Con Pelu: "Çox gözəl ölkəniz var" - MÜSAHİBƏ

16.05.2011 | 6011 dəfə oxunub

"Muğan"ın isveçli hücumçusu Con Pelunun klubun rəsmi saytına müsahibəsi

- Son turlardakı oyunlarınızı necə xarakterizə edərdin?
- "Muğan" həqiqətən də son turlarda göstərdiyi stabil oyunla öz tərəfdarlarını yaxşı mənada sevindirir. Bunu oyun zamanı azarkeşlərin dəstəyindən hiss etmək mümkündü. İkinci "altılıq"da son oyunlarımızın hamısı kəskin mübarizə şəraitində keçib. Xüsusilə bu faktor son oyunlarımızda daha çox özünü biruzə verdi.

- "Gəncə" səfər oyunlar barədə nə deyə bilərsən?
- İlk oyunumuzu səfərdə oynadıq. Hava şəraiti açıq futbol oynamağa imkan vermirdi. Topun küləyin təsirindən tez-tez öz istiqamətini dəyişməsi hər iki tərəfə problemlər yaradırdı. Ev oyunumuz daha maraqlı məcrada keçdi. Matçın müqəddəratını vurduğumuz erkən qollarla həll etdik. Oyunun ilk dəqiqələrində  fərqlənmək imkanımız yarandı və daha bir qol vuraraq hesab arasında fərqi qoruya bildik.

- MOİK-ə qarşı matçda son dəqiqələrdə vurduğun qolla komandaya qələbə qazandırdın. Bu matçla bağlı nə demək istərdin?
- Bildiyiniz kimi bu oyuna gənc heyyətlə çıxmışdıq və buna baxmayaraq oyunda ərazi üstünlüyü bizim tərəfimizdə idi. Bu oyunda fərqləndiyim üçün şadam. Son dəqiqələrdə gələn qol həqiqətən komandamızı çox sevindirdi. MOİK açıq futbol oynayan komandadı və belə komandalara qarşı keçirilən oyunlar həmişə gərgin mübarizə şəraitində keçir.

- Komandaya son transfer mövsümündə qatılmısan. Komanda haqqındakı fikirlərini bilmək istərdik.
- "Muğan"da həqiqətən çox mehriban kollektiv var. Komandanın bu tempdəki fəaliyyəti gələcək uğurlardan xəbər verir. Son oyunlara çox ciddi hazırlaşmışdıq və zəhmətimizin bəhrəsini gördük. Ümid edərəm ki, növbəti mövsümdə ilk altı komandadan biri olacağıq.

- "Qəbələ" ilə oyunda hədəfiniz nədi?
- Son oyunda hədəfimiz əlbəttə ki, qələbə olacaq. Bu qələbə bizi turnir cədvəlində 1 pillə irərilədə bilər. Bundan başqa mövsümə qələbə ilə yekun vurmaq istərdik. Son oyunda "Qəbələ"yə minimal hesabla məğlub olduq. Növbəti oyunun çox maraqlı olacağı düşünürəm. Ən azından hər iki komandanın meydana 3 xal üçün çıxacağını hiss etmək mümkündü.

- "Muğan"da keçirdiyin ən yaddaqalan oyun hansı olub?
- Məncə "Qəbələ"yə qarşı keçirdiyimiz oyunlar. İlk oyunda vurduğumuz erkən qolla hesabda önə keçdik və komanda çox aktiv oyun nümayiş etdirdi. İkinci oyundada ilk qol vuran tərəf biz olduq, lakin üstünlüyü qoruyub saxlaya bilmədik və bir neçə epizodda qol vurmağa yaxın tərəf idik. Düşünürəm ki, növbəti oyunda səhvsiz oynasaq qələbəni təmin edə bilərik. Komandamıza növbəti oyunda uğurlar arzu edirəm.

- Kariyeranı "Muğan"da davam etdirmək istərdinmi?
- Əlbəttə. Komandadan razıyam. Ancaq gələcək haqqında indidən nəsə demək düzgün olmaz. Müqaviləm bitənə qədər "Muğan"ın şərəfini qoruyacam. Əsas məqsədim komandaya faydalı bir oyunçu olmaqdı. 

- Azərbaycan səndə hansı təəsüratları yaradıb?
- İlk öncə qeyd edim ki, çox gözəl ölkəniz var. Burada özümü evimdəki kimi hiss edirəm. Buranın insanları çox qonaqpərvərdi və paytaxtınız çox gözəldi. Ailəm və mən burada qalmaqdan çox məmnunuq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail