Ceyhun Sultanov: "O vaxt "Bakı"nı pula görə "Xəzər Lənkəran"a dəyişdim" MÜSAHİBƏ

22.01.2013 | 5433 dəfə oxunub

Mövsümün əvvəlində "Kəpəz"dən "Sumqayıt"a keçən Ceyhun Sultanovun karyerasını elə burada bitirəcəyini gözləmək olardı. Ancaq Ceyhun burada da çox duruş gətirməyib çempionatın iddialı klublarından olan "Qəbələ"yə üz tutdu. Təbii ki, çoxları bunu gözləmirdi. Ceyhunla söhbətə də elə bu sualdan başladıq.

- Ceyhun, "Sumqayıt"ı "Qəbələ"yə dəyişməyin çoxları üçün gözlənilməz oldu. Necə alındı bu?

- "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədovun komandada görmək istədiyi futbolçular arasında mənim də adım olub. Klubun baş meneceri Zaur Əzizov mənə zəng edərək dedi ki, baş məşqçi səni komandada görmək istəyir. Mən də böyük məmnuniyyətlə qəbul etdim.

- Artıq komandanın bir üzvüsən. "Qəbələ"ni necə gördün?

- Belə baxanda, pis komanda deyil. Hər bir şəraiti var, hər şey öz qaydasındadır. Sadəcə, mən əsas heyətə düşmək uğrunda mübarizə aparacam.

- Komandada səndan daha cavan və formada olan futbolçular var. Əsas heyətə düşməyin çətin görünmür?

- Əlbəttə, çətin olacaq. Çünki heyətdə çox yaxşı futbolçular var. Amma bu o demək deyil ki, onlar oynayacaq, mən kənarda durub baxacam. Əksinə, limdən gələn qədər çalışacam ki, daha çox çalışım və əsas heyətdə yer alım. Mən bura komandaya kömək etmək üçün gəlmişəm.

- Hazırda "Qəbələ"nin qarşısında duran əsas məqsəd Avrokuboklara vəsizə qazanmaqdır. Səncə komandanın buna gücü çatar?

- Qarşıda 4 oyunumuz var, hamısı bir birindən çətin qarşılaşmalardır. Başqa yolumuz yoxdur, bu oyunlardan sərfəli nəticələr qazanıb komandaya istədiyini vermək məcburiyyətindəyik. Əgər Avrokuboklara düşmək istəyiriksə, əvvəlcə maksimum alışaraq "altılığ"a düşməliyik.

- Özündə bilirsən ki, bu komandanım hücümçu problemi var. Hər oyun çoxlu sayda qol vəziyyəti yaratsalar da bundan istifadə edə bilmirlər. Bu problemi yoluna qoya bilirlər? Yaxud da komandaya yaxşı hücumçu lazımdırmı?

- Mən bura gələndən toplu çalışmalara başlamamışıq. Məşqlərimiz əsasən fiziki hazırlıq üzrə gedir. Elə düşünürəm ki, bu işlə baş məşqçimiz məşğldur və hücumçu lazım olarsa gətirər.

- Sən qaçmağı sevməyən, məşq etməyi isə xoşlamayan futbolçulardansan. Ramiz Məmmədov isə bunun ikisini də sevən məşqçidir. Necə yola gedəcəksiz?

- Məncə heç bir problem olmayacaq. Çünki hər bir futbolçu yaşdaşdıqca daha çox qaçmalıdır ki, cavanlarla rəqabətə tab gətirə bilsin. Cavan olanda deyirsən ki, əşşi, qaçaram da. Amma qocalanda belə deyil, qaçmadınsa, deməli oynamayacaqsan. Çünki fiziki hazırlıq olmayanda futbolçu - xüsusən də yaşlı oyunçu lap pis vəziyyətə düşür. Buna görə də, qaçmağa və məşq etməyə məcburam. Cavan olsaydım, düşünərdim ki, problemim yoxdur, amma indi elə deyil. Hətta indi ikiqat artıq işləməliyəm.

- Məşqlərdə yorulmursan ki?

- Nəinki mən, hamı yorulur.

- Yaxşı, hazırkı durumun nə yerdədir?

- İnşallah, çempionatda görəcəksiz.

- Çempionata "Sumqayıt"an baxırdın, indi isə "Qəbələ"dən baxırsan. Çox fərqlilik var?

-Hələ baxmamışam, baxacam (gülür).

- Amma bu komandanın bir üzvüsən artıq...

- Bilirsiz, burada əsas fərqlilik komandaların çempionatda olan iddialarıdır. Digər tərəfdən isə heç bir fərqlilik yoxdur. Sadəcə onu deyə bilərəm ki, çox maraqlı çempionat keçir.

- Sənin keçmiş komandaların olan "Bakı" və "Xəzər Lənkəran" ilk "altılıq"dan kənarda qala bilərlər...

- Bu barədə bir söz danışmaq çox çətindir. Çünki hər turda nələrsə ola və dəyişə bilər. Qarşıdakı oyunlarda bir komanda yaxşı, bir komanda zəif çıxış edə bilər ki, bu da ikisindən birinin kənarda qalmasıyla nəticələnər. Belə baxanda, indi ikisi də kənarda qala bilərlər. Buna görə də, heç nə demək olmur.

- Ehtimala görə də, hansı daha şanslı görünür?

- İkisi də iddialı klubdur. Əllərindən gələni edəcəklər ki, bunu bacarsınlar.

- Bəs "Qəbələ" bunu bacaracaq?

- Bayaq da deim ki, dörd çətin oyunumuz var. Maksimum olaraq yaxşı nəticə qazanmalıyıq. Hazırkı vəziyyətə görə də hər şey öz əlimizdədir.

- Fikirləşmirsən ki, iddialı "Qəbələ"yə keçidin milliyə olan yolunu aça bilər?

- Mən bir neçə gün əvvəl bu barədə açıqlama vermişdim və bir daha təkrar edirəm, daha milli komandada oynamayacam, çağırsalar da, getməyəcəm.

- Amma hər bir futbolçu milli naminə qərarını dəyişə bilər...

- Amma bu yaşda yox da... Mənim yerimə bir cavan futbolçu gətirsələr, o, əsas omandaya daha çox xeyir verə bilər. Çünki onun gələcəyi var, məndə isə gələcək bitib.

- Millidən söz düşmüşkən, necə düşünürsən, milliyə dəvət alan gənc oyunçular əsas komandaya xeyir verə bilirlər?

- Özləri bilər. Yəqin xeyir verdiyini düşünürlər deyə onlara bir daha şans verirlər də. Mən razıyam kimi çaqırırlar, çaqırsınlar, amma o futbolçular da əsas milliyə xeyir verə bilsinlər də.

- "Qəbələ"dən başqa təkliflər vardı?

- Düzün danışsam, bura gəlməmişdən əvvəl "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevlə görüşüb, danışmışdıq.

- Bəs nə rol oynadı ki, "Qəbələ"ni seçdin?

- Nə bilim vallah, qismətdir də. Yəqin, qismətimdə elə "Qəbələ"də oynamaq varmış.

- Ramiz Məmmədovun baş məşqçiliyi altında ilk dəfə oynayacaqsan, amma Böyükağa Hacıyevlə birlikdə İranda və "Bakı"da çalışmısan. Nə yaxşı bu amil qərarına təsir etmədi?

- Ramiz Məmmədovla da bir yerdə oynamışam. Düzünə qalsa, "Qəbələ"ylə danışandan sonra Böyükağa müəllimlə söhbətim olmuşdu.

- Amma bayaq dedin ki, "Qəbələ"dən əvvəl Hacıyevlə danışmısan...

- Onunla yüngül söhbətim olmuşdu. "Qəbələ"ylə danışandan sonra görüşdüm və dedim ki, bu komandaya gedirəm.

- Böyükağa Hacıyevin reaksiyası neə oldu?

- Sonuncu günə kimi mənə dedi ki, yaxşı fikirləşim, amma mən burayla anlaşdım.

- Maddi məsələnin də "Qəbələ"yə keçməyində rol oynadığını demək olar?

- Vallahi yox. Futbol oynayandan bir dəfə maddi məsələni üstün tutub səhv etmişəm və bunu ikinci dəfə təkrarlamaram. O vaxt "Bakı"nı pula görə "Xəzər Lənkəran"a dəyişdim və ən böyük səhvimi etdim. Orada neçə il əsas heyətdə oynamadım və bu da futbolçu karyerama böyük zərbə vurdu.

Söhbətləşdi: Elnur 


"Het Trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail