"Milli komandayla pul davası etməmişəm" MÜSAHİBƏ

"Şimali İrlandiya ilə heç-heçəyə görə sevinmək yersizdir"

18.11.2012 | 4231 dəfə oxunub

Xəbər yayıldı ki, Şimali İrlandiya ilə oyuna (1:1) görə milli futbolçular mükafatlandırılıb ki, zədə səbəbindən bu qarşılaşmanı buraxmalı olan Mahir Şükürov da mükafatdan özünə pay istəyib. Hətta bildirib ki, əgər ona da mükafat verməsələr, bir daha millidə oynamayacaq. Bunu dəqiqləşdirmək üçün elə Mahirlə danışdıq. Şükürovda söhbətə elə bu məsələdən başladı:

- Bu barədə deyilənlər tamamilə yalandır. Əgər mən belə hərəkət etsəydim, bu barədə lazimi adamlar xəbərlər tutardı. Bunu kim ortaya atıb bilmirəm. Mən belə söz deməmişəm, heç yerdə. Millidədə yaxşı bilirlər ki, belə söhbət olmayıb. Mən milli komandayla pul davası etməmişəm

- Bəs bu söhbət hardan çıxıb?

- Bilmirəm, ancaq onu deyə bilərəm ki, yayılan bu xəbər şaiyədən başqa bir şey deyil. 

- Bəs millinin Şimali İrlandiya ilə oyunu barədə nə deyə bilərsən?

- Nə deyə bilərəm ki, ancaq uşaqları təbrik edirəm. Uduza da bilərdik, uda da bilərdik.

- Hüç düşündün ki, kaş bu oyunda meydana çıxardın?

- Əlbəttə, mən də meydana çıxıb milliyə xeyir vermək istəyirəm. Mən ancaq ona təəssüflənirəm ki, irlandlar udulası komanda idi, biz isə bu şansı əldən qaçırdıq. Özü də son dəqiqədə. Uşaqlar gözəl şansı əldən verdilər.

- Necə düşünürsən, Şimali İrlandiya evində Luksenburqla da 1:1 edir, bizimlə də, bu nəticəyə görə sevinmək yersiz deyilmi?

- Əlbəttə ki, yersizdir. Əgər udsaydıq, buna görə sevinməyə dəyərdi. 

- Sənin yoxluğuna "Neftçi" "Sumqayıt"ı darmadağın etdi. Qarşılaşma barədə nə dşünürsən?

- Bu oyuna çox ciddi yanaşırdıq və ciddi də hazırlaşmışqdıq. Nəticə də göz qabağındadır, 8:1 hər şeydən xəbər verir. İnşallah biz belə oyunu "Partizan"la matçdada sərgiləməyə çalışacağıq.

- Səncə bu qisas oyunu idi?

- Yox, mən elə düşünmürəm. Burada qisas məsələsini ortaya atmaq düzgün deyil. Kənardan bilinir və bu gün də hamı gördü ki, "Neftçi" hara, "Sumqayıt" hara. Bizlə onlar arasında yerdən göyə qədər fərq var. Komanda ancaq qələbə qazanmalıydı, bunun da öhdəsindən artıqlamasıyla gəldi.

- Qarşıdakı "Partizan"la oyun  barədə nə deyə bilərsən?

- Düzdü, bu gün komandamızın başı ancaq qol vurmağa qarışmışdı, güclərin qorumadı uşaqlar, amma hələ o oyuna 5 gün var. Bu meddətdə yaxşı bərpa olsalar, yenə uğurlu nəticə qazana bilərik. 

- Bu gün zədə səbəbindən meydana çıxmamışdın, "Partizan"la oyuna hazır olacaqsan?

- Bunu dəqiq deyə bilmərəm. Hər şey həkimlərin son rəyindən aslı olacaq.

- Bəs həkimlər hələlik nə deyir?

- Əgər ağrılar olmasa, meydana çıxa biləcəm.

Söhbətləşdi: ELNUR ("HET TRİK news" qəzeti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail