“Xəzər Lənkəran”a qarşı repressiya siyasəti aparılır” – MÜSAHİBƏ

05.05.2011 | 4265 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun icraçı-direktoru Höccət Hacıyevin müsahibəsi
rn
rn- Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Xəzər Lənkəran”ın çıxışından razı qaldınız?
rn- İlk görüşdə 1:0 hesabı ilə qalib gəldiyimizdən, ümumi nəticədə rnüstünlüyümüzü qorumaq, müdafiəyə meylli futbol oynamaq istəyirdik. Buna rnnə dərəcədə nail olub-olmadığımızı deyə bilmərəm. Amma nəinki bütün rnAzərbaycan, dünya əhalisi arasında cavab oyununa baxan hər kəs hakim rnədalətsizliyinin nə demək olduğunu gördü. Bir komandaya qarşı nə qədər rnhaqsızlığın edildiyi göz önündə idi. Bu haqsızlıqlar 2:1 hesablı rnməğlubiyyətimizə gətirib çıxardı.
rn
rn- Hakim ədalətsizliyi dedikdə, nəyi nəzərdə tutursunuz?
rn- Bu oyunda ədalətsizlikdən başqa bir ədalət yox idi. Baş hakim Rövşən rnƏhmədovun verdiyi qərarların 90 faizi ədalətsiz idi. Bunu təkcə mən yox,rn mənə edilən çoxsaylı zənglərin müəllifləri də dəyərləndirir. Belə rnhakimlik 2009-2010-cu il mövsümündən başlayıb. Ötən mövsüm Əfqan rnHəmzəyev Premyer Liqanın “Xəzər Lənkəran” – “Neftçi” matçında, bu mövsümrn Anar Salmanov Azərbaycan Kubokunun “Neftçi” – “Xəzər Lənkəran” rnqarşılaşmasında komandamıza qarşı qərəzli qərarlar verib. İndi də Rövşənrn Əhmədov “Bakı” – “Xəzər Lənkəran” görüşündə eyni ssenarini təkrarladı. rnBelə hallar dəfələrlə baş verib. Mən bütün bunları “Xəzər Lənkəran”a rnqarşı repressiya siyasəti kimi dəyərləndirirəm.
rn
rn- Repressiya siyasəti kimlər tərəfindən aparılır?
rn- Hakimlər Komitəsi tərəfindənmi deyim, AFFA-da oturan müəyyən qüvvələr rntərəfindənmi deyim? Hər halda mən bunu belə dəyərləndirirəm. Bunu ancaq rnrepressiya siyasəti adlandırmaq olar. Pul verib desəm ki, məni bu qədər rnmüdafiə elə, heç bir hakimin buna gücü çatmaz. Yalnız hakimlərin rnarxasında dayanan müəyyən qüvvələr bu cür idarəçilik tələb edə, hakimlərrn də onlara arxayın olaraq, belə ədalətsizliklərə yol verə bilərlər. rnMəncə, hakimin yalnız pul xətrinə rəqib komandanı bu cür müdafiə etməsi rnmümkün deyil.
rn
rn- “Neftçi” ilə ¼ final mərhələsindən sonra da hakimlikdən narazılıq rnetmişdiniz. Halbuki həmin oyunda 4:3 hesablı qələbə qazanmışdınız. İndi rndə “Bakı” ilə cavab görüşündən sonra finala yüksəldiyiniz halda, rnhakimliyə etiraz edirsiniz...
rn- Biz istəyirik ki, ədalətsizliyə son qoyulsun. Lənkəran bölgəsində rninsanlar futbolla yaşayırlar. Mən evdə futbolu izləyəndə 10 yaşlı qızım rnsoruşur: “Ata, niyə xarici futbola baxanda yalnız zövq alırıq, amma rnbizim futbolu izləyəndə yalnız əsəbiləşirik?” 10 yaşlı qız belə sual rnverəndə adam bilmir nə cavab versin? Budurmu Azərbaycan futbolunu rninkişaf etdirmək? Budurmu Azərbaycan futbolunu irəli aparmaq? Bu, nə rndərəcədə düzgün yoldur, mən bilmirəm.
rn
rn- Konkret, oyunun 83-cü dəqiqəsində baş verən penalti epizodu ilə bağlı hansı fikirdəsiniz?
rn- O cür epizodlar hər dəfə penalti kimi dəyərləndirilsəydi, bu mövsüm rn“Xəzər Lənkəran” heç olmasa, 20 penalti vurmuşdu. Eləyə qalsa, Premyer rnLiqada ötən tur “İnter”lə oyunumuzda da həmin Rövşən Əhmədov açıq-aşkar rnpenalti epizodunu 10 qat artıq dəyərləndirməli idi. Amma həmin vaxt rnƏhmədovun fiti susdu. İndi isə sanki penalti vermək üçün fürsət rngözləyirmiş. O epizodda dərhal fit çalıb penalti təyin etdi.
rn
rn- Əsas vaxta 5 dəqiqə artırılmasından da narazı idiniz...
rn- Mən Azərbaycan futbolunda əsas vaxta 5 dəqiqə artırılması hallarını rnbir-iki dəfə görmüşəm. “Bakı” ilə oyunda əsas vaxta 5 dəqiqə əlavə rnolunduğu göstərilsə də, bu, 7 dəqiqəyədək davam etdi.
rn
rn- Komandanız 1:2 hesabı ilə uduzsa da, səfərdə qol vurduğu üçün rnfinala yüksəldi. Bununla belə, hakimliyə kəskin formada etiraz etdiniz rnvə nəticədə kütləvi iğtişaşlar baş verdi. Birdən uzatma dəqiqələrində rn3-cü qolu da buraxaraq, mübarizəni dayandırsaydınız, oyundan sonra daha rnnələr baş verə bilərdi?
rn- Əvvəlcə bu iğtişaşların səbəbini, narazılığın nədən qaynaqlandığını rnaraşdırmaq lazımdır. Düzdür, biz finala çıxdığımız üçün sevinməliyik. rnAmma sevinə bilmirik. Öz uğurumuza, Azərbaycan futbolunun rəzilliyinə rnsevinə bilmirik. O qüvvələr hansı məqsəd güdürlər? Azərbaycan rnprezidenti, möhtərəm İlham Əliyev 2005 - 2015-ci illərdə futbolun rninkişafına dair çox gözəl Dövlət Proqramı təsdiqləyib. Biz bu proqramı rndəstəkləməli, futbolumuzu inkişafa doğru aparmalıyıq. Amma müəyyən rnqüvvələr futbolumuzu arxaya dartırlar.
rn
rn- Müəyyən qüvvələr dedikdə, kimləri nəzərdə tutursunuz?
rn- O hakimlərin arxasında duranların kimlər olduğu aydındır. Hakimləri rndəfələrlə etdikləri səhvlərə görə televiziyaya çıxıb müdafiə etmək lazımrn deyil. Əksinə, onlar cəzalandırılmalıdırlar. Hər dəfə ekran qarşısında rnonları müdafiə edəndə bunların axırı belə həddə gəlib çıxır.
rn
rn- Oyundan sonra polislər komandanızın rəisi Səməd Mustafayevi niyə bölməyə apardılar?
rn- Həmin epizodda Səməd Mustafayev hakimə sadəcə, narazılığını rnbildirirdi. Amma polislərin etdiyi hərəkətlər, Mustafayevin qolunu rnburmaları münaqişəni bir az da qızışdırdı və bu həddə gətirib çıxardı. rnKomandamızın rəisi sadəcə, hakimə etirazını bildirdi. Bu vaxt polislər rnonun üstünə cumdular. Sanki caninin üstünə cumurdular. Səməd müəllimin rnəl-qolunu bağladılar, itələdilər və nəticədə münaqişə yarandı.
rn
rn- Hakimin söyülmədiyini deyirsiniz. Amma praktikaya əsasən, əsəbi ola-ola söyüş söyməmək mümkün deyil...
rn- Söyülməyə qalsa, stadiona toplaşan 1000 – 1500 tamaşaçı haqsızlığa rnsöyüşlə reaksiya verirdilər. Görün, Azərbaycan futbolunu nə günə rnsalıblar ki, ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşünə cəmi rn1500 tamaşaçı gəlib. Camaatı niyə futboldan küsdürürlər? İnsanlar rnstadiona söyüşlər eşitməyəmi, əsəbləri tarıma çəkilməyəmi gəlməlidirlər?rn Azərbaycan futbolu rəzillikdir. Onlar bu rəzilliyə baxmaq istəmirlər. rnBelə biabırçılıqları görmək istəmirlər. Futbol həm də bir istirahət rndeməkdir. Təəssüf ki, camaat bizim stadionlarda futbola baxa-baxa rnistirahət edə bilmir.
rn
rn- Etirazınızı rəsmi formada bildirəcəksiniz?
rn- Klub olaraq bildirməyəcəyik. Amma Lənkəranda azarkeşlərin, ziyalılarınrn şok vəziyyətində olduqlarından xəbərdaram. Onlar ölkə prezidentinə rnmüraciət etməyə hazırlaşırlar, bu biabırçılığın qarşısının alınmasını rnistəyirlər. Bu biabırçılığın qarşısı alınmasa, Azərbaycanda futbol rninkişafa yox, tənəzzülə doğru gedəcək.
rn
rn- “Xəzər Lənkəran” final oyununa da baş məşqçi Mirça Redniksiz rnçıxacaq. Rednikin 5 oyunluq cəzasının qalan 2 matçlıq hissəsinin rngötürülməsini xahiş etmək fikriniz yoxdur?
rn- Bilirsiniz, kepkanı yerə çırpmağa görə 5 oyun cəza verirlər. Amma ötənrn mövsüm hakimə kəllə atan əvvəlki baş məşqçimiz Ağasəlim Mircavadov cəmirn 2 matçlıq diskvalifikasiya edilmişdi. Rednikin 5 oyunluq cəzası ilə rnbağlı apellyasiya versək də, rədd cavabı almışıq. Ona görə də bizi rnistəməyən qüvvələr buna getməzlər. Digər tərəfdən, AZAL-ın baş məşqçisi rnNazim Süleymanovun hakimə etiraz etməsi cəmi 1 oyunluq cəzaya səbəb rnolub. Bütün bunlar hər şeyi aydın göstərir və “Xəzər Lənkəran”a qarşı rnötən mövsümdən başlayan və indiyədək davam edən repressiya siyasətinin rntərkib hissəsi olduğunu göstərir.
rn
rn- Əgər elədirsə, Sizcə, repressiya siyasəti niyə məhz “Xəzər Lənkəran”a qarşı aparılmalıdır?
rn- Bu, bizə də çox maraqlıdır. Halbuki “Xəzər Lənkəran” Azərbaycan rnfutboluna xüsusi zövq gətirir. Bu komanda ölkə çempionatında olmasa, rnfutbolumuzun rəngarəngliyi itəcək. Amma biz özümüz də bilmirik ki, nəyə rngörə müəyyən qüvvələr “Xəzər Lənkəran”ı görmək istəmirlər? Bu qədər rnazarkeşi olmağına görəmi, yoxsa qısqanclıqdanmı, anlaya bilmirəm.
rn
rn- Klubunuzun fəxri prezidenti Mübariz Mənsimov bunlardan xəbərdardır?
rn- Onun nə dərəcədə xəbərdar olduğunu bilmirəm. Yəqin ki, mətbuatdan rnizləyir. Sözsüz ki, belə hallar hər bir insana təsir edir. Milyonlarla rnpulunu sərf etdiyin halda, ədalətsizlik görəndə, adam necə olar? Düzdür,rn Mübariz Mənsimov mübarizəni sevən adamdır. Amma necə olsa, adama təsir rnedir.



Mənbə: Lent.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail