Səməd Səmədov: "Foqtsun məşqçilik erası bitib" - MÜSAHİBƏ

04.05.2011 | 5196 dəfə oxunub

Peşəsindən və sənətindən asılı olmayaraq, hər bir rninsan idmana maraq göstərir. Kimi futbola, kimi boksa, kimisi də güləşə.rn Şou-biznes aləmində «toylar kralı» kimi tanınan Səməd Səmədov da futbolrn vurğunudur. Həftədə iki dəfə sənətçi dostları ilə birlikdə top qovmağı rnsevir. Amma onun futbol sevdası Azərbaycandan çox-çox kənarlardadı.rn

Boksu futbola dəyişməklə bağlı

rn

- 10 yaşımdan idmanla məşğul oluram. Əvvəl boksa marağım olub. Hətta rnrespublikadaxili yarışlarda iştirak etmişəm. Ciddi zədə alandan sonra rnboksdan ayrıldım. Sonra futbola marağım artdı. Əslində boksu futboldan rnüstün tuturam. Olimpiya oyunlarında boksçularmızın döyüşünü rnsəbirsizliklə gözləyirəm. Bəzən döyüş zamanı hisslərimi gizlədə rnbilmirəm, ekran qarşısında əl-qol atıram. Qəfil özümə gələndə hiss rnedirəm ki, lap özümdən çıxmışam. Bu, boksa sevgidən irəli gəlir. Futbolarn gəldikdə, daha çox xarici çempionatlara baxıram. Azərbaycan çempionatı rnhələ ürəyimcə deyil.

rn

Çempionatla bağlı

rn

- İlk növbədə, futbolun təbliğatı güclü olmalıdır. Bunun üçün rnteleviziyada verlişlər və proqramlar hazırlanmalıdır. Klublar bazalarınırn formalaşdırmalı, stadionlar tikməli və ölkəyə peşəkar mütəxəssislər rndəvət etməlidirlər. Uşaq futboluna qayğı yüksək səviyyədə olmalıdır ki, rnoyunçu yetişsin. Ölkə çempionatının səviyyəsini qaldırmaq üçün xaricdən rndaha güclü oyunçular gəlməlidir. Bəlkə onda komandalarımız Avropa rnklubları ilə ayaqlaşa bildi. Dörd nəvəm var. Hamısı da «Barselona»ya rnazarkeşlik edir. Azərbaycan komandaları o qədər baxımlı oyun rngöstərmirlər ki, çempionata maraq artsın. Xarici klubların oyununa ona rngörə baxıram ki, futbola nifrət etməyim. Messi bizimkilərin necə rnoynadığını görsə, futbolçu olduğuna peşman olar. Ona görə də stadionlararn tamaşaçı gəlmir. Azarkeşin ürəyinə yol tapmaq çətindir. Müğənni gözəl rnmahnılarla futbolçu isə oyunu ilə azarkeşlərin könlünü almalıdır. Bunu rnbacarmırlarsa, azarkeşlərə haqq qazandırıram. Mən də buna görə oyunlara rngetmirəm.

rn

Milli komanda və Berti Foqtsla bağlı

rn

- Berti Foqtsun təcrübəli bir məşqçi olduğuna şübhəm yoxdur. Məhz rnonun başçılığı ilə 1996-cı ildə Almaniya millisi Avropa çempionu oldu. rnFoqtsun Azərbaycan futboluna xeyir verəcəyinə və milli komandayla yüksəkrn nəticələr göstərəciyinə isə inanmıram. Açığı, milli komandanın rnoyunlarına baxmıram. Yalnız nəticələrdən xəbər tuturam. Bu da bir rnazərbaycanlı kimi məni üzür. Alman məşqçi nəticə göstərə bilmirsə, onu rnkomandada saxlamağın nə mənası var? Onsuz da uduzuruq. Onu yerli rnməşqçilərdən biri ilə əvəz etsələr, bəlkə nəsə dəyişər. Foqtsun rnməşqçilik erası da bitib. Müasir futbolda taktikaya uyğun oyunçu seçimi rnböyük önəm daşıyır. Ola bilsin ki, alman məşqçi yeni sistemlə işləməyi rnbacarmır və ya futbolçularımız onun verdiyi tapşırıqları yerinə yetirə rnbilmir. Ona görə də qarşımıza çıxan hər bir rəqib milli komandamıza rnməğlub edir. Özü də böyük hesabla. Belçika millisinə 1:4 hesabı ilə rnuduzanda da, futbolçularımızda müdafiə olunub qapasından az top buraxmaqrn bacarığının olmadığını bildim. Oyunu izləyib əsəbələşmək istəmirəm. rnYaxşısı elə baxmamaqdır.

rn

Futbolçuların şou-biznesə üz tutması ilə bağlı

rn

- Sənət adamlarının futbola maraq göstərməsi yaxşı haldır. Amma baxırrn necə? Bu bir reklam xarakteri daşıyır, yoxsa futbola xidmət edir. rnXarici ölkələrdə müğənnilər futbol ulduzları ilə klipə çəkilib aləmə səsrn salırlar. Bizdə əksinədir. Futbolçu müğənninin hesabına reklam olunur. rnİndi şou-biznesimiz futbolumuzdan daha irəlidədir. Futbolçularla rnmüqayisədə müğənnilər daha çox tanınırlar. Amma onların sənət adamları rnilə ünsiyyətdə olmasına yaxşı baxıram. Bu həm də ölkədə futbolun rnpopulyarlaşmasına təkan verə bilər. Tanınmış sənətçilər fanatı olduğu rnkomandalara stadiondan dəstək versələr, futbola həm maraq artar, həm da rnazarkeş axını olar. Mənə elə gəlir ki, indi Türkiyədə olduğu kimi, nə rnvaxtsa bizdə də müğənnilər futbola yaxından maraq göstərəcəklər. Güman rnedirəm ki, o gün uzaqda deyil.

rn

Mənbə: "Sport Favorit" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail