"Qəbələ"də indiyədək futbolçu yetişməyib" - MÜSAHİBƏ

Əli Yavaş: "Qalatasaray" burdadı, narahat olmayın"

06.04.2011 | 13999 dəfə oxunub

rnrn

Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaşın klubun rəsmi saytına müsahibəsi

İki ilrnbundan əvvəl -  2008-ci ildə “Qəbələ” futbol klubunun rəhbərliyirnAzərbaycan klubları arasında analoqu olmayan bir addım atdı – bölgədə ilk dəfərnolaraq, futbol akademiyasının yaradılmasına qərar verdi. “Qəbələ” də digərrnklublarımız kimi kənardan güclü futbolçular gətirərək, yüksək hədəflər uğrundarnmübarizə apara bilərdi. Lakin gələcəyi düşünən rəhbərlik öncə uşaq futbolunarndiqqət yetirməyi, istedadlı yeniyetmələri bir yerə toplayaraq bacarıqlırnməşqçilərin köməyilə onları peşəkar səviyyəyə çatdırıb, məqsədinə doğrurnirəliləməyi daha vacib saydı. Bu səbəbdən, vaxtilə xeyli müddət Türkiyəninrn“Qalatasaray” klubunun futbol məktəbində çalışmış Əli Yavaş ölkəmizə dəvətrnedildi və onunla 3 illik müqavilə bağlandı.
rn
rnGələn il istifadəyə verilməsi nəzərdə tutulan akademiyanın layihəsini hazırlamaqrnüçün İngiltərənin bu sahədə ixtisaslaşmış şirkətlərindən birindən mütəxəssisrncəlb edildi. Akademiyanın daxilində təbii və süni örtüklü meydançalar,rnyeməkxana, istirahət və digər yardımçı otaqlar olacaq. Tikinti ilə paralelrnolaraq, “Qəbələ”nin uşaq futbol bölmələrinə seçimlər aparılır. Seçim təkcə Qəbələrnrayonunu deyil, bütün bölgəni əhatə edir.
rnAkademiyaya məşhur türkiyəli futbol mütəxəssisi Əli Yavaş rəhbərlik edir.

rnrn

İki ilərnyaxındır ölkəmizdə çalışan türkiyəli mütəxəssis, akademiyanın inşası davam etsərndə, vəzifəsini həvəslə icra edir. Uzun müddət Türkiyənin ən güclü klublarındanrnbiri olan “Qalatasaray”ın uşaq komandasına başçılıq edən və “Cim Bom” üçünrnehtiyat qüvvə yetişdirən Əli Yavaş bu dəfə “Qəbələ FK”-ya danışdı:

rnrn

-rnFutbolçu yetişdirmək həm çətin, həm də asandır. Soruşa bilərsiz, necə ola bilərrnki, həm asandır, həm də çətin. Əgər futbolçu seçiminə peşəkar yanaşma varsa,rnuşaqdakı istedadı görməyi bacarırsansa, o zaman asandı. Yox, seçmək bacarığınrnyoxdursa, istedadı üzə çıxara bilmirsənsə, demək,  futbolçu yetişdirmək dərnçətin olacaq.

rnrn

- Akademiyaya uşaq seçimi nə vaxt və necə aparılır?
rn
-rnAkademiyaya əsas seçim mövsüm başa çatdıqdan sonra aparılır. Yayda həyatarnkeçirdiyimiz seçimlər daha genişmiqyaslı olur. Bu barədə bütün məktəblərə,rnbölgələrə və ümumiyyətlə, yeniyetmələrin toplum halda olduğu bütün qurumlararnəvvəlcədən məlumat veririk. Onlara yaş qrupları üzrə seçimin konkret tarixirndeyilir. Bu, böyük təşkilati işdi. Azərbaycanın dörd bir yanından istedadlırnuşaqları toplayırıq. Amma bu seçim yalnız yaydan-yaya aparılmır. Biz hər günrnseçim aparırıq.

rnrn

- Məgər akademiyaya seçim yalnız dəvət əsasındarnaparılmır?
rn
- Xeyr.rnBaxın, U-13, U-14, U-15 və U-17 komandalarımız Azərbaycan birinciliklərindərnmübarizə aparırlar. Akademiyamızın məşqçilər korpusu yetirmələrimizi çempionatrnoyunlarına çıxarkən rəqib komandanın futbolçularına da göz qoyurlar. Bacarıqlırnoyunçuları qeyd edib lazım gələrsə, onları almaq üçün məxsus olduğu klubarnmüraciət edirik. Əlbəttə, "fair-play" anlayışı daxilində. Sonra həminrnyeniyetməni akademiyaya dəvət edirik. Əgər bəyəndiyimiz uşaq Qəbələ rayonundanrnkənarda yaşayırsa, onun bir həftə burda qalmasına şərait yaradırıq. Həmin uşaqrnbir həftə akademiyada yaşayıb müvafiq yaş qrupunda məşqə çıxır. Soruşa bilərsinizrnniyə bir həftə? Ona görə ki, birinci dəfə məşqə çıxan uşaq həyəcanlı ola bilər,rnözünü göstərməyə fürsət tapa bilməz, yaxud da ayağına top gəlməyə bilər. Burnbaxımdan, akademiyaya dəvət edilən yeniyetmənin bir həftə baxışda olmasırnşərtdi. Günün hansı saatında olursa-olsun, bizim telefonlarımız açıqdı. Kimsərnbizə zəng vurub hardasa istedadlı bir uşağın olduğunu bildirirsə, həmin andanrnişə başlayırıq.

rnrn

- Akademiya üçün uşaq seçərkən öncə nəyə diqqətrnyetirirsiz?
rn
- Əvvəlcərnbacarığına, sonra isə fiziki hazırlığına. Bu ikisi vacib amillərdi. Akademiyadarntəlim görmək istəyən uşaqda hər ikisi varsa, çox gözəl. Bundan sonra işimizrnonun futbol biliyi və bacarığını dərinləşdirməkdi. Bu, illərlə çəkən prosesdi.rnAkademiyamızda təlim gördüyü illərdə yeniyetməyə sivil futbol anlayışırnaşılanır, onun bütün mümkün çatışmazlıqları tədricən aradan qaldırılır.rnSəhvlərini və çatışmazlıqlarını göstərə-göstərə, anlada-anlada onun futbolrnbacarığını mükəmməl səviyyəyə çatdırırıq. Akademiyada təlim görən yeniyetmərneyni zamanda Azərbaycan birinciliklərində çıxış edir və deməli, oyun təcrübəsirndə əldə edir.
rn 
rn- Yeniyetmə akademiyaya qəbul edilən zaman onunla müqavilə də bağlanır. Müqavilədərnnələr nəzərdə tutulur?
rn
- Uşağın gələcəkdə yaxşı futbolçu olduğuna və "Qəbələ" futbol klubundarnoynaya biləcəyi qənaətini özlüyümüzdə qətiləşdirdikdən sonra onunla müqavilərnimzalanır. Hərçənd, yeniyetmənin gələcəkdə "Qəbələ"nin əsas komandasındarnoynayacağına bəri başdan heç kim təminat verə bilməz, axı biz sehrbaz deyilik.rnAmma vaxtilə Türkiyədə, "Qalatasaray"da gördüyümüz işlər, əldərnetdiyimiz nəticələr burda görəcəyimiz işlərin təminatıdı. Bundan sonra uşağınrnata-anasını çağırırıq, onların razılığını aldıqdan sonra əvvəlcə 3 aylıqrnmüqavilə bağlayırıq. Daha sonra onu akademiyamızda yerləşdiririk. O, burda yaşayır,rnyeməklə təmin olunur və göndərdiyimiz məktəbə gedir.

rnrn

- Yerli camaatın komandaya olan marağını artırmağınrnyollarından biri "Qəbələ"nin əsas komandasında qəbələli futbolçularınrnoynamasını təmin etməkdi. Akademiya bunu nəzərə alırmı?
rn
- Burnməsələ bütün ölkələr və komandalar üçün vacibdi. Amma "Qəbələ"rn2005-ci ildə yaradıldığı və indiyədək buna bənzər idman təsisatına malikrnolmadığı üçün burda bacarıqlı futbolçu da yetişməyib. Artıqrn"Qəbələ"nin öz komandası var, futbol akademiyası yaradılıb. Stadionrnvə baza da inşa edildikdən sonra bu sahədə kəm-kəsiri də aradan qaldıracağıq.rnBundan sonra da sırf qəbələli futbolçuların yetişəcəyinə inanırıq. Hazırdarn1999-2000, 2001-2002 və 2003-cü il təvəllüdlü uşaqlar arasında 45-ə qədərrnfutbolçu var ki, onların da 40-ı qəbələlidi. Həmin uşaqların da, ən azı, yarısırnperspektivli, ümidvericidi. Qalanlarına "bacarıqsızdı" damğası vurmaqrnistəmirəm, amma zaman gəldikcə onların da bacarığı ortaya çıxacaq. Bu faktınrnözü bugünkü Qəbələ üçün çox önəmlidi.

rnrn

- Eşitdiyimizə görə, "Qalatasaray" Bakıdarnfutbol məktəbi açmaq niyyətindədi?
rn
- Bunurnilk dəfə sizdən eşidirəm. "Qəbələ"nin belə bir məktəbə ehtiyacırnyoxdu. Qəbələ Futbol Akademiyasında "Qalatasaray" ağırlığındarnkoordinator və məşqçilər var. Yəni "Qalatasaray" burdadı, narahatrnolmayın. Məşqçilərimiz Türkiyədə hansı sistemlə işləyiblərsə, burda da onurntətbiq edirlər. Türkiyədə və Avropada hansı sistem özünü doğruldubsa, Qəbələyərndə onu gətirmişik.

rnrn

- Sizdən söz düşəndə, ilk növbədə, uğurlarınız önərnçəkilir...
rn
- Biz işərnFatih Terimlə bir yerdə başlamışıq. Uzun illər onunla bir proqram işləyibrnhazırladıq. Həmin proqram sayəsində qısa bir zamanda böyük nəticələr əldərnetdik. 2002-2008-ci illərdə "Qalatasaray" Futbol Akademiyasınınrndirektoru vəzifəsini icra etmişəm. Arda Turan, Səbri Sarıoğlu, Mehmet Güvən,rnAydın Yılmaz kimi oyunçuları Türkiyə futboluna verdik, dünyaya tanıtdıq.rnYetişdirdiyimiz 30-a yaxın futbolçu hazırda Türkiyənin Bank Asiya I liqasındarntop qovur. Türkiyədə buna çox vaxt sərf etdik, amma Qəbələdə böyük nəticələrrnəldə etmək üçün daha çox çalışmaq lazımdı. Çünki burda hər şeyi yenidən,rnsıfırdan başlamışıq. Bizim bir hədəfimiz var - burda yetişdirdiyimizrnfutbolçuları "Qəbələ"nin əsas heyətində oynatmaq. Bunun da zamana,rnvaxta ehtiyacı var.
rn"Qəbələ" Futbol Akademiyası heç bir mənbədən qaynaqlanmasa da, bəzi klublarınrntəcrübələrindən istifadə edib. Xüsusilə, ingilis və türk futbol modelinərnsöykənən akademiyanın məşq proqramı öz məşqçilərimiz tərəfindən hazırlanıb.rnProqramda UEFA-nın tövsiyələri əsas götürülüb. Tikilməkdə olan futbolrnakademiyamızdan dünyada cəmi 2 yerdə var. Bu cür infrastruktura İngiltərənin "Çelsi"rnvə "Everton" klubları sahibdi. Qafqazda isə bunun analoqu yoxdu.

rnrn

 

rnrn

 

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail