Tahir Süleymanov: "Kubok bu dəfə "Neftçi"nin olacaq" MÜSAHİBƏ

27.05.2013 | 5253 dəfə oxunub

Sabah Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Həqiqətən finala layiq oyun olmalıdır. Çünki tamaşanın baş rolunda ölkənin iki prinsipial tərəfidi - "Neftçi" - "Xəzər Lənkəran". Elə kubok oyunuyla bağlı fikirlərini öyrənmək üçün "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovla danışdıq. Süleymanov da əminliklə bildirdi ki, kuboku bu dəfə əldən verməyəcəklər. 

- Finalın adı bəllidir. Elə bu məqam oyuna böyük maraq yaradır. Biz özümüz də "Xəzər Lənkəran"la oynamaq üçün darıxmışıq. Yəqin ki, azarkeşlərimiz də darıxıb və futbol ictimaiyyəti də bu oyunu maraqla gözləyir.

- 9 ildir "Neftçi" kuboka həsrət qalıb. Bu məqam sizin komandada bir əngəl yaratmır?

- Söhbət təkcə kubokdan getmir. Biz kluba gələndə "Neftçi" artıq 6 il idi çempion ola bilmirdi, yəqin ki, kuboku almağın da vədəsi yetişib. Yəqin ki, biz buna da son qoyacağıq.

- Belə bir söhbət var ki, rəhbərlik futbolçular qarşısında konkret şərt qoyub ki, nə olur olsun, kubok alınmalıdır. Bu amil onları sıxa bilər?

- Bu fikirlə razılaşmıram. Təbii ki, hədəflər bəllidir, amma bizdə elə bir ab-hava yoxdu. Bunu süni şəkildə yaratmağa çalışırlar. Söhbət təkcə daxili çempionatdan da getmir. Biz Avropada da nəticə qazandıq, amma heç kim inanmırdı ki, komandamız gedib qrupa düşəcək. Hazırkı "Neftçi" elə səviyyədə formalaşıb ki, bu komandada stres deyilən bir anlayış yoxdur. Bizim bu komanda tale yüklü bütün oyunlardan başıuca çıxa bilib. Məncə artıq kubok oyununda da bu amil öz sözün deyəcək. Mühüm oyunları necə oynamaq lazımdır, bu klub bunu yaxşı bilir.

- "Qızıl dubl"a söz verirsiz?

- Təbi ki, kubok bizim olacaq. Buna inanmasaq, burada olmazdıq ki.

- Belə bir söhbət də var ki, "Xəzər Lənkəran" "İkinci altılıq"dakı çempionat oyunlarında bilərəkdən zəif təsir bağışlayıb, "Neftçi"ni aldatmaq üçün. İnanırsız buna?

- Heç bir klub "Neftçi"ni aldada bilməz. Xüsusən də "Xəzər Lənkəran" kimi bir klubun belə hərəkət edəcəyinə heç inanmıram. "Xəzər Lənkəran" bilərəkdən "firtınalar meydanında" "Rəvan"a, AZAL-a uduzmağı özünə yaraşdırmaz məncə. Bəlkədə məğlubiyyətlərə psixoloji cəhətdən bəraət qazandırmaq istəyirlər. Fərqi yoxdur, hansı komanda qalib gələcəksə, qazanan Azərbaycan futbolu olsun. Təbi ki, biz kuboku qazanaraq "qızıl dubl" etmək istəyirik. Amma əsas uğuru Avropada qazanmaq lazımdır. Onsuz da hər iki komanda Avrokuboklara vəsiqəni təmin edib, əsas iş orada görülməlidir. Nən öz komandamızla yanaşı, "Xəzər Lənkəran", "Qarabağ" və "İnter"ə də Avrokuboklarda uğurlar arzulayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail