Əsgər Abdullayev: "Bakı"da məsuliyyətsizlik müşahidə edirik"-MÜSAHİBƏ

14.04.2011 | 3611 dəfə oxunub

rn “Bakı” və AZAL-ın sabiq baş məşqçisirn olan Əsgər Abdullayev bir sıra maraqlı açıqlamalar verib. Stadium.azrn onun uşaq futbolu, eləcə də milli komandamız və digər məsələlərlə bağlırn fikirlərini diqqətinizə çatdırır:
rn
rn
rn Uşaq futbolu
rn
rn  
rn
rn “Futbolda kiçik və ya böyük problem rnolmur. Futbol zəncirvari inkişaf edən elmdi. Futbolda çalışan hər bir rnadam bir hissədi. Nail Əliyevin bir gözəl sözü var. Deyir: “Bir yer rnağrayırsa, o müalicə olunmalıdır, müalicə olunmursa, kəsilib atılmalıdı.rn Yoxsa o digər üzvləri də sıradan çıxaracaq”. Futbolda da bu cürdü. rnYaxşı meyançalar olmayınca, kütləvi şəkildə ona maraq yaranmadıqca, rnfutbolçu məsuliyyət hiss etmədikcə, futbol inkişaf etməyəcək.
rn
rn  
rn
rn Belə bir məsəl var: sən futbola on rnilini həsr et, futbol sənə ömrünün axırına qədər xidmət edəcək. Futbol rnzəhmətsevən peşədi. Onda xoş mənada həmişə idman paxıllığı olmalıdı. rnRəhmətlik Ruslan Abdullayev deyirdi ki, futbolçu hər gün pasportunu rngöstərməlidi. Həmişə formada olmaq, hazır olmaq lazımdı. Yalnız güclülərrn sona qədər davam gətirir.
rn
rn  
rn
rn Böyük usta, rəhmətlik Sergey rnKramarenko öz əvəzləyicisi Şeyxova həmişə deyərdi: “Mən topları birəlli rntutanda ona göstərirdim ki, qoy hələ görsün ki məndən zəifdi, rnçalışmalıdı”. Bu idman paxıllığı həmişə olmalıdı. Futbolçu məşqdə rnməşqçiyə göstərməlidi ki, mənə bax, mən güclüyəm.  
rn
rn Bu gün Azərbaycanda bir neçə klubun uşaq futbolu ilə bağlı həyata keçirdiyi layihələri ciddi qiymətləndirirəm.
rn
rn  
rn
rn Bu sırada  keçmiş komandam “Bakı”nınrn da olması məni sevindirir. Bununla bərabər bu sahədə müəyyən problemlərrn qalmaqdadı. Rəhbərlik tərəfindən hər cür şərait yaradılsa da, uşaq və rnyeniyetmələrin seçimi və onlara keçilən məşqin kifayət etmədiyi rnfikrindəyəm. Həftədə 5-6 məşq çox azdı. Futbolçu gecə-gündüz məşq rnetməlidi. Ustalığını artırmaq üçün, topa “sən” demək üçün uşaqları küçə rnfutbolundan cəlb eləmək lazımdı.
rn
rn  
rn
rn İsgəndər Cavadov, Maşallah Əhmədov, rnVaqif Sadıqov, Şakir Qəribov, Əbdülqəni Nurməmmədov, Novruz Məmmədov, rnQəhrəman Əliyev və onlar kimi bir çox veteran futbolçu küçə futbolunda rnyetişiblər. Əksər klublarda yerli futbolçular nəzərə çarpmır, yeni adlarrn çox azdır. Bu isə narahat edən bir məqamdı”.
rn
rn  
rn
rn “Bakı”
rn
rn  
rn
rn “Bakı” ilə Azərbaycan kubokunu rnqazanmışam. Növbəti mövsümün sonunda klubdan ayrılsam da, komanda ölkə rnçempionu olmuşdu. Bu uğurlarda hamının payı vardı. Xüsusən də, dövrdə rnkomandanın vitse-prezidenti olan Nail Əliyevin. O futbolla yaşayan, rnözünə hörmət edən adamdı. Çox tələbkardı. Bura gələn futbolçu dərk rnedirdi ki, onlar hara gəlib və onlardan tələb olunan nədi. Rusların bir rnsözü var: Monastıra öz qanunu ilə gəlmirlər, oranın qanunu ilə rnyaşayırlar. O vaxt futbolçuları bu prinsiplə götürürdülər.
rn
rn  
rn
rn O dövrdə olan komanda çox döyüşkən rnidi. Həmin vaxt hansısa komanda bizimlə oynayanda rahat oyuna çıxmırdı. rnİndi komandada istək yoxdu. Bugünkü heyətdə “generallar” çoxdur, rn“əsgərlər” az. Məsuliyyətsizlik müşahidə edirik. Klubun prezidenti Hafizrn Məmmədov futbolçular üçün yüksək səviyyədə hər cür şərait yaradıb”.
rn
rn  
rn
rn Məşqçi uğurunun sirri
rn
rn  
rn
rn “Məşqçi - müəyyən texniki və taktikirn tapşırıqları yerinə yetirən adama deyirlər. Onu 1 həftəyə ürəyin rnistəyən adama başa salmaq olar. İndiki dövrdə, internetdə hər şey var. rnŞablonları tap, vəssalam. Məşqçi - futbolçuları ələ almağı bacaran, rnonlara məsuliyyət hissi aşılayan böyük qardaşdır, psixoloqdu.
rn
rn  
rn
rn Üç cür hücum var: tədricən hücüm, rnsürətli hücüm (əks-hücum), standart vəziyyətlərdən hücum. Mən ikinciyə rnüstünlük verirəm. Taktikanı rəqibin oyunu və oyunçularına görə qururam. rnMüdafiə mənim üçün baş preoritetdi. Ulu dədəmiz Qorqud da igidlərə rndeyirdi: “Torpağı qorumursansa, becərməyə dəyməz, becərmirsənsə, rnqorumağa dəyməz”.
rn
rn  
rn
rn Məni tez-tez ittiham edirlər ki, rnƏsgər müdafiə futbolu oynadır. Mən bu iddia ilə razılaşmıram. Qolu kim rnvurur? Onlar öz qapılarına vurmur ki, biz vururuq. Müdafiə tək rnmüdafiəçilər hesabına yox, komanda şəklində təşkil edilir. Bu taktika rnmüasir futbolda  nəticə verir. Mənim məşqçi uğurumun sirri budu.
rn
rn  
rn
rn Emosiyalarımı büruzə verməyi rnxoşlamıram. Məşqçi təbiətcə sakit olmalı, hadisələrin axarına təmkinlə rnreaksiya verməlidi. Acıq vermək yaxşı əlamət deyil. Futbolun onurğası rnyarımmüdafiədir. Yaxşı dayaq yarımmüdafiəçi komandanın yarısıdır. rnMeydanda hərə öz işini görməlidi”.
rn
rn  
rn
rn Milli komanda
rn
rn  
rn
rn “Millidə baş məşqçi işləmək mənim rnüçün bir şərəf idi. İtaliyada çempionat deyildiyi vaxtdan bir həftə gec rnbaşladığı üçün Trappatoni aləmi bir-birinə qatmışdı. Həmin vaxt, rnAzərbaycanda 9 ay idi ki, çempionat keçirilmirdi. Serbiya və Çernoqoriyarn ilə rəsmi oyuna 13 nəfərlə getmişdik. Milli ən yaxşı oyunlarından rnbirini orada oynadı. Rəqib meydanında əldə edilən 2:2-lik nəticə rnkomandada ruh yüksəkliyi yaratdı.
rn
rn  
rn
rn Bakıda inanılmaz qələbə qazandıq. rnCavab oyundan əvvəl Zaur Tağızadə və Fərrux İsmayılovla fərdi söhbət rnetdim. Tağızadəyə dedim: sən 20 dəqiqə oynayacaqsan, amma oyunun ən rnyaxşısı olacaqsan. Onu buna inandırmaq üçün xeyli danışdım. Dedim: Zaur rnonlar bura qələbə qazanmağa gəlib. İstər-istəməz birinci hissədə bizi rnyoracaqlar. İkinci hissədə isə müdafiədən oynayacaqlar. Qol vura rnbilməyəndə isə tamamilə hücuma keçəcəklər. Bu vaxt bizə sən lazımsan. rnSürətli əks hücumlarda bizim silahımız sənsən. Sən qol vuracaqsan.
rn
rn  
rn
rn Danışa-danışa Zaurun göz rnbəbəklərinin böyüdüyünü gördüm. O mənə inandı. Oyunda qol vurdu. Biz 2:1rn qalib gəldik. Oyundan sonra Zaur mənə: “hardan bilirdiniz qol rnvuracağam” – dedi. Bu həmin dövr üçün möhtəşəm qələbə idi. Futbolçularınrn gözləri işıldayırdı”.

"Toplu Bakı"


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail