Qurban Qurbanov rəqibin nəyindən çəkinir? MÜSAHİBƏ

10.07.2013 | 3952 dəfə oxunub

Sabah baş tutacaq “Metallurq”la Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı b gün keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- İstərdik ki, iki oyunun qalibi biz olaq. Ancaq rəqibin güclü olduğunu bilirik. İlk oyunda bunu hiss etdik. Bəlkə də, rəqib bizi daha yaxşı analiz edib. Çünki  "Metallurq"a nisbətən biz daha çox Avropada çıxış etmişik.        
İlk oyun bizim üçün asan olmadı. Cavab oyunun da çətin olacağını deyə bilərəm. Çalışacağıq ki, ikinci mərhələyə biz adlayaq.

- Daha çox standart vəziyyətləri məşq etdiniz. Bu nə ilə bağlı idi? 

- Rəqib çempionatda standart vəziyyətlərdən daha çox qol vurub. Buna görə də, bunları daha çox məşq etdik.

- “Qarabağ” rəsmiləri və siz düşünürsünüzmü artıq “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşməlidir?

- İndidən özümüzü yükləməliyik. Çalışırıq ki, ildən-ilə daha yaxşı nəticələr əldə edək, daha sütəli futbol oynayaq. Hazırda fikrimizi sabahkı oyuna yönəltmişik. Nəticə tədricən özü gələcək.

- Futbolçuların durumu necədir? Admir Telinin məşq zamanıədələndiyini gördük.

- Tam istədiyimiz formada deyilik.  Admir Telinin əl barağı zədələndi. Dırnağı ətdən qopdu. Sabah onun vəziyyəti haqda dəqiq biləcəyik.

- Sabah yəqin ki, rəqib daha çox hücum edəcək. Siz necə, daha çox müdafiədən oynayacaqsınız, yoxsa doğma meydanımızda hücum futbolu nümayiş etdirəcksiniz?

- Sabahkı oyuna rahat çıxmayacağıq. Başlıcası odur ki, hücumda olduğumuz anda müdafiə olunmağı da bacarmalıyıq. Rəqib bir qol vursa, daha rahat oynayacaq.

- Əvvəlki “Metallurq” indiki arasında nə kimi fərq var?

- Ən azından baş məşqçi dəyişikliyi var. Həm də oyun üslubu yaxşılaşıb. Təcrübələri artıb. Son 13 oyunda çempionatlarında məğlub olmayıblar və meydanı qolsuz tərk etməyiblər. 

- “Qarabağ”da namaz qılan, oruc tutanların sayı çoxdur. Bu, sabahkı oyunda  problem yaratmayacaq?

- Son vaxtlar Azərbaycanda namaz qılanlların sayı artıb. "Qarabağ"da isə azalıb. Son vaxtlar havalar çox da isti keçmir. Ona görə də, futbolçularımız üçün çətin olamayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail