"O məşqçilərin hər birinə dərs keçməyə hazıram"

05.05.2013 | 5782 dəfə oxunub

AZAL bu mövsüm istənilən nəticəni göstərə bilmədi. Komanda "ikinci altılıq" baryerini aşa bilməməklə yanaşı, kubokda da mübarizəni dayandıraraq Avrokuboklara qatılmaq şansını heçə endirdi. İndi hətta komandanın baş məşqçisi Vaqif Sadıqovun yerinə müxtəlif adlar da çəkilir.  Elə bu məsələlərə aydınlıq gətirmək və çempionatın gedişi barədə fikirlərini öyrənmək üçün AZAL-ın baş məşqçisi Vaqif Sadıqovla söhbət etdik.

- AZAL-da işlər necə gedir?

- Hər şey yaxşıdır, hər şey qaydasındadır. Baxmayaraq ki, ilk altılığa düşə bilmədik, amma mübarizəmizi sonadək aparırıq. Komandanın qarşısında iki illik plan vardı, indi çalışırıq ikinci altılıqda uğurlu nəticə əldə edərək güclü olduğumuzu sübut edək.

- AZAL-ın Premyer Liqadan düşməyəcəyi aydın məsələdir. Digər tərəfdən isə nə medallar uğrunda mübarizə aparırsız, nə də Avrokuboklara düşmək üçün. Belə olan halda oyunlar çox maraqsız gəlmir sizə?

- Mənim üçün heç də marqsız deyil. Klubun imici var, bunu qoruyub saxlamaq üçün hər bir oyuna ancaq qələbə üçün çıxırıq. Qarşıdakı hər oyundan qabaq da futbolçularımdan bunu tələb edirəm. Hər bir peşəkar bunu dərk edib, meydana çıxmalıdır.

- AZAL-ı altılıqda hansısa komandanın yerində görürsüz?

- Məncə bunu demək düzgün olmazdı. Hər bir komanda mübarizə aparıb layiq olduğu yeri tutub. Bizdə də nəsə çatmadı ki, orda olaq. Ancaq ötən mövsümlə müqayisə etdikdə komandamızda inkişaf göz qabağındadır. 7-ci yerdə olsaq da 44 xal toplamışdıq. İndi isə sona 3 oyun qalmış 48 xalımız var. O vaxt 44 top vurub elə bu sayda da buraxmışdıqsa, indi 47 top vurub cəmi 29-un buraxmışıq. İrəliləyiş istər-istəməz göz qabağındadır. Onu da nəzərə almaq lazımdır ki, hazırda çox rəqabətli,  əvvəlkilərdən qat-qat güclü olan çempionat gedir. AZAL öz sözünü gələn mövsüm mütləq deyəcək. "Altılıq"dan kənarda qalsaq da bu o demək deyil ki, hansısa komandadan zəifik. İndi ən azı 10 komanda "altılıq" üçün mübarizə aparırdı.

- Turnir cədvəlində sizdən aşağıda olan "Xəzər Lənkəran" kubokun finalına çıxdı, amma AZAL bunu da bacarmadı...

- Ay qardaş, ay sənə qurban olum, AZAL hər şeyi bacarır. Bu idmandı, futboldu... "Xəzər Lənkəran" heç bir komandadan zəif deyil. Hətta əksinə, hesab edirəm ki, elə indi də bu komanda Azərbaycanda ən güclü klublardan biridir. Oyununa, oyunçularına, maddi texniki bazasına görə.

- Bəs çempionluq mübarizəsi barədə nələr düşünürsüz?

- Məncə "Qarabağ" - "Neftçi" oyununa hər şeyə aydınlıq gələcək (Vaqif müəllimlə söhbətimiz bu qarşılaşmadan əvvəl olub). Məncə "Neftçi" bir addım öndədir və bundan da lazımınca istifadə edəcək. Bu komanda həqiqətən də güclüdür. Elə cə "İnter" - "Bakı" oyunundan çox şey aslı olacaq.

- Bir mütəxəssiz kimi hansı komandanı çempionluğa layiq görürsüz?

- Məncə "Neftçi", "Qarabağ" və "İnter" çox yaxşı oyun göstərir. Bu komandalardan hər birinin problemi var, amma "Neftçi" səviyyə baxımından digər rəqiblərini üstələyir. Oturuşmuş oyun modeli və heyəti var. Əsas üstünlükləri də elə budur.

- "Neftçi"nin qızıl dubl imkanını necə görürsüz?

- Ola bilər, niyə də mümkün olmasın. Bu komandanın gücü buna yetər. Əsas məsələ budur ki, "Neftçi" bunu qarşısına məqsəd qoyub və bu amal üçün vuruşurlar. Bunu bacaracaq imkanları da var, futbolçuları da.

- Sizcə yenidən Avrokubokların qrup mərhələsinə düşmək də mümkün olacaq?

- Biz balansı bu səviyəyə qaldırmışıq, an azından da bunu təkrarlamalıyıq. Ondan yuxarıda qalxsaq lap yaxşı olar. "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun potensialını ortaya qoyması idi. İndi bunu bir daha təkrar etmək lazımdır.

- AZAL-ın gələcək planlarını da müəyyənləşdirmisizmi?

- Heyif ki, biz hələd rəhbərliklə görüşüb gələcək planları müzakirə etməmişik. Bu da məni çox narahat edir. Çünki gecikə bilərik. Amma özlüyümdəplanları müəyyənləşdirmişəm, qalır bunun təsdiqi. Burada transfer siyasəti, toplanış keçirmək, yoldaşlıq oyunları.

- Mətbuatda, saytlarda tez-tez xəbərlər yazılır ki, AZAL-a yeni baş məşqçi gəlir. Bunlar barədə nə deyərdiz? Elə bir durum varmı ki, siz mövsümün sonunda AZAL-dam gedə bilərsiz?

- Problem deyil, qoy yazsınlar, amma o məşqçilərin hər birinə dərs keçməyə hazıram. Heyif ki, hamı ancaq AZAL-ı görür, amma bu komandada gedən işlərdən heç kim danışmaq isdəmir. Bunu hamıya deyirəm, Vaqif Sadıqov o qədər də aciz insan deyil. Kimlə isdəsələr, üzbəüz oturub futbolu müzakirə edə bilərik. Kimsə gəlib Vaqif Sadıqova futbol öyrədir, gedib o biri yerləri axtarsınlar. Sizdən xahiş edirəm, bunu mənim adımdan lazımı yerlərə çatdırın. Çünki mən bilirəm bunlar haralardan qaynaqlanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail