Eşqin QULİYEV: "Bunun üçün tam hazır olduğumu sübut etməliyəm" MÜSAHİBƏ

19.11.2012 | 6831 dəfə oxunub

Uzun fasilədən sonra "Sumqayıt"la oyunda yenidən "Neftçi"nin əsas komandasında formasına qovuşan  əvəzedici komandanın futbolçusu Eşqin Quliyevin Stadium.az saytına müsahibəsi:  

- Uzun fasiləden sonra "Sumqayıt"la oyunda yenidən "Neftçi"nin formasinda meydana çıxdın...

- Baş məşqçimiz Böyükağa Hacıyev çox sağolsun ki, məni əsas komandaya dəvət etdi. Əlimdən gələn qədər çalışdım ki, özümü yenə göstərim. Az da olsa mənə oynamaq üçün şans verdilər. Əlbəttə ki, yenidən bu formanı geyindiyim üçün çox sevinirəm. 

- Səncə əsas komandada möhkəmlənə biləcəksən? 

- Əlbəttə, ola bilər, amma yenə də hər şey özümdən aslı olacaq. İnşallah çalışıb bunu bacaracam. 

- Necə düşünürsən, Ramosun yoxluğunda "Partizan"la oyunda sənə əsas heyətdə şans verilə bilər? 

- Hər şey ola bilər, bunun üçün tam hazır olduğumu sübut etməliyəm. 

- Bəs darmadağın etdiyiniz "Sumqayıt"la oyun barədə nə deyə bilərsən?

- Bilirsiz ki, ilk dövrədə "Sumqayıt" gözlənilmədən "Neftçi"ni udmuşdu. Qeydə alınan 3:2 hesabı təsadüfi idi, bunu da bu oyun göstərdi. Onda komanda çox yorğun idi rəqibi qiymətləndirməmişdi. Ondan sonra məşqçilər korpusu və futbolçular cavab qarşılaşmasını səbirsizliklə gözləyirdilər. Cavab oyunu da bizim necə komanda olduğumuzu gözstərdi.

- 8:1-i gözləmək olardı?

- Bunu deyə bilmərəm, amma baş məşqçi meydana çıxmamışdan əvvəl futbolçulara qəti şəkildə bildirdi ki, əlinizdən nə qədər gəlir çox qol vurun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail