"Biz hələ ki, ulduz deyilik..."-MÜSAHİBƏ

05.04.2011 | 3895 dəfə oxunub

Rusiyanın "Anji" qovulan Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun müsahibəsi

rn

- “Anji” klubu ilə tam üzülüşmüsünüz?
- Bəli, artıq “Anji” ilə qurtarmışam. Qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.

rn

- Səbəb nə oldu?
- Səbəb? Razılaşa bilmədik, rnyollarımızı ayırmağa qərar verdik. Onlar komandaya ulduz futbolçuları rnyığırlar. Biz isə hələ ki ulduz deyilik. Ona görə də “Anji”dən ayrıldım.rn Artıq Azərbaycandayam. Bundan sonrası inşallah, yaxşı olar.

rn

- Bəs qalsaydınız, ulduz futbolçularla oynamağın xeyri olmayacaqdı?
- Əlbəttə, olardı. Niyə olmurdu ki... Əgər imkan versəydilər, olardı.

rn

- Kim imkan vermədi?
- İndi bəzi səbəblərə görə geniş danışmaq istəmirəm. Yaxın vaxtlarda ətraflı söhbətləşərik.

rn

- Komanda rəhbərliyini gedişiniz barədə məlumatlandırmısınız?
- Bəli.

rn

- “Anji”dən ayrılmağa nə vaxt qəti qərar verdiniz?
- Bu yaxınlarda. Yığmamızın Belçika ilə oyunundan sonra.

rn

- Axı Sizin klubla daha 2 il müqaviləniz var idi?
-rn Sağ olsunlar, müqavilənin bütün şərtlərini pozmağa razılaşdılar. Bütün rnmaliyyə məsələlərini yoluna qoydular və müqaviləni pozduq.

rn

- Amma bu barədə “Anji”nin rəsmi saytında heç bir məlumat yoxdur. Yalnız komandanın heyətindən adınız çıxarılıb...
- Rusiya Futbol İttifaqına verilən sifariş ərizəsində adım var. Sadəcə, ehtiyatda qalmamaq üçün özüm getmək istəmədim.

rn

- İyunun 3-də Azərbaycan yığması səfərdə Qazaxıstan millisi rnilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçına çıxacaq. Həmin rnoyunadək heç bir klubda çıxış edə bilməyəcəksiniz. Bu, idman formanıza rntəsir etməyəcək?
- Oyun praktikası sarıdan çətinlik çəkdiyimi görsəm, çağırılmamağımı xahiş edəcəyəm.

rn

- Yığmadan imtina edəcəksiniz?
- İmtina deyəndə rnki, oyun praktikam yoxdursa, necə oynaya bilərəm. Milliyə çağırılan rnfutbolçuların hamısı çempionatda oynayanlardırlar. Yığmaya da belə rnoyunçular, çempionatda özlərini göstərənlər lazımdırlar. Mən heç bir rnklubda çıxış etmədiyim halda, milliyə kömək edə bilməyəcəyəm. Bundansa, rnqoy, kömək edə bilən futbolçu gəlsin.

rn

- Aprelin 11-dən 14-dək Bakıda keçiriləcək yığmamızın növbətirn təlim-məşq toplantısına Siz də çağırılmısınız. Hazırlıq prosesinə rnqatılacaqsınız?
- Bəli. Toplanış vaxtı baş məşqçi ilə hazırkı durumum və gələcək karyerama dair söhbət də edəcəyəm.

rn

- Berti Foqts “Anji”ni tərk etməyinizdən xəbərdardır?
- Artıq onu bu barədə məlumatlandırmışam.

rn

- Nə vaxt?
- Martın 29-da Belçika ilə keçirdiyimiz oyundan sonra.

rn

- Necə reaksiya verdi?
- Açıqlamaq istəmirəm. Amma söhbətimiz olub.

rn

- Bundan sonrakı karyeranız barədə nə düşünürsünüz?
- Təkliflər var. Hələ fikirləşirəm. Qərar verməyə tələsmirəm. Hansı klubla razılığa gəlsəm, rəsmi müqavilə bağlayacağam.

rn

- Təkliflər yerli klublardandır?
- Yerli rnklublardan da var. Biri isə Türkiyə Superliqasında çıxış edən rnkomandadır. Amma hələ adlarını açıqlaya bilmərəm. Çünki hazırda rndanışıqlar gedir.

rn

- Yenə xaricdə çıxış etməyə üstünlük verəcəksiniz, yoxsa yerli klublara?
- İnşallah, hansı daha yaxşı olsa, ona.

rn


Mənbə: lent.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail