Zeynal Məmmədov: "Bakı"da klub üçün can yandıran oyunçular qalacaq"

07.05.2011 | 4242 dəfə oxunub

rn "Bakı" futbol klubunun rnvitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına müsahibə verib.Stadium .az xəbər verir ki, klub rəsmisi cari mövsümü dəyərləndirib, rngələcək planlar və klub azarkeşlərini düşündürən sualları cavablayıb.
rn
rn  
rn
rn - Zeynal müəllim, mövsümü ümumilikdə necə dəyərləndirərsiniz?
rn
rn - Bu mövsümü ikili hisslərlə başa rnvururuq. Komandamız qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədi.rn Bunun subyektiv və obyektiv səbəbləri var. Komandamız ondan gözlənilən rnsabit oyun göstərə bilmədi. Bəzi oyunlarda yüksək səviyyədə mübarizə rnaparan “Bakı”, bəzi oyunlarda özünə oxşamadı.
rn
rn  
rn
rn Digər tərəfdən isə uşaq rnkomandalarımızın inkişafı, əvəzedici komandamızın səviyyəli oyunu və rnsona 3 tur qalmış 14 xal fərqlə çempionluq titulu qazanması bizi rnsevindirdi.  Qarşıdan gələn mövsümdən etibarən əsas heyətə öz klubumuzunrn yetirmələri cəlb olunacaq. Uşaq və yeniyetmə komandalarımızın rnoyunlarını izlədikcə, güclü yeni nəslin yetişdiyinin şahidi oluruq.  Bu rnamil olduqca vacibdi. Qətiyyətlə söyləmək olar ki, bu tendensiya rnildən-ilə güclənəcək.
rn
rn  
rn
rn Başa vurduğumuz mövsüm əraizndə rnnəhəng infrastruktur çalışmalarımız davam etdi.  Klub bazasının tamamilərn istifadəyə verilməsini böyük uğur kimi dəyərləndirirəm. Beynəlxalq rnəlaqələrimizin möhkəmlənməsi, “Bakı”nın tanınan və sevilən bir brendə rnçevrilməsi  istiqamətində ciddi planlarımız var. Əminəm ki, bu layihələrrn tək klubumuz üçün deyil, bütün Azərbaycan futbolu üçün faydalı olacaq.
rn
rn  
rn
rn - Yəqin ki, heyətdə dəyişikliklər olacaq...
rn
rn - Təbii ki, olacaq. Komplektləşdirmərn sahəsində ciddi problemlərimiz var. Onları analiz edərək, müvafiq rnqərarlar qəbul olunacaq. Baş məçqçimizə çox güvənirik. Aleksandr rnStarkovun təcrübə və bacarığına şübhəmiz yoxdu.
rn
rn  
rn
rn - Komandadan kimlər gedəcək?
rn
rn - Bunu indidən söyləmək düzgün rnolmaz. Bir çox futbolçularla müqavilələrimiz başa çatır. Digərləri ilə rndanışıqlar aparılacaq. Yalnız onu deyə bilərm ki, heyətdə klub üçün can rnyandıran, “Bakı” forması geyməyə layiq futbolçular qalacaq.
rn
rn  
rn
rn - "Xəzər Lənkəran"la kubok oyununda yaşanan qalmaqalla bağlı nə deyə bilərsiniz?
rn
rn - Çox maraqlı oyun oldu. Biz qalib rngəlsək də, mübarizəni dayandırdıq. Təəssüf edirəm, ancaq bu reallıqdı. rnSon oyuna gəldikdə isə biz meydan sahibi kimi hər şeyi etdik ki, bu rnderbi təmiz idman mübarizəsi, dostluq və qardaşlıq şəraitində keçsin. rnOyun başa çatandan sonra  “Xəzər Lənkəran” futbolçuları, klub rnrəsmilərinin əlini sıxdıq, onları təbrik etdik və finalda rnmüvəffəqiyyətlər arzuladıq.  Amma qonaq komandanın bəzi üzvlərinin rntəhlükəsizliyi təmin edən polislərə qarşı aqressivlik nümayiş etdirməsi rnqalmaqala səbəb oldu. Biz meydan sahibi kimi bu problemin həll rnolunmasında əlimizdən gələni etdik, tərəfləri sakitləşdirmyə çalışdıq. rnQanunlara tabe olmaq hər bir vətəvdaşın borcudu, istər sadə fanat, istərrn futbolçu, istərsə də klub rəsmisi olsun. Gələcəkdə belə halların rntəkrarlanmamasını arzu edərdim.
rn
rn  
rn
rn - Gələcək planlar nədən ibarətdi?
rn
rn - “Bakı” futbol klubunun planları rnAzərbaycan Respublikasınının prezidenti cənab İlham Əliyevin rn“2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı barədə” dövlət rnproqramının futbol qurumları qarşısında qoyduğu vəzifələr və hədəflər rnəsasında qurulub. Biz gündəlik fəaliyyətimiz bu proqram əsasında davam rnetdiririk və gələcək planlarımızı da, məhz, bu istiqamətdə görürük. rn“Bakı” futbol klubunun fəxri prezidenti Anar Məmmədov və prezidentimiz rnHafiz Məmmədov futbolu sevən və onun inkişafına hərtərəfli dəstək verən rninsanlardır. Bu insanlar Azərbacayda futbolun inkişafına böyük dəstək rnverirlər. Qarşıya qoyulan vəzifə klubun hərtərəfli inkişafını təmin rnetməkdən ibarətdir. “Bakı” futbol klubunun hərtərəfli inkişafı üşün rnbütün zəruri addımlar atılır. Dövlət proqramının klubumuza aid olan rnhissəsinin icrası birbaşa klub prezidentinin nəzarətindədir. Hafiz rnmüəllim klub rəhbəri və AFFA İcraiyyə Komitəsinin üzvü kimi futbola rnkifayət qədər vaxt ayırır, strateji inkişaf planına uyğun olaraq rnaparılan işlərin gedişinə nəzarət edir, qarşıya çıxan problemlərin rnhəllində yaxından iştirak edir, tövsiyyələrini verir.
rn
rn  
rn
rn - Uşaq futbolunda durum nə yerdədi?
rn
rn - Bilirsiniz ki, A komandamızın rnəsası legioner futbolçulardan qurulub. Biz Azərbaycanda qazanılması rnmümkün olan bütün titulların daşıyıcısıyıq. Ölkə çempionu, Azərbaycan rnkubokunun qalibi, gümüş və bürünc medalların sahibi kimi ölkədaxili rnyarışlarda bütün hədəflərə çatmışıq. Qitəmiqyaslı yarışlara gəldidə isə,rn Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyən iki Azərbaycan rnklubundan biriyik. Növbəti illərdə Avropada irəliləmək, qrup rnmərhələlərində mübarizə aparmağa layiq komanda formalaşdırmaq üçün rnçalışırıq. Bunlar A komandamızın hədəfləridi. Ümumilikdə klubumuzun rnhədəflərinə gəldikdə isə qeyd etmək istərdim ki, əsas istiqamətlərdən rnbiri olan gənc nəsil futbolçuların yetişdirilməsi səhəsində əldə rnetdiyimiz nəticələr ən yüksək mükafata layiqdi.  Bu günlərdə əvəzedici rnkomandamız bütün rəqiblərini geridə qoyaraq böyük üstünlüklə çempionluq rntitulunu qazandı. U-17, U-15 liqalarında iştirak edən komandalarımızın rnqatıldıqları turnirlərin liderləridirlər, daha 2 uşaq komandamızın rnçempionluğun bir addımlığında olduğunu vurğulamaq istərdim. Bütün bunlarrn aktivə yazılır.
rn
rn  
rn
rn Hazırda klubumuzun yetirmələri rnmüvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarına dəvət rnolunurlar. Təkcə onu deməklə kifayətlənirəm ki, Azərbaycan U-15 milli rnkomandasının formasını 5 futbolçumuz geyinir. Daha 3 futbolçumuz yaxın rngələcəyin milli komandasının əsasını təşkil edəcək U-19-un əvəzolunmaz rnheyət üzvləridi.
rn
rn  
rn
rn - Azarkeşlərimiz bu il üzgündürlər, onlara sözünüz var?
rn
rn - Sonda üzümü azarkeşlərimizə tutmaqrn istəyirəm. Onlara klubumuza verdikləri dəstəyə görə təşəkkür etmək rnistəyirəm. Bütün “Bakı”sevərləri əmin etmək istəyirəm. “Bakı” futbol rnklubu həmişə olduğu kimi gələcəkdə də sizi sevindirmək üçün bütün zərurirn addımları atacaq, dəstəklədiyiniz və fəxr etdiyiniz klubun bayrağı rnyüksəklərdə dalğalanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail