"Hafiz Məmmədovun xətrini çox istəyirəm" - MÜSAHİBƏ

05.04.2011 | 4473 dəfə oxunub

"Bakı"nın moldovalı futbolçusu Vadim Boretsin "Toplu Bakı" jurnalına müsahibəsi

"Moldovada anadan olmuşam. Ukrayna ilə sərhəddə, rnDonduşeni rayonunun Baromonovka kəndində. Valideynlərim ukraynalıdı. rnOnlar tələbə olduğu zaman ailə həyatı qurduqları üçün məni kənddə rnnənəmin yanında saxlamışdılar. Dil açanda nənə və babama ata və ana deyərn müraciət edirdim. Elə bilirdim ki, valideynlərim onlardı. Dörd yaşım rnolanda onlar məni öz yanlarına - Kişinyova apardılar.
 Ora köçəndən rnsonra atam istəyirdi ki, mən gimnast olum. Birinci sinifdə altı ay rngimnastikaya getdim. Elə o vaxt məktəbimizin yanında böyük üzgüçülük rnkompleksi açılmışdı. Oradan gəlib sinfimizdən mənimlə birgə bir neçə rnuşağı seçdilər. Bir müddət üzgüçülüklə də məşğul olandan sonra atama rndedim ki, “mən futbola getmək istəyirəm”. Peşman deyiləm ki, o vaxt bu rnqərara gəldim.
 Atam məni “Nistru”nun olimpiya rezervi üzrə rnxüsusiləşdirilmiş uşaq-idman məktəbinə, Valentin Fyodoroviç Falomeyevin rnyanına apardı. Bütün yayı region üzrə yeniyetmələr arasında təşkil rnedilən müxtəlif turnirlərdə iştirak etdik. Belarusiyanın Svetlaqorsk rnşəhərindəki turnirdə ən yaxşı yarımmüdafiəçi seçildim, Ukraynanın Lvov rnşəhərində keçirilən yarışda isə komanda hesabında üçüncü yer tutduq. rnMütəmadi olaraq bütün yaş qrupları üzrə milli komandalarda oynadım.
 
Kuryoz debüt
 
İlkrn peşəkar müqaviləmi 16 oktyabr 1992-ci ildə “Zimbru” ilə beş il rnmüddətinə bağladım. Sonradan klub “Nistru” adlandırıldı. Debütüm çox rnkuryoz alındı. Üç cüt butsım vardı. Böyük səbirsizliklə oyuna çıxacağım rngünü gözləyirdim. Matç öncəsi gecə, hər üç butsımı ayaqqabı mazı ilə rntəmizləyib, yatağımın altına qoydum. Səhər yuxudan duranda o qədər rnhəyəcanlı idim ki, oyun üçün ləvazimatlar olan çantanı götürəndə rnbutslarımı ora yerləşdirməyi unutdum. Onlar bazadakı otağımda qaldı.
 Klubunrn avtobusu ilə oyunun keçiriləcəyi stadiona çatanda yadıma düşdü ki, rnbutslarımı unutmuşam. Özümü itirmədim. Cəld komanda yoldaşlarıma sakitcərn yaxınlaşaraq vəziyyətdən çıxmağım üçün kömək istədim. Kim isə ayağıma 3rn ölçü böyük olan butsı tapdı ki, onları geyinim. Baş məşqçimiz indi rn“Şaxtyor”da ikinci məşqçi kimi çalışan Aleksandr Fyodoroviç Spiridon bu rnhadisədən xəbər tutmadı.
 Amma oyunda elə bərbad oynadım ki, bu rnunudulmaz oldu. Demək olar ki, qaça bilmirdim. Fikirləşirdim ki, indi rnonlar ayağımdan çıxacaq və baş məşqçi hər şeyi biləcək. Həmin oyunda 1-2rn hesabı ilə uduzduq. Buna baxmayaraq, “Zimbru”da unudulmaz mövsümlər rnkeçirdim. “Tottenham”, PSV , “Herta”ya qarşı tarixi oyunlarda 90 dəqiqə rnmeydanda olmuşam. 
 
"Bakı" yolu
 
Müqavilərn şərtlərinə əsasən, “Şerif”ə məxsus olsam da, icarə əsasında Polşanın rn“Qrotslin” klubunda oynayırdım. Əvvəlcə işlərim o qədər də yaxşı rngetmirdi. Mövsümün sonunda isə mən orada əsas heyət oyunçusu sayılırdım.rn Onlar qalmağımı istəsələr də, evə qayıtdım. Bu ərəfədə “Neftçi”dən rntəklif gəldi. Düzünü desəm, öncə buranı seçəndə düşündüm ki, burada rnoynamaq asan olacaq və mən hamıdan seçiləcəyəm. Gəlib tam başqa rnmənzərənin şahidi oldum.
 Burada heyətlərində yaxşı legioner rnfutbolçular olan klublar var. Təəccübümü bir kənara qoyub, var qüvvəmlə rnçalışmağa başladım. Xoşbəxtəm ki, mənim işlərim burada alındı. “Birlik rnkuboku”nu qazandıq. Çempionatda ikinci və üçüncü yerləri tutduq. Sonra rnkeçdim “Bakı”ya. Üç ilə yaxındı ki, buradayam.
 
Əla rəhbərlər...
 
Həmrn “Neftçi”də, həm də “Bakı”da bəxt üzümə gülüb. Futbolçu, məşqçi və rnrəhbərlik baxımından hər ikisində mükəmməl kollektiv olub. Hər iki rnklubun rəhbərliyində düzgün, sözünü tutan adamlar çalışır. Belə rnadamlarla çalşdığım üçün özümü şanslı futbolçu hesab edirəm.
Hafiz rnMəmmədovun xətrini çox istəyirəm. O həmişə bizim yanımızdadı, hər zaman rnfutbolçusuna dəstək verib. Ona görə də, bu inama cavab vermək, təşəkkür rnetmək üçün yaxşı oynamaq lazımdı. O bizdən yalnız bunu istəyir. Bunu təkrn mən demirəm. Hamı bunu bilir.
 
Birlik kuboku
 
Hərdənrn mətbuatda “Birlik kuboku”nun heç bir faydasının olmadığını deyirlər. rnMən bununla qəti razı deyiləm. Ona görə yox ki, mən bu turnirdə bir neçərn dəfə qalib olmuşam. Ona görə ki, bura futbolçunu yoxlamaq üçün rnpoliqondu. Bu, əla turnirdi. Hər bir omanda, heyətindən asılı olmayaraq,rn qalib gəlmək üçün oynayır. Burada rəqiblər təlim-məşq toplanışında rnoynadığımız rəqiblərdən heç də zəif deyil. Onda niyə bunu pisləyək? Son rnillər onun şöhrəti azalsa da, -bu yarış keçmiş Sovet məkanının ən böyük rnturniri adını qoruyur.
 
Təşəkkür...
 
6 rnildi buradayam. Azərbaycan futbolu inanılmaz dərəcədə dəyişib. Futbola rnpul qoyan adamlara əhsən demək lazımdı. Götürək elə bizim bazanı: Buradarn 400-ə yaxın uşaq və yeniyetmə futbolla məşğul olur. Yüzlərlə adam işlə rntəmin edilib. Bu, xalq üçündü. Heç bir iş adamı bunu özü ilə apara rnbilməz.
Bu baza hələ əlli il, bəlkə də yüz il xalqa xidmət edəcək, rninsanları sağlam həyat tərzinə yönləndirəcək. Rəhbərlər insanlara bu rnsahədə özünü göstərməsi üçün şans yaradırlar. Hafiz Məmmədov, Mübariz rnMənsimov, Cahanğir Hacıyev və başqaları futbol naminə çox vacib işlər rngörürlər. Allah da onlara bunun əvəzində daha çox imkan verəcək.
Uşaqrn futboluna bu qayğı qarşılıqsiz qala bilməz. Bu uşaqların içində yetişənrn futbolçular üçün qapılar açılır. Onlara verilən şansdan yararlanıb, rnAvropaya getmək, ildən ilə daha asan olacaq. Bu həm klub, həm də milli rnkomandalar səviyyəsində baş tutacaq.
 
Sadəlik...
 
Mənrn oynadığım komandada perspektiv vəd edən, digərlərini ikibaş üstələyən  rnuşaqların çoxu axırda futbolçu ola bilmədilər. Səbəb isə özündən rnrazılıqdı. Kim ki çox vaxt kölgədə qalır, çalışırsa, sonda bunun rn“mükafatını” alır. Sadə olmaq lazımdı. Bu nədən xəbər verir? Qeyri-adi rnsəslənsə də, əsas heyətə düşməyən, zədələnərək kənarda qalan uşaqlara rndemək istəyirəm ki, ruhdan düşməyin, çalışın. Sizin vaxtınız çatacaq. rnGözləmədiyiniz anda məşqçi sizi çağırıb, diqqətini sizə yönəldəcək.
Hərrn şey öz əlinizdədi. Bu gün əsas heyətdə oynayan yoldaşına təslim olma, rnrəqabət apar. Öz üzərində yorulmadan işləsən onu üstələyə bilərsən.
 
Şərəf tribunası...rn

Milli komanda mənim üçün bir şərəf tribunasıdı. Vəzifəsindən asılı rnolmayaraq, hər bir vətəndaş ölkəsini təmsil edirsə, o, bu xalqın rnsimasına çevrilir. Birinci bunu dərk etmək lazımdı. 2003-cü ildə evdə  rnHollandiyanı udduq. 2006-cı ildə səfərdə  İtaliya ilə əla oynadıq. 2:1 rnuduzsaq da, qol ötürməsi verdim. Marçello Lippi bizi yaman tərifləmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail