Sadıq Sadıqov: "Neftçi" meydanda da təkdir, gücünə görə də təkdir" MÜSAHİBƏ

25.02.2013 | 10634 dəfə oxunub


Premyer Liqanın son turunda  mükəmməl futbol sərgiləyərək "İnter" üzərində inamlı qələbə qazanan "Neftçi"ni ilk təbrik edən klubun prezidenti Sadıq Sadıqov oldu. Klub rəhbəri komandasını təbrik etdikdən sonra oyunla bağlı əməkdaşımızın suallarını cavablandırıb:

- Oyun göz qabağındaydı. "İnter"in öz yolu, öz oyun üslübü var. Baş məşqçiləri çox yaxşı mütəxəssisdir və neçə illərdir ölkəmizdə çalışır. Yaxşı komanda yarada bilib, amma biz bu gün bütün konponentlərdə "İnter"i üstələdik.

- "Neftçi"dən belə üstün futbol gözləyirdiz?

- Siz özünüz də keçmişə nəzər salsaz görəcəksiniz ki, "Nefçi" həmişə səviyyəli komandalara qarşı səviyyəli futbol sərgiləyir. Nəticə barədə əvvəlcədən bir söz deyə bilməzdim, amma komandamın gözəl futbol sərgiləyəcəyinə əmin idim. Xüsusən də hər iki komandanın yüksək səviyyəli futbol sərgiləyəcəyinə inanırdım, amma "İnter" məni yanıltdı. "İnter" tamamilə müdafiə futboluna üstünlük verdi. Onlar hücum futbolu barədə düşünsəydilər, bəlkə də başqa hesab qeydə alınardı.

- Həyacan varıydımı?

- Var idi də sözdü, həddən artıq çox idi. Özüm də tez həyacanlanan insanam. Komandama minnətdaram ki, bu gün gözəl futbolla layiqli nəticə qazanıb bütün azarkeşlərini sevindirdi. İndi "Neftçi"nin adı haqsız yerə olaraq bəzi layiq olmadığı yerlərdə, məsələlərdə hallanır. Böyükağa Hacıyevin sözünə qüvvət, "Neftçi" təkdir. Doğurdan da "Neftçi" təkdir. Bu günkü oyunla "Neftçi" bir daha göstərdi, onu istəməyənlərə, adına haqsız yerə söz çıxardanlara da sübut etdi ki, tək olaraq da çempion olmağa layiqik və bunu bacaracağıq. "Neftçi" tək olaraq çempion olacaq.

- "İnter" üzərindəki qələbə çempionluq yolunda işinizi asanlaşdırdı deyə bilərik?

- Bunu bəribaşdan demək olmaz. İndi "Turan"la oynayacağıq. Bu oyunda da qələbə qazanıb "altılığ"a lider olaraq girmək istəyirik. Bunu bacarsaq yalnız bir xal üstünlüyümüz olacaq ki, bu da böyük şans demək deyil. İnanıram ki, bu cür oyunla liderə qalib gəliriksə, digər komandalara qarşı da layiqli oyun göstərə biləcəyik. Bu oyunda oynanılan və əldə olunan nəticə qarşıdakı qarşılaşmalarda futbolçularımıza psixoloji cəhətdən də böyük kömək edəcək.

- Bayaq dediz ki, "Neftçi" meydanda tək mübarizə aparır, bəs gücünə görə də təkdir?

- Əlbəttə. "Neftçi" meydanda da təkdir, gücünə görə də təkdir. Mən həmişə hər bir klubumuzun uğuruna sevinmişəm, sevinəcəm də. Amma indi bir çoxları bizim uğurlarımıza qısqanclıqla yanaşır. Bunu isə heç cür başa düşə bilmirəm. Mən Allahdan arzu edirəm ki, Avroliqada, Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz olsun. Şərt deyil ki, biz olaq, əsas odur təmsilçimiz olsun. Bu gün isə meydanda hər şey göz qabağında idi. "Neftçi" öz oyunuyla göstərir ki, öz oyununu oynayanda qarşısıalınmazdır.

- Kanales yenə qol vurdu...

- Kanales birdir də. Azərbaycanda onun kimi futbolçu - hücumçu görürsüz? Görürsüzsə siz mənə deyin.

- Komandanız artıq zirvədədir...

- Biz iki ildir ki, bu həyacanı yaşayırıq. Bunu başa düşmək üçün lider olmaq lazımdır. İnşAllah, Allah ömür versə, hələ üç il də bunu yaşayacağıq.

Söhbətləşdi: Şahin


"Het Trik News" qəzeti


  #2   Adınız: qerezli;   E-mail: [email protected]

25.02.2013 22:01

neftci dogrudan da tekdir. adina xalq komandasi deyilse de,meydana cixanda stadionda eli biletli bir azarkewi de olmur.

  #1   Adınız: qasim;   E-mail: [email protected]

25.02.2013 13:38

Neftci tek niye olur o boyda AFFA PFL durub dalinda

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail