Qurban Qurbanov Böyükağa Hacıyevin onu aldatdığını etiraf etdi MÜSAHİBƏ

20.05.2013 | 8753 dəfə oxunub

"Qarabağ" mövsümü titulsuz başa vurdu. Ağdam təmsilçisi həm Premyer Liqada həlledici oyunda, həm də ölkə kubokunda "Neftçi"yə uduzaraq mövsümü titulsuz başa vurdu. İndi isə yayılan xəbərlərdə komandanın əsas futbolçularından olan Əfran İsmayılov "Bakı"ya keçir. Elə bu məsələlərdən danışmaq üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışdıq.

- Necə keçdi çempionat?

- İlk dövrədə hardasa bəzi çatışmazlıqlarımız oldu. Yanvara kimi bəzi problemlərimiz oldu, oyun baxımından. Amma düşünürəm ki, yanvardan sonra komandamız normal çıxış etdi, uğurlu mövsüm keçirdik. Yaxşı oyun göstərdik, yaxşı da nəticələr əldə etdik.

- Çempionluq üçün nə çatmadı?

-  Çempionluq üçün deməzdim nəsə çatmadı. Sadəcə bəzi oyunlarda itirdiyimiz yersiz xallar buna əngəl oldu. Bəzi anlarda oyunumuz alınmadı, bəzi oyunlarda isə zədəlilərimiz çox oldu.

- Demək olar ki, əvvəlcə barıtın az qoyduz?

- Mövsümün əvvəlində bir neçə transfer etmək istəyirdik, amma alınmadı. Bəziləriylə danışığımız alınmadı ki, bəzilərinin də klublarıyla müqavilələri vardı. Dediyim kimi çatışmazlıqlarımız oldu, amma sonradan hər şey qaydasına düşməyə başladı.

- Reynaldo Dos Santosun oyununu gec tapması da buna əngəl oldu, deyilmi?

- Mən elə düşünmürəm, amma düzdü, ilk günlərdə bəzi adaptasiya prosesində çatışmazlıqlar oldu, ancaq tezliklə oyununu tapdı və komandaya xeyir verməyə başladı. Komandaya uyğunlaşdı və istədiyimiz oyunu sərgilədi.

- Qışt ransferlərindən sonra kifayət qədər tənqid olunduz. Çünki belə səhvlər edən deyildi axı. Bunlar sizdə problem yaratmırdı?

- Bizim almaq istədiyimiz futbolçular vardı, amma alınmadı. Nəticədə biz 500 min dollarlıq futbolçular almadıq. Boş qalan yerləri doldurmaq üçün Subaşiçi, Oparanı komandaya dəvət etdik. Və ən azından onlar komandada böyük rəqabət yaratdılar və düşərgədə ab-hava tamamilə dəyişdi. Onlar komandada boş oturmadılar, əldə etdiyimiz bir çox qələbələrdə, uğurlarda bizə böyük xeyirləri də dəydi. Altı aylıq transfer siyasətimizə baxdıqda, biz aldığımız futbolçulardan lazımınca yararlandıq.

- Çempionatda 3 dəfə "Neftçi"yə qalib gəldiz, amma ən vacib oyunda uduzduz. Niyə bacara bilmədiz?

- Məncə artıq bu barədə deyiləcək, danışılacaq bir şey yoxdur. Həmin oyuda məğlub olduq, amma futbolçularımdan tam razı qaldım. Mən görürdüm ki, futbolçularım komandada bu oyundan qabaq necə həyacan keçirirdilər. Mən deyərdim ki, "Neftçi" son oyuna sadəcə ustalığından istifadə edərək vacib qələbə qazandı. Mən məğlub olduğum oyundan da razı qaldım.

- Bir fikrim var: məncə udduğunuz üç oyunda "Neftçi" daha yaxşı futbol sərgiləmişdi, amma udduqları oyunda zəif təsir bağışlasalar da, qələbə qazandılar...

- "Neftçi" oynamadı desək düzgün çıxmaz.

-  Yəni siz onlardan daha yaxşı oynadız, amma uduzduz...

- Biz onlardan daha açıq oyun gözləyirdik. Qarşılaşmanın nəticəsi bizim üçün daha çox vacib idi. Biz açıq futbol sərgiləsək də, onlar birbaşa nəticəyə hesablanan futbol oynadılar və istədiklərini aldılar.

- Böyükağa Hacıyev həmişə sizə açıq futbol təklif edib, amma bu dəfə sizin də dediyiniz kimi, belə olmadı. Demək olar ki, Hacıyev bu dəfə sizi aldatdı?

- Düzünə qalsa biz onlardan elə bunu gözləyirdik də. Çempionatda və kubokda da bizə qarşı belə oynamışdılar. Komandamız bu cür oyuna tam hazır idi. Belə olmasaydı, yarımmüdafiə xətti olduqca güclü olan komandaya qarşı bu qədər real qol şansları yarada bilməzdik. Yaratdıq da, amma istifadə edə bilmədik. Hrdasa düzgün də alınmışdı, sadəcə bəzi epizodlarda bəxtimiz gətirmədi.

- Əfran İsmayılovun futbolçu kimi araya-ərsəyə gəlməsində sizin birbaşa rolunuz olub. İndi Əfran yəqin ki, "Qarabağ"dan "Bakı"ya keçəcək və artıq iki illik müqavilə də bağlayıb. Düzdümü bu?

- Deməzdim ki, artıq iki illik müqavilə bağlayıb. Ola bilər danışıqlar və razılıq olub, amma müqavilə bağladığını düşünmürəm. Buna baxmayaraq, Əfranla müqaviləni uzatmayacağıq.

- Bunun sırf maddi məsələylə bağlı olduğunu demək olar?

- Bununla bağlamaq da olar, bağlamamaq da.

- Qarşıdakı planlarınız nədir?

- Hələlik bir dəyişikliklə bağlı planımız yoxdur. Bəzi oyunçularla danışığımız davam edir və onları komandaya dəvət edəcəyik. Yəqin ki, iki və ya üç futbolçu alacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail