən əziyyət çəkirsən...
- Demək olar ki "əritmişəm", sadəcə 1-2 kiloqram artıq çəkim qalıb, oynadıqcan və məşq etdikcən bu da aradan qalxacaq. 
- Hazırkı vəziyyət sənin əleyhinədir, səni göndərə də bilərlər...
- "Bakı" futbol oynaya biləcəyim yeganə komanda deyil ki... Dünyda o qədər komanda var. O demək deyil ki, mən ömrü boyu burada oynamalıyam.
- "Bakı"dan göndəriləcəyin üçün narahat deyilsən?
- Nəyə görə narahat olmalıyam ki?
- Özünə çox arxayın danışırsan. Bəlkə başqa təkliflərin var?
- Yox, təklifim yoxdur, sadəcə vəziyyətə görə danışıram.

Söhbətləşdi: Vüsal BƏBİRLİ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail