Şəhriyar Əliyev: "Komandaya yerli məşqçi gəlməlidir" MÜSAHİBƏ

23.05.2013 | 16727 dəfə oxunub

"Bakı"nın gənc oyunçusu Şəhriyar Əliyevin Stadium.az saytına müsahibəsi:

- Baş məşqçiniz Bojidar Bandovic komandadan göndərildi. Nə deyə bilərsən bu barədə?

- Mənim bundan heç xəbərim yox idi. Elə mətbuatdan xəbər tutmuşam.

- "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov da bunu təsdiqləyib. Bandovic daimi olaraq sənə əsas heyətdə şans verirdi. Belə deyək də, serbiyalının güvəndiyi futbolçulardan idin. Səncə onun gedişi vəziyyəti düzəldəcək?

- Rəhbərlik belə edibsə, yəqin nə etdiklərində yaxşı bilirlər. Düzdü, bu il o mənə bütün oyunlarda şans verdi. Hətta deyərdim ki, mənim futbolçu kimi formalaşmağımda Bandoviçin böyük rolu oldu. İnşallah yeni gələn baş məşqçi də "Bakı"nın uğurları üçün əlindən gələni edər.

- Necə düşünrsən, yeni baş məşqçi yerli olmalıdır, yoxsa əcnəbi?

- Bunu biz müəyyənləşdirmirik. Rəhbərlik kimi gətirsə, bizim işimiz ona hörmət edib dediklərini yerinə yetirmək olacaq. Amma yerli olsa daha yaxşı olar, məncə.

- Komandaya Əfran İsmayılov, Rəşad Abdullayev gəldi...

- İlk növbədə deyim ki, hər ikisi də xoş gəlib. İnşallah "Bakı"nın qələbələri üçün əllərindən gələni edərlər. Bir gənc oyunçu kimi onlara böyük ümidlər bəsləyirəm.

- Vəziyyəti düzəltmək üçün komandada çox dəyişiklik olmalıdır?

- Oyunçuların çoxu getsə, yeniləri gəlsə onlarla anlaşmaq çox çətin və ya zaman aparan məsələ olacaq. Ancaq nə olursa olsun, hamısı "Bakı"nın xeyrinə olsun.

- Arxada qalan möxsüm səninçün necə keçdi?

- Düzdü, bu mövsüm Avropaya gedə bilmədik, bu baxımdan yaxşı olmadı. Öz oynuma gəlincə, cəzalı və zədəli olduğum zamanları nəzərə almasaq, 30 oyunda meydana çıxdım. Qarşıma məqsəd qoymuşdum ki, hər oyundan oyuna artıracam. Yerində saymaq olmaz. Özümü hələ tam olaraq yaxşı səviyyədə hesab etmirəm, öyrənəcəyim çox şey var hələ. Hər bir futbolçu kimi məndə Avropada oynamaq istəyirəm. Bax onda nəsə danışmaq olar. Birdə əsas məqsəd milli komandaya düşməkdi.

- Bəs qarşıdakı mövsüm barədə nə düçünürsən?

- Həmişəki kimi çempionluq və kubok üçün mübarizə aparacağıq. İnşallah bu mövsümkü uğursuzluq birdə yaşanmaz.

Söhbət etdi: Ümid



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail