Mahir Mədətov: "Mən "Portu"da qalmaq yox, "Barsa" və "Real"a keçmək haqda düşünürəm" MÜSAHİBƏ

06.06.2013 | 18028 dəfə oxunub

Ölkə futbolunun ümumi və həll edilməsi çətin görünən əsas problemi klubların aşağı yaş qruplarından əsas komandaya çox az sayda futbolçunun çıxmasıdır. Ümumiyyətlə, elə komanda var ki, bu amil tamamən məhrumdur. Amma "Bakı" klubu bu yöndə çox ciddi işlər görür. Klubun prezidenti Hafiz Məmmədovun gördüyü işlər sayəsində bu komandadan bir neçə azyaşlı təcrübə keçmək üçün "Atletiko", "Lans" və "Portu"ya yollanaraq, oarada futbolun sirlərinə daha dərindən yiyələnəcək. Bu arada isə "Portu" "Bakı"dan ilk transferini reallaşdırdı. Bu isə "Bakı"nın 15 yaşı yarımmüdafiəçisi Mahir Mədətovdur. Artıq "Portu"yla "Bakı" arasında bütün danışıqlar yekunlaşıb və qalıb Mahirin Portuqaliyaya gedərək rəsmi müqaviləyə imza atması. Mədətova uğurlar arzulayıb keçək müsahibəyə.

- Mahir salam, əvvəlcə səni "Portu"ya keçdiyin üçün təbrik edirəm. Bu keçid necə alındı?

- Təbrikə görə təşəkkür. Bir müddət əvvəl "Portu"nun skautları Bakıya gəlmişdilər. Onlar elə həmin vaxt mənim oyunuma baxıb bəyənmişdilər. Sonra da təklif göndərdilər ki, o komandaya  keçim. Bundan sonra danışıqlar oldu və klubumuzun vitse-prezidenti Zeynal Məmmədov Portu şəhərinə gedərək orada onlarla söhbət etdi. Elə orda danışıqlar başladı və müsbət nəticələndi.

- Hə, yəni bu keçid Zeynal müəllimin Portuqaliyaya gedişindən sonra alındı?

- Əlbəttə. Mənim hələ o yaşım yoxdur ki, qarşı tərəflə danışıqlar aparım. Özümdə razılıq verdim ki, söhbətimi məhz Zeynal müəllim aparsın. Çünki ona inanıram və o, mənim üçün nəyin yaxşı, nəyin pis olduğunu çox yaxşı bilir.

- Müqavilə neçə illik nəzərdə tutulub?

- Danışıqlar zamanı müqavilənin müddəti konkret dəqiqləşməyib, amma bəribaşdan onu deyə bilərəm ki, böyük ehtimalla uzun müddətli olmayacaq. Yaşım az olduğundan, uzun müddətli müqavilə bağlamaq istəmirəm.

- Nə üçün belə yox?

- Çünki hər an daha yaxşı və nüfuzlu klubdan təklif gələ bilər. Bundan sonra da daha yaxşı seçim imkanım olar, mən bunu qaçırtmaq istəmirəm. Məhz bu səbəbdən də, istəyirəm müqavilə uzun müddətli olmasın.

- Axı "Portu" özüdə yaxşı klubdur?

- Bilirəmki yaxşı komandadır. Portuqaliyada ən yaxşı sayılır və Avropada söz sahibi olan bir klubdur. Amma gəlin nəzərə alaq ki, mən orda özümü yaxşı tərəfdən göstərə bilsəm, bəlkə daha sonra "Real"dan, "Barselona"dan təklif  aldım. O zaman isə "Portu" məni havayı buraxmaz. Belə işləri də nəzərə alıram. Mən özümə inanıram və düşünrəm ki, İspaniya və İngiltərə nəhənglərinin diqqət mərkəzinə düşmək üçün "Portu" mənə trampilin rolunu oynaya bilər.

- Bu baxımdan səninlə razıyam, bəs "Portu" buna razı olacaq?

- Məncə razılşşacaqlar. Çünki danışıqlar  tamamilə yekunlaşıb, sadəcə müqaviilənin müddəti qalıb və biz də onlara bildirmişik ki, bu, uzun müddətli olmayacaq.  Bunu özləri artıq bilir. Böyük ehtimalla, ya bir illik olacaq, ya da iki illik.

- İndi müqaviləyə imza atmaq üçün Portuya nə vaxt səfər edəcəksən?

- Onu hələ dəqiq bilmirəm. Amma bu baş verməmişdən əvvəl mən əsas komandanın təlim-məşq toplanışına qatılacam.  Bir müddət buarada təcrübə qazanmaq istəyirəm. Rəhbərlik də göstəriş verib ki, mən əsas komandaya cəlb olunum və orada məşqlərdə iştirak edim.

- Bəlkə yeni gələcək baş məşqçi bunu istəmədi?

- Artıq bu barədə bir söz deyə bilmərəm. Bunu rəhbərlik bilər, onlar bilər. Bu barədə nəsə deməyim düzgün çıxmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail