Neslihan Darnel voleybolu futboldan ağır idman növü sayır - MÜSAHİBƏ

17.05.2011 | 5700 dəfə oxunub

Qadın voleybolçuların Yaponiyada keçirilən dünya çempionatının qalibi finalda Braziliyaya 3:2rn(21:25, 25:17, 20:25, 25:14, 15:11) hesabı ilə qalib gələn Rusiya yığması oldu. Bu, reytinq cədvəlində 7-ci olan şimal qonşularımızın 2-ci, keçmiş SSRİ-ni də nəzərə alsaq, 7-ci çempionluğudur. Türkiyə komandası isə tarixində növbəti ilki rəsmiləşdirdi. 6-cı yeri tutan türklərdən bu nəticəni heç kim gözləməsə də, Neslihan Darnelin lideri olduğu milli söz etdirdi. Roberto Karlos, Sesk Fabreqas, Fernando Torres, Haluk Ulusoy, Savaş Menteş, Hadisə  kimi çoxsaylı futbol və şou-biznes ulduzlarıyla görüşmələrimiz olub. Neslihanı da çoxdan «hədəfə götürmüşdük». Aradıq, dəfələrlə zəng vurduq, «gördüm» deyən olmadı. Gah hansısa yarışda oldu, gah istirahətə getdi. Axır ki, israrımız bəhrəsini verdi... 

rnrn

Bilirsizrnyəqin, artıqrnAzərbaycanda da güclü klublar mövcuddur. «Rabitə», «Bakı», «Azerreyl» və «Lokomotiv» dünyada tanınmış ulduzlarla anlaşıb. SizrndərnkaryeranızırnAzərbaycanda davam etdirməkrnistərdiz?

rnrn

-rnPeşəkar idmançı kimi, təbii, hər zaman dəvətə açığam. Həmişərngüclürnklublarda oynamışam və karyeramırnda başladığımrnkimi davam etdirməkrnistəyirəm. Azərbaycanrnçoxrnsevdiyim, yaxından tanıdığımrnbir ölkədir. Nədənrnolmasın? Azərbaycandarnçıxış etməkrnmənərndərnxoşrnolar.

rnrn

Burnanarnqədərrnhərrnhansırndəvətrnolub?

rnrn

-rnXeyr. Hələ heç bir təklifrnolmayıb. Bundanrnsonra nə olacağını isə zaman göstərəcək.

rnrn

TürkiyərnvərnAzərbaycanrnmillilərinirnnecərnmüqayisərnedərdiz?

rnrn

- Bir-birimizə yaxın komandalar olduğumuzu düşünürəm. Oyun üslubumuz belə bənzərdir. Azərbaycan millisi ilə, ümumiyyətlə, bir neçə dəfə üz-üzə gəlmişik. Güclü komandanız var. Biz yalnız son bir ildə çox ciddi məsafə qət etdik, deyə, fikirləşirəm. Komandamız daha da gücləndi, güclülər içərisində seçildi. Son dünya çempionatı da Türkiyə üçün uğurlu sayıldı. İlk dəfə dünya çempionatında 6-cı yer tutaraq, voleybolumuzun tarixində ən yaxşı nəticəni qazandıq.

rnrn

İki qonşu ölkənin klub səviyyəsində müqayisəsini verə bilərsinizmi? Hər halda, son illərdə «Azərreyl» və «Rabitə» bir neçə dəfə türk həmkarları ilə üz-üzə gəlib.

rnrn

- Türkiyə və Azərbaycan çempionatlarının müqayisəsi... Azərbaycan liqi yeni yarandığı üçün hələ bir fikir bildirmək tezdir. Mən sualınıza məhz bu aspektdən cavab verə bilərəm: klublarınızın çox səviyyəli əcnəbi oyunçuları transfer etməsi bir gerçəkdir. Bunu mən də eşitmişəm. Dünya çempionatlarında oynayan, öz ölkələrinin millilərində uğurlu karyera quranlar Azərbaycana gəlirsə, çempionatın səviyyəsini təxmin etmək olar. Güclü klublar nə qədər çox olsa, ümumi səviyyə də artar, rəqabət güclənər. Sözsüz ki, bu halda milli də beynəlxalq arenada uğurlu çıxış edəcək.

rnrn

Bir müddət əvvəl «Bakı» futbol klubunun rəsmi internet saytına verdiyiniz müsahibədə komandanın azarkeşi olduğunuzu demişdiz...

rnrn

- «Bakı»nı Tunc Afşarın sayəsində tanıdım. Ondan eşitdiklərim əsasında, «Bakı»nı sevdim və tərəfdarı oldum. Bu klubla yenə də maraqlanıram. Ötən mövsümdə titul qazandıqlarını və Avropaya çıxdıqlarını bilirəm. Ümid edirəm ki, qarşıdakı illərdə daha da uğurlu olarlar. «Bakı» Azərbaycanda dəstəklədiyim yeganə futbol klubudur.

rnrn

Bu klubda xeyli sayda türk mütəxəssis çalışır. Onlardan daha kimsəni tanıyırsız?

rnrn

- Təkcə Tunc Afşarı tanıyıram. «Bakı»da həmvətənlərimin çalışmasından məmnunluq hissi keçirirəm.

rnrn

Türkiyə futbol millisi oktyabrda Bakıda Azərbaycana 0:1 hesabıyla yenildi. Bu nəticə, bilirik ki, bütün Türkiyəni şoka saldı. Yəqin siz də bundan xəbərdarsız. O anda hansı hisslər keçirdiz?

rnrn

- Nəticədən xəbərdaram. Futbolda hər şey olur. Azərbaycan millisini təkrar təbrik etmək istərdim.

rnrn

Hazırda Superliqada bir həmvətənimiz forma geyinir. Əvvəllər «Kayserispor» və «Kocaelispor»un heyətində çıxış etmiş Rəşad Sadıqov bu mövsümdən «Əskişəhərspor»un şərəfini qoruyur...

rnrn

- Rəşadın adını eşitmişəm. Şəxsən tanımasam da, «Əskişəhərspor»da forma geyindiyini bilirəm. Axı mən də əskişəhərliyəm...

rnrn

- Demək olar, bütün türkiyəlilər futbol azarkeşidir və ayrı-ayrı böyük klubların fanatıdır. Sizi də onlardan biri saymaq olar?

rnrn

- Bir nömrəli komandam «Əskişəhərspor»dur. Bütün əskişəhərlilər «Əskişəhərspor»ludur (gülür). İstanbulda yaşadığım üçün İstanbul klublarıyla da yaxından maraqlanıram. Sualınızın ikinci hissəsinə gəlincə, qoy, onun cavabı məndə qalsın (gülür).

rnrn

Azərbaycanda bir neçə türk futbolçu legioner həyatı yaşayır, bilirsiz?

rnrn

- Yox, ölkənizdə kimlərin oynamasından xəbərim yoxdur.

rnrn

Hərənin bir fikri var. Futbolu idmanın «şah»ı hesab edənlər əksəriyyət təşkil edir. Sizcə, futbol, yoxsa voleybol daha çətin idman növüdür?

rnrn

- Məncə, əlbəttə, voleybol! Futbol güclü zərbələrdən çoxlu istifadəyə görə hər nə qədər çətin görünsə də, səhvləri aradan qaldıran idman növüdür. Voleybolun hər anı isə bir saniyə içində görüb, düşünüb, qərar verib, atdığınız addımlarla doludur. Voleybolda güzəşt və xətaya yer yoxdur, hər an hər şey ola bilər.

rnrn

- Bizə demək istədiyiniz son söz...

rnrn

- Mənimlə maraqlandığınız üçün təşəkkür edirəm. Azərbaycanda olan bütün sevənlərimə salamlarımı çatdırın!

rnrn

****

rnrn

1983-cü ildə Əskişəhərdə anadan olub. Voleybola 1995-ci ildə Əskişəhər DSİ«Bentspor»da başlayıb. 1998-də «Yeşilyurt İstanbul»a transfer olub. Dörd il burada forma geyindikdən sonra 2002-də «Vakıfbank Güneş Sığorta»ya keçib. Bu klubla 2 çempionluq, 1 «Top Komandalar Kuboku» qazanıb və 2006-da Kannda Çempionlar Liqasının final oyunlarında forma geyinərək, növbəti mövsümdə İspaniyaya üz tutub. «Spar Tenerife Marişal»la 4-illik müqavilə bağlayıb. Maliyyə böhranı Neslihana Pireney yarımadasında 2 ildən artıq qalmağa imkan verməyincə, təkrar ölkəsinə dönüb. «Vakıfbank»da 1 mövsüm forma geyinib, son mövsümdə «Eczaçıbaşı»nın heyətində meydana çıxdı. Milli karyerasına 14 yaşında başlayan Neslihan yeniyetmələr və gənclərdən ibarət komandalara çağırılıb. Əsas seçmədə debütü 16 yaşında olub. Yaponiyada keçirilən son dünya çempionatının bombardiri adını qazanıb.

rnrn

***

rnrn

Ondan eşitdiklərim əsasında, «Bakı»nı sevdim və tərəfdarı oldum. Bu klubla yenə də maraqlanıram. Ötən mövsümdə titul qazandıqlarını və Avropaya çıxdıqlarını bilirəm. Ümid edirəm ki, qarşıdakı illərdə daha da uğurlu olarlar. «Bakı» Azərbaycanda dəstəklədiyim yeganə futbol klubudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail