Nderim Necipi: "Biz ikinciliyi "Xəzər Lənkəran"a vermək istəmirik"-MÜSAHİBƏ

12.05.2011 | 5627 dəfə oxunub

Stadium.az sizə Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Nderim Necipinin  müsahibəsinin təqdim edir:


-Son vaxtlar “Qarabağ”ın dayaq yarımmüdafiəçisi  mövqeyində çıxış edən Samir Abbasovu əsas heyətdən sıxışdırıb çıxarmağı bacarmısan. Bunun sirri nədədi?

-Yəqin məşqlərdə özümü yaxşı tərəfdən göstərdim və ilk dəfə mənə şans veriləndə bunu lazımınca dəyərləndirdim. İlk vaxtlar meydana sonradan daxil olurdum. Ancaq bu, məni narahat etmirdi, əksinə belə bir fürsət gözləyirdim ki, özümü göstərib və bura boşuna gəlmədiyimi nümayiş etdirim.

Tədricən daha çox oynamağa başladım və bu cür nəticə hasil oldu. Baxmayaraq ki, bundan öncə 3 ildir Belçika çempionatında çıxış etmişəm. Ona görə ilk vaxtlar müəyyən fərqlər özünü göstərməli idi.

-Çempionatımıza uyğunlaşma yönündən hansı problemləri yaşadınız?

-Müəyyən qədər dil problemi var idi. Həm də xristian dinli ölkədən müsəlman ölkəsinə gəlmişdim. Ancaq türk dilini az da olsa bildiyimdən sizin futbolçularla və texniki heyətlə təmas yaratmaq nisbətən asan oldu. Həm də kollektivin çox səmimi olması məni bir qədər də işimə məsuliyyətli etdi. “Qarabağ” klubuna gəlməmişdən öncə Belçikada son bir ayda oyun keçirməmə də müəyyən çətinlik yaratmışdı.

-Premyer Liqa bitmək üzrədi. Mövsümü “Qarabağ” üçün uğurlu saymaq olar?

-Bu yer də pis deyil. Əsas odur ki, Avroliqaya vəsiqəni tam təmin etmişik. Ancaq bir xal fərqinə görə ikinciliyi “Xəzər Lənkərana” vermək istəmirik. Mən onların xal itirməsin gözləyirəm ki, gümüş medalı ələ keçirək. Komandam niyə də bunu bacarmasın? Bura qədər ağır yol keçmişik, həm də bildiyimə görə, son illər “Qarabağ” Azərbaycanı Avroliqada digər klublardan daha yaxşı təmsil edib. Bu cür tanınmış komanda niyə də ikinciliyi əldən verməlidi?

-Qarşıda “Neftçi”ilə Quzanlı qəsəbə stadionunda öz ev oyununa çıxacaqsınız. Oyundan hansı nəticəni gözləyirsən?

-“Neftçi”nin artıq çempionluğu təmin etməsinə baxmayaraq, bu həftənin cümə günü keçiriləcək matçı qazanmaq daha yaxşı olar. Həm də bildiyim qədər oyunumuz cəbhə bölgəsində yerləşən klubun təmsil etdiyi Ağdam rayonunda keçiriləcək. Bu, həmin bölgənin əhalisinə böyük sevinc gətirər.

-Yeri gəlmişkən, Qarabağ problemi haqda nə kimi məlumatın var?

-Öncədən də sizin ölkənizin qonşu Ermənistanla müharibə şəraitində olduğunu bilridim. Burda da müəyyən qədər məlumat verdilər. Düşünürəm ki, orada keçirəcəyimiz matç cəbhə bölgəsində yaşayan əhaliyə böyük dəstək olardı.

-“Qarabağ”ın bu mövsüm neçənci yeri tutacağını gözləyirdin?

-Mülahizəyə qalsa, biz çempion da ola bilərdik. Ancaq “altılıq” oyunlarında “Neftçi”yə ilk yenilgimiz bir növ bizim çempionluq yolumuzu bağlamış oldu. Həmin vaxt sanki rəqib çempionluğu qazanırmış kimi sevinirdi. Baxmayarpq ki, mövsüm bitməmişdi. Həmin matçdan sonra klubumuz digər iddialı yerlərə oynamaq məcburiyyətində qaldı. Əsas avroliqaya düşmək məqsədi var idi, onu da bacardıq. 

-Bu komandayla gələcək karyeranı necə görürsən?

-Mənim bundan sonra hələ «Qarabağ»la bir illik müqaviləm var. İndiyə kimi hələ də necə oyunçu olduğumu göstərə bilməmişəm. Əsas odur ki,  axır vaxtlar heyətə düşə bilirəm. Bundan sonrakı dönəmdə keçirdiyimiz məşqlərdən və oyunlardan lazımınca yararlanaraq faydalı bir futbolçu olduğumu nümayiş etdirəcəm. 

Həm də komandaya mövsümün ikinci yarsından qoşulduğum üçün çempionatımıza uyğunlaşma yönündən bəzi boşluqlarım var. Burdakı atmosfer məni çox razı salır. Buna görə komandayla müqaviləm bitdikdə belə “Qarabağ”da qalmaq mənim üçün xoş olardı. 

-Avroliqa turnirindən nə gözləyirsən?

-Bildiyimə görə, “Qarabağ” ardıcıl iki il anoloji turnirdə uğurlu çıxış edib. Bu il yenə həmin turnirə qatılmaq şansı qazandığından azarkeşlərin əvvəlkilərdən də yaxşı nəticə gözləməyi qaçılmazdı. Ancaq komanda ağır mövsüm keçirdiyindən müəyyən yorğunluq var. Buna baxmayaraq, Avroliqada qələbələri sıralamaq böyük arzumuzdu. Mənə də şans veriləcəyi halda avropada qazandığım oyun təcrübəsindən istifadə edərək “Qarabağ”a layiqli dərəcə də kömək etməyə çalışacam. - 

-Ölkəmizə uyğunlaşa bilirsənmi?

-Mən burda özümü doğma vətənimdəki kimi hiss edirəm. İstər komanda üzvlərimlə, istərsə də azərbaycanlılarla rahat təmas yarada  bilirəm. Buranın insanları əcnəbilərə çox isti münasibət bəsləyirlər. Digər ölkələrdə də olmuşam, ancaq düzünü deyim, bura daha tez alışdım. Albaniya mətbəxi ilə sizin mətbəxiniz arasında müəyyən oxşarlıq var. Ailə üzvlərim də Azərbaycan haqqında çox maraqlanır. Yaxın müddətdə ailəmi də ölkənizin ən gözəl şəhər olan Bakıya gətirəcəyəm.


Mənbə: Qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail